Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şuşa sakini Məmmədova Lalə deyib.
Onun sözlərinə görə, biz bu günümüzü şəhidlərimiz, qazilərimizin igidliyinə borcluyuq.
"Sevincimizin həddi-hüdudu yoxdur. Allah Prezidentimizi qorusun. Onun müdrik siyasəti, düşüncələri sayəsində biz bu Şuşaya qayıdırıq. Şuşada arzularımız çoxdur. İnsanlara xidmət etmək, quruculuq işlərində iştirak etmək istəyirik", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.