Müasir dövrümüzdə dünya çapında ikili standart rəsmən inkar edilir, amma sükutla qəbul edilir, bəzi hallarda görməzdən gəlinir, özünü irqi, dini və digər xoşəgəlməz hallar şəklində də göstərir. Qərb dünyasında bəzi ölkələrə bu cür yanaşma, ayrıseçkilik "norma" sayılır. İnsan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ikili standartları daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində özünü göstərir. Avropada son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar susqunluq nümayiş etdirirlər. Özlərini “sarı jiletlər” adlandıran mitinqçilər Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə etiraz aksiyaları keçirir, hökumət qarşısında haqlı tələblər qoyurlar. Əvəzində aksiyalarda minlərlə mitinq iştirakçısı polis zorakılığına məruz qalır, həbs olunur.

Azərbaycana qarşı ikili standartlar siyasəti xalqımız tərəfindən onu yürüdənlərə qarşı bir qınaq, bir ləkə kimi daim diqqətə çatdırılıb. Amma qarşı tərəf bundan bir o qədər də rahatsız olmadığını büruzə verməyə çalışıb. Bunu Prezident İlham Əliyev bütün görüşlərində, beynəlxalq tədbirlərdə vurğulayıb və haqlı olaraq tənqid edib. Dövlətimizin başçısı bunun Azərbaycana qarşı çox çirkin kampaniya olduğunu bildirib. Çox maraqlıdır ki, belə yanaşmalar Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər ərəfəsində daha intensiv xarakter alıb. Bu gün də belədir, qarşıdan COP29 beynəlxalq tədbiri gəlir, ölkəmizə qarşı Qərbin ikili standartları isə səngimək yox, daha da genişlənib.

Bu, son vaxtlar özünü ABŞ-nin xarici siyasətində daha qabarıq şəkildə göstərir, ikiüzlülük faktiki olaraq bu ölkələrin siyasətçiləri üçün çoxdan milli keyfiyyətə çevrilib, bu siyasət ictimai rəy vasitəsilə rəqiblərinə təsir göstərmək vasitəsi və öz hərəkətlərinə haqq qazandırmaq üsulu kimi istifadə edilir. Amma ABŞ və onun Fransa kimi müttəfiqlərinin hiylələri heç də həmişə keçərli olmur.

ABŞ-nin ikili standartlar siyasəti adətən özünün oxşar hərəkətlərinə haqq qazandırmaq üçün prinsiplərin, konvensiyaların və öhdəliklərin pozulmasında, “ümumbəşəri dəyərlərin tapdalanması”nda, “insan hüquqlarının pozulması”nda, “beynəlxalq hüquq normalarından geri çəkilmək”də xoşa gəlməyənlərin ittiham edilməsi formasındadır. Bu gün ABŞ-ın siyasi dairələrində oturmuş bir qrup ermənipərəstin iddiası guya “Azərbaycanıən Qarabağda etnik təmizləmə aparması” ilə bağlıdır. ABŞ böyük dövlətdir, güclüdür, dünyanın superdövlətidir, ona qarşılıq verəcək ölkələr demək olar ki yoxdur, istədiyi ölkəni vurar, dağıdar, məhv edər, şumlayar, insanlarını kimsəsiz adalara qova bilər, amma… Amma həqiqətin, ədalətin, doğrunun yanında olmaz. Deməli güclü olmaq doğru olmaq anlamına gəlmir. Vaxtilə Koreyanı, Vyetnamı, İraqı, Liviyanı, Əfqanıstanı məhv edən, başına müsibətlər gətirən, dünyada ilk dəfə olaraq insanlığa qarşı nüvə silahından istifadə edən ABŞ-ın arbitr olmaq iddiası yanlışdır. Çünki Vaşinqton buna haqq etmir. Vaxtilə yerli hindulara qarşı heyvani münasibət göstərən, onları dərisinin rənginə, dilinə, dininə görə əzən, öldürən, öz yurdundan sürgün edən ABŞ-ın insan haqlarından danışması gülüncdür.

Bu günümüzdəki ABŞ XVIII-XIX-cu əsrlərdəki barbar, istilaçı dövlətdən heç bir cəhəti ilə fərqlənmir. Sadəcə, sorma dəyişib. Diqqət edin, yaxın dostu, din qardaşı olan ermənilər azərbaycanlılara məxsus torpaqları ələ keçirir, insanları öldürür, əsir aparır, mülklərini talayır, amma Vaşinqton susur, öz ənənənsinə sadiq qalaraq işğala haqq qazandırır. Lap əvvəllər olduğu kimi… Kimsə deyə bilər ki, bu günə qədər ABŞ-ın rəsmi dairələri Ermənistanın işğalçı siyasətini dəstəkləyən bəyanat verməyiblər. Bəli, belə bir sənədlə bizim də yolumuz kəsişməyib. Amma, amerikalılar sözdə yox, əməldə Ermənistanın yanında olublar, ona hərtərəfli dəstək olublar, hüquqi yardımlar göstəriblər.

