Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) qısa müddət ərzində respublikada böyük uğurlara imza atıb.
Respublikamızda kənd təsərrüfatı qədim tarixə və ənənələrə malikdir. İnsanoğlu ta qədim dövrlərdən, yəni özünü anlayandan qida məhsullarına tələbatını ödəmək üçün sözün əsl mənasında qəhrəmanlıq nümunələri göstərmiş, toxum adlanan qeyri-müəyyən maddəni torpağa səpmiş, bəzi yeyiləcək şeylər əldə edə bilmişdir. Elə bu baxımdan ölkəmizin ərazisi Şərqin regionları arasında qədim əkinçilik məkanlarından hesab edilmişdir.
Bugün bu mənada, respublikada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) olduqca təqdirəlayiq işlərə imza atır.
Azadmedia.az xəbər verir ki, BMTBETİ-də dəyişən iqlim şəraitində müxtəlif bitkilərin və xüsusilə pambığın becərilməsi və qarşıya çıxan problemlərlə bağlı mütəmadi oıaraq elmi-praktik seminarlar baş tutur.
Belə ki, görülən işlər BMTBETİ-nin direktoru Prof. İbrahim Cəfərovun rəhbərliyində baş tutur və keçirilən tədbirlərdə daimi olaraq Kənd Tədərrüfatı nazirliyinin əməkdaşları, DAİM əməkdaşları, AXA mütəxəssisləri, pambıqçı alimlər, fermerlər, istehsalçılar, iş adamları və media nümayəndələri iştirak edirlər.
Diqqətinizə çatdıraq ki, artıq 2 ildir ki, Prof. İbrahim Cəfərov BMTBETİ-yə təhbərlik edir. Qeyd olunan müddətdə Prof. İbrahim Cəfərov
bu institutun ölkə və beynəlxalq nüfuzunu qaldırmaq, elmi tədqiqatların keyfiyyətcə dəyişməsi, müasir çağırışlara cavab verməsi, ən əsası kadr hazırlığı istiqamətində durmadan çalışıb. İki ildə 11 nəfər magistraturaya, 3 nəfər isə doktoranturaya qəbul olub. Bu il institutun gənc əməkdaşlarının köməyi ilə çox böyük tirajda 4 kitabı nəşr edilib. Hal-hazırda, yeni bir kitabın üzərində iş gedir. Həmçinin çoxlu sayda konfranslar, seminarlar, dəyirmi masalar keçirilib. İnstitut rəhbərliyi və əməkdaşları ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.
Bütün bunlarla yanaşı, təcrübə sahələrində pambıq, günəbaxan, şəkər çuğunduru, üzüm və bəzi meyvələr yetişdirilir. Rəhbərlik bildirir ki, “İnstitutun gözəl kollektivi, savadlı kadr potensialı var. Hədəflərimiz böyükdür, amma bizlər də o hədəflərə çatmaqda israrlıyıq.”