2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentin ixtisas seçimi üçün elektron ərizə qəbulu başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib. O, DİM tərəfindən həyata keçirilən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı, müsabiqəyə buraxılanlar və plan yerlərinin sayını açıqlayıb:
“I qrup - 13307 (Az bölməsi), 1294 (rus bölməsi), 14601 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 16649 nəfər) (Plan yeri 14475)
II qrup - 9907 (Az bölməsi), 1052 (rus bölməsi), 10959 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 11698 nəfər) (Plan yeri 13395)
III qrup - 11486 (Az bölməsi), 900 (rus bölməsi), 12386 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 14143 nəfər) (Plan yeri 10601)
IV qrup - 3295 (Az bölməsi), 307 (rus bölməsi), 3602 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 4079 nəfər) (Plan yeri 3315)
I-II-III-IV qruplar üzrə 37995 abituriyent Azərbaycan bölməsi üzrə, 3553 rus bölməsi üzrə, ümumilikdə 41548 abituriyent electron ərizəsində ixtisas seçimi edib.
V - qrup 3190 (Az bölməsi), 401 (rus bölməsi), 3591 (cəmi)”
Ekspert bildirib ki, hazırda olan məlumata görə, bütün ixtisas qrupları üzrə 41184 abituriyent Azərbaycan bölməsi, 3954 rus bölməsi olmaqla, ümumilikdə 44815 abituriyent (54733 abituriyent müsabiqəyə buraxılmışdı) ixtisas seçimini edərək, elektron ərizəsini təstiq edib (Ali məktəblərin plan yerinin sayı 45159 yerdir).