ABŞ əslində ikili "əxlaq" üzrə liderdir. Öz ərazilərində qanunun icazə verdiyi çərçivələrdən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırır. Lakin xaricdə bu cür aksiyalardan söhbət gedəndə, bu aksiyalar növbəti Qərbpərəst rəngli inqilaba çevrilə biləndə Qərb və ABŞ belə aksiyaları dəstəkləyirlər. Əslində qərblilər hər dəfə təkrar etdikləri səhvləri ilə dünyanın gözündə iki paralıq olurlar. Dünyanın böyük əksəriyyəti, hətta avropalılar amerikalıların iyrənc, barbar, dağıdıcı, yırtıcı siyasətindən təngə gəliblər.

ABŞ Ermənistanın işğalçı siyasətindən dolayı 30 il ərzində ona qarşı bir dəfə də olsun “quru” sanksiya tətbiq etməyib. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozsa da, torpaqlarımızın təxminən 20 faizini işğal etsə də, etnik təmizləmə siyasəti aparsa da, Xocalı soyqırımını törətsə də, bütün şəhər-kəndlərimizi viran qoysa da ABŞ-ın səsi çıxmayıb. Üstəlik, ATƏT-in qondarma “Minsk qrupu” vasitəsilə Azərbaycana güzəştə getməsi üçün bir neçə onillik ərzində təzyiq göstərib.

 

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində sakinlərlə görüşündə dediyi fikirlər Qərb dairələrinin iç üzünü bir daha açıb, onları ifşa edib. Dövlətimizin başçısı qeyd edib ki, biz beynəlxalq platformalarda öz haqqımızı müdafiə edəndə, ədalətin tərəfimizdə olduğunu söyləyəndə Vaşinqton da, Brüssel də, Paris də, dünyanın digər qeyri-tərəqqipərvər ölkələri də ucalan səsimizi boğmağa çalışırdılar. Bizə deyirdilər ki, sözləriniz çox kəskindir və bu ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək.

Qeyd edək ki, ölkəmizə qarşı olan düşmənçilik siyasəti bu gün də dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Bu çirkin müraciət Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da bəllidir və birdir. Bütün bu cızma-qaraların müəllifi, sifarişçisi Amerikanın Dövlət katibidir və bu müraciət Dövlət Departamentində də yazılıb.

Əslində ABŞ bu addımı ilə yeni heç nə demir, müstəqilliyimizin ilk illərində, Ermənistan ordusunun Azərbaycana hücumu zamanı hansı mövqedə idisə, bu gün də həmin yerdədir. Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq edəndə dünya çaşqın vəziyyətə düşdü, “niyə” sualı Vaşinqtonda, Ağ Evin divarlarında əks-səda verəndə onlar susmağa üstünlük verdilər. O vaxt ki, torpaqlarımız əldən gedirdi, əvəzində sanksiyalar tətbiq edildi, onda ABŞ-ın nə qədər barbar ölkə olduğu üzə çıxdı. Düzdür 2001-ci ildə sanksiyalar qismən aradan qaldırıldı. Amma niyə? Çünki ABŞ-ın “quyruğu qapı arasında qalmışdı”. Heç bir ölkə ona öz hava məkanından istifadə etməyə icazə vermədi. ABŞ-ın Əfqanıstanda işğalçılıq fəaliyyəti, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Belə çıxır ki, Əfqanıstanda müharibə, yaxud Vaşinqtonun bizə ehtiyacı bizə tətbiq olunan sanksiyaları sıfırlamışdı. Təbii ki, buna amerika marağı da demək olar. Amerikalılar Əfqanıstandan qaçdılar, həm də bütün dünyanın gözü qarşısında rəzil olaraq, yenə bizə möhtac qalaraq. Ordunun son əsgəri Amerika torpaqlarına ayaq basar-basmaz “erməni sanksiyaları” yenidən qüvvəyə mindi…

Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranıb. Ötən il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərara razılıq verməsi onu göstərir ki, dünya dövlətlərinin böyük dəstəyini qazanmışıq. Bu gün bir sıra dairələr COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.

Milli Məclisin bir qrup üzvünün Azərbaycan xarici işlər nazirinə ünvanladıqları müraciətdə də bu barədə fikirlər yer alıb. Parlament üzvləri Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciətin qəbuledilməz, beynəlxalq hüquqa zidd olduğunu və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

İnsan haqlarından dəm vuran ABŞ öncə BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini niyə uzun illər Quantanamoya buraxmadığından danışsın. Minsk Qrupunun həmsədri olan ABŞ öz məsuliyyətini dərk etməyərək Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmasına nə ad vermək olar. Bütün dünyanın, o cümlədən Fransa və ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdan, təhqir edən, bütöv şəhərlər və kəndlər yer üzündən silən Ermənistana niyə bir kəlmə də demədikləri, indi aydın olur. Ədalətsizdən ədalət gözləmək, barbardan insanlıq gözləməyin bir adı var, o da sadəlöhvlükdür.

04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim