Onun sözlərinə göeə, taksi fəaliyyətində belə problemlər artıq hiss olunmaqdadır: “Çünki əvvəlki dövrə nisbətən taksilərin sayı təkcə “Bolt”da yox, digər şirkətlərdə də azalıb. Bu azalma nəticəsində də sifarişlər gecikir və yaxud da bəzən sürücülər görürsünüz nağd ödəniş olmayanda sərnişinləri, yəni sifarişçiləri məcbur edirlər, ya zəng edib xahiş edirlər ki, imtina etsin ki uzaqdayam və s. Amma bu düzgün deyil. Bu məsələ hardasa nəzarət altında olmalıdır ki, tənzimlənsin. Belə özbaşınalıqlar olmamalıdır.
Çox təəssüf sürücülər bəzən başlayıblar belə şeylərdən istifadə ediblər. Vətəndaşlar dövlət qurumundan narazı qalır ki, “Niyə bunu tənzimləmirsiniz?”. Hər bir halda sifariş edilirsə ya nağd olsun, ya bank kartı ilə olsun sürücü bu xidməti, sifarişi yerinə yetirməlidir. Amma bizdə yanaşma biraz fərqlidir. Sürücülər müxtəlif bəhanələr gətirməklə nağd ödənişin onlara sərf etmədiyini deyirlər və sifarişdən imtina olunması üçün az qalırlar sərnişinə yalvarsınlar ki, bundan imtina et.
Bunlar biraz problem yaradan situasiyalardır, olmamalıdır, olmaması üçün də nəzarətə ehtiyac var. Hələlik indi dövlət qurumları gözləyir ki, bu sahədə islahatlar tam başa çatsın, taksi parkı yenilənsin. Baxaq görək nə qədər yeni avtomobil bazara daxil olub və s. Sürücülər də belə güman edirlər ki, vəssalam nəzarət yoxdur istədiklərini edə bilərlər. Bu belə deyil. Nəzarət olacaq və bu proses başlayacaq. Ona görə bu qaydalara öyrənsinlər”.