“Azərbaycanda su ehtiyyatlarının səviyyəsi hətta eradan əvvəlki vəziyyətdədir. Bir çox su kanalları, şəhər təsərrüfat sistemləri bərbad haldadır. Kür-Araz ovalığında isə şoranlıq artıq öz işini görür, bir çox sahələr ölü sahəyə çevrilib və bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bu istiqamətdəki problemləri aradan qaldırmaq üçün isə milyardlarla pul lazımdır. Bunun üçün mütləq torpaq yuyulmalıdır, əvvəlki qida elementləri ilə zənginləşdirilməlidir, ən vacibi isə suvarılan kanalların hər biri betonlaşdırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, bitkinin tələbatına uyğun şəkildə suvarma sistemləri yaratmalıyıq: “Bu proses ən müasir texnologiya və böyük diqqətlə həyata keçirilməlidir. Şəhərdə həm içməli su kimi, həm texniki, həm də suvarma suyu kimi istifadə olunan suların da vəziyyəti o qədər ürəkaçan deyil. Şəhərdə maşınyuma məntəqələri özbaşına tüğyan edir. Şəhərin bir çox yerlərində Sovet dövründən də əvvəlki zamana aid borular qalmaqdadır və onlar da öz keyfiyyətini itirib. Bəzi yerlərdə su sızıntıları çoxalır ki, bu da sürüşmə və ya torpaq qatının yuyulmasına səbəb olur. Bir sözlə, hələlik suya qənaətdən, yüksək texnologiyalardan söhbət gedə bilməz. Bu səbəbdən də suya qənaət məsələsinə böyük diqqət ayrılmalıdır. Ən çox su ehtiyyatı olan Kanada, Norveç kimi ölkələrdə nümunə üçün belə bir damcı boşuna axan su tapmamışam. Hətta bəzi ölkələrdə, konkret olaraq Norveçdə su pulsuzdur.

Kür-Araz ovalığının 17-ə qədər rayon camaatı, mərkəzi var və onların böyük bir hissəsi adi Kürün suyundan istifadə edir. Həmin su isə uzun onilliklər ərzində müxtəlif formalarda zəhərlənib, bu isə insan orqanizminə böyük ziyan vura bilər. Bu məsələyə də xüsusi diqqət ayrılması vacibdir”.

04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim