Milli Məclisin sədr müavini Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması çoxları üçün gözlənilməz oldu. Ona görə ki, indiyədək Milli Məclisin sədr müavinləri arasından səfir göndərilənlər olsa da, bu postda təmsil olunan şəxslərdən hansınınsa icra başçısı vəzifəsinə təyin edilməsi müşahidə edilməmişdi.

Odur ki, təcrübəli siyasətçi və dövlət adamı olan Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi yerli idarəçilikdə yeni bir mərhələnin başlanğıcı ola bilər. Ümumiyyətlə, yerli idarəçiliyin belə mühüm vəzifələrdə çalışmış, korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlar tərəfindən həyata keçirilməsi hər zaman müsbət nəticə verib. Xüsusilə, hansısa rayonun rəhbərliyinə məhz qanunverici orqandan seçilən məmurun gətirilməsi artıq yerli idarəçiliyə yeni yanaşma tələb olunduğunu ortaya qoyur. Bu, həm də onu göstərir ki, köhnə “qaydalar”la yeni çağırışlara uyğunlaşmaq mümkün deyil. Bunun üçün hərtərəfli islahatlar həyata keçirilməlidir.

Görünən odur ki, Prezident İlham Əliyev hər bir kadrı təyin edərkən siyasi və iqtisadi islahatların vəhdət təşkil etməli olduğuna ciddi önəm verir. Yəni mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan struktur islahatları yeni dövrün tələbidir. Bu tələblərin önündə isə vətəndaş məmnunluğunun artırılması dayanır. Burada isə o amil də nəzərə alınır ki, siyasətçilərin yerli idarəçiliyə cəlb olunması idarəçiliyin daha effektli həyata keçirilməsini təmin edə bilər.

Milli Məclisə seçkilərin nəticələrinin təsdiqlənməsindən sonra yerli icra hakimiyyətləri ilə bağlı növbəti islahatlar paketinə start veriləcəyi gözlənilir. Azərbaycanda icra hakimiyyəti strukturunun ləğv ediləcəyi, əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı haqda artıq bir ildən çoxdur ki, müzakirələr gedir. Ancaq belə fikirlər də var ki, icra hakimiyyətlərinin ləğvi və yeni strukturun quruluması üçün Konstitusiya dəyişikliyinə ehtiyac var. Çox böyük ehtimalla, Konstitusiya dəyişiklikləri bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Yəni istənilən halda bu prosesin qarşıdakı bir ildə reallaşacağı ehtimalı böyükdür.

Əgər icra hakimiyyəti strukturu ləğv edilsə və əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəlikləri yaradılacaqsa, o zaman həm siyasəti, həm də idarəetməni bilən kadrlara etimad göstərilə bilər. Bu mənada Milli Məclisin sədr müavini Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması bu prosesin başlanğacı, ilk addım kimi dəyərləndirilə bilər. Bu, həm də Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində nə qədər bacarıqlı olacağından asılıdır.

Əlbəttə, siyasət pillələrində Milli Məclisin sədr müavinliyinə qədər yüksəlmiş Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də uğur qazanacağını söyləmək olar. Bu iddianın əsasını isə Adil Əliyevin deputat kimi təşəbbüslərinin uğurlu olması təşkil edir. Məsələn, onun şəhid ailələri və qazilərin qayğılarının həll edilməsi ilə məşğul olan YAŞAT Fondu ilə bağlı təşəbbüsü buna nümunədir. Bundan başqa, A.Əliyev dövlətin gənclər siyasətinin müəyyən edilməsi və həyata keçirilməsində iştirak edib və zəngin təcrübəsi var. Həmin təcrübə Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uğur qazanacağının ikinci təminatıdır.

Struktur və kadr islahatları bütüövlükdə ölkənin gələcəyini müəyyən edəcəyi üçün A.Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində uğurlu olması həm də dövlət maraqlarına uyğundur. İnanırıq ki, onun rəhbərliyi altında Suraxanıda “yeni inkişaf erası”nın başlanğıcı qoyulacaq.
04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim