Ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amildir.

 

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bu gün ADA Universitetində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və FAO-nun birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva bu sahədə mövcud problemlərin münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini qeyd edib.

FAO-nun xoşməramlı səfiri deyib ki, miqrasiya məcburi deyil, könüllü seçim olmalıdır və milyonlarla insanın öz yurdlarını tərk etməməsi üçün regionların inkişafına sərmayə qoyulmalıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən altı ildə görülən işlərdən danışıb, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələr barədə məlumat verib.

"Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq" şüarı altında təşkil olunan tədbirin məqsədləri miqrasiya və pul köçürmələri axınının istehsala, sosial gərginlik və bərabərliyə təsirləri, həmçinin son nəticədə onların yoxsulluq və ərzaq təhlükəsizliyinə effektləri sahəsində anlaşılmanı yaxşılaşdırmaq, kənd təsərrüfatı sahəsində siyasəti formalaşdıran tərəflərin, tədqiqatçıların habelə maliyyə qurumlarının və donor agentliklərinin ən əlverişli şəkildə miqrasiyanın öhdəsindən gəlmək və pul köçürmələrinin ən səmərəli şəkildə idarə edilməsi üçün üzləşdikləri çağırışları müəyyən etmək, miqrasiyanın gender münasibətlərinə təsirini başa düşmək, kənd yerlərinin kompleks inkişafı və miqrasiya siyasətlərinin hazırlanması və təşviqindən irəli gələn əlavə dəyəri araşdırmaq, miqrasiyanın kənd yerlərinin inkişafına fayda verdiyi yerlərdə ən mütərəqqi təcrübəni müəyyən etmək, müvafiq siyasətləri müzakirə etmək və öyrənilmiş dərsləri və qabaqcıl təcrübələri vurğulamaq, FAO və digər əsas maraqlı tərəflərlə daha geniş əməkdaşlıq məqsədi ilə imkanlarını və istiqamətlərini müəyyən etməkdir.

Tədbirdə "Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: Kənd təsərrüfatına və ərzağa təsirləri" mövzusunda panel müzakirələr aparılacaq, iştirakçıların sualları cavablandırılacaq.

 
04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim