Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat verib.
Qəzetin yazdığına görə, “əməliyyat”da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton şəxsən iştirak edib.
Yazıda Con Boltonun bununla bağlı tələbini ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçinson vasitəsilə Brüsselə çatdırıldığı qeyd olunur. O, NATO-nun yekun kommünikesinin Tramp Avropaya hərəkət etmədən öncə hazırlanmasını istəyib.
Nəticədə NATO baş katibi Yens Stoltenberq Boltonla razılaşıb. Zirvə toplantısının sonunda qəbul edilən bəyannamə görüş başlamazdan 5 gün əvvələ qədər artıq hazır vəziyyətə gətirilib. Bununla da həmin sənədin üzv dövlətlər arasında müzakirə edilməsindən qaçmaq mümkün olub.
Con Bolton və Donald Tramp
Qəzetdə yazıldğına görə, bütün bu tədbirlər sonuncu “G7” sammitindəki situasiyadan qaçmaq üçün həyata keçirilib. Xatırladaq ki, həmin sammitdə Tramp son anda final kommunikesini imzalamaqdan imtina etmişdi. Yazıdan bəlli olur ki, Tramp elə əvvəldən həmin sammitə “dava –dalaşa” gəlibmiş. Əvvəlcə o, “böyük yeddilik” ölkələri arasında gömrük rüsumlarının qaldırılmasını tələb edib. Üstəlik, Kanada baş naziri Castin Trüdonu ağır ifadələrlə təhqir edib. Ən sonda isə tvitterdə kommunikeni imzalamaq niyyəti olmadığını yazıb və dediyini də edib.
Tramp G7 zirvəsində
Məhz bu situasiyadan qaçmaq üçün Ağ Ev rəsmiləri avropalı həmkarları ilə əlbir olaraq öncədən tədbirlərini görüblər. Həm də, görünür, bunlar da əbəs yerə deyilmiş. Belə ki Tramp NATO üzvlərindən təşkilata öz ÜDM-lərinin 2%-nin ayrımasını istəyib. Daha sonra bu tələbini hətta 4%-ə çıxarıb. Doğrudur burada ona ABŞ-ın özünün NATO xərclərinin ÜDM-nin 3,6%-i keçmədiyini xatırladıblar.
Üstəlik, Tramp NATO-nun quruluş səbəblərindən sayılan və kollektiv müdafiəni təmin edən 5-ci maddənin dəyişdirlməsini istəyib. “Axı biz nəyə görə kiçik Monteneqro üçün riskə girməliyik Üstəlik onlar buna görə bir sent də ödəmirlər”, - Tramp “Fox News” kanalına müsahibəsində deyib.
Tramp NATO zirvəsində
Hər halda ABŞ prezidenti NATO-nun sənədlərinə öz imzasını atmalı olub. Məqalədə yazılana görə, bu həm də onun üçün baş verib ki, Ağ Ev rəsmiləri və müşavirləri 79 bəndlik sənədi ona yalnız ümumi cizgilərlə, detalları anlatmadan təsvir ediblər.
Bütün bu prosesdə Con Bolton tək olmayıb. Ona bu işdə avropalı diplomatlar, dövlət katibi Maykl Pompeo, müdafiə naziri Ceyms Mettis də yardım ediblər. Onların hamısı G7 sammitindəki biyabırçılığın təkrarlanmaması üçün belə bir addımı atıblar.
Donald Tramp və müdafiə naziri Ceyms Mettis
Sənədə görə, NATO çevik fəaliyyət göstərə biləcək və anında reaksiya verəcək böyük hərbi birləşmələrin yaradılmasınıı razılaşdırblar.
NATO-ya daxil olan ölkələrinsilahlı qüvvələrinin ümumi sayından 30 iri hərbi-dəniz gəmi , 30 ağır və orta manevr taborları və 30 hava eskadrilyası ilə belə birliklər yaradılır. Bu qüvvələr 30 gün ərzində qarşılarına qoyulan vəzifənin öhdəsindən gəlməlidirlər. Həmin birləşmələr 2020-ci ilə qədər “intensiv hərbi əməliyyatlara” girməyə hazır olmalı və onlar ən böhranlı vəziyyətdə istifadə edilməlidilər.