Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şuşa sakini Həsənova Ülviyyə deyib.
Onun sözlərinə görə, 17 yaşında məcburi şəkildə tərk etdiyi doğma yurda qayıdışı səbirsizliklə gözləyib.
"Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi qorusun ki, bugünkü gündə bizi öz torpaqlarımıza qovuşdurdu", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.