“Azərbaycan milli musiqi tarixi çox zəngin ənənələrə malikdir. Tarixən bir neçə mərhələ Azərbaycan musiqisinin əsasını təşkil edir. Sözsüz ki, ilk növbədə türklərin saz, aşıq musiqi sənətinin gətirdiyi bünövrədir. Daha sonra qədim Şərq muğam sənəti və onunla bağlı olan musiqi sahələrinin verdiyi töhfələr yer alır. Bundan sonra isə el nəğmələri, xalq mahnılarımız musiqimizin əsas qollarından birini təşkil edir. Azərbaycan insanı doğulduğu andan ölümünə qədər həm musiqi, həm də şeir ilə əhatə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Azərbaycanda çox maraqlı musiqi mühiti var: “Avropa musiqisi XIX əsrdə gəldi və XX əsrdə Üzeyir Hacıbəyov onu muğamla sintez edib, peşəkar Avropa musiqisini Azərbaycan xalq musiqisinin mühüm qoluna çevirə bildi.

Peşəkar musiqi, bəstəkarlıq məktəbi Azərbaycanda daha çox XX əsrin əvvəllərindən etibarən inkişaf etməyə başladı. XX əsr Azərbaycan musiqi tarixinin qızıl dövrdür. Xüsusilə də peşəkar şəkildə musiqinin müxtəlif qolları bu dövrdən etibarən inkişaf etməyə başladı.

 

XX əsrdə möhkəmlənən muğam sənətinin çiçəklənən zamanı isə məhz müstəqillik dövrümüzdür. Yəni, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva muğama himayədarlıq etdikdən sonra muğam sənətimizin qızıl dövrü başladı. Müasir dövrdə isə musiqinin müxtəlif janrları inkişaf edir. Akademik bəstəkar musiqisinə tələbat azalıb, simfonik orkestr dinləyicilər üçün əvvəlki qədər maraq kəsb etmir. Amma estrada, pop musiqisi, xalq nəğmələri və muğamın inkişafını görürük. Musiqi mədəniyyətimiz gün keçdikcə daha da inkişaf edir. Musiqi insan ruhunun dilidir və ruhun dili heç bir zaman lal qala bilməz. Buna görə də daim musiqinin inkişafının şahidi olacağıq”.

04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim