Cənub bölgəmizin dilbər guşəsi Lənkəran hər zaman öz perspektivi , sürətli inkişafı ilə öndə olmuşdur . Ötən illərdə olduğu kimi 2017 - ci il də rayonun tarixinə əlamətdar il kimi daxil olmuşdur.
 Belə ki , olkə prezidenti  Cənab Prezident İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı sayəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində yeni mərhələ başlanmış ,  genişmiqyaslı quruculuq–abadlıq işlərinin, iri həcimli investisiya layihələrinin icrası həyata keçirilmişdir.

 Rayonda  ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə  artmış ,  xüsusən qeyri- dövlət sektorunda istehsal həcmi  qənaətbəxş dərəcədə artmışdır.Xüsusən aqrar sahədə inkişaf , qazanılan uğurlar rayon iqtisadiyyatına əhəmiyyətli dərəcədə fayda verməkdədir. 

İlboyu rayon ərazisində  tikinti- təmir abadlıq – quruculuq işləri geniş vüsət almışdır. Xüsusən  ölkə prezidentinin 7 iyun 2017-cı il tarixli sərəncamı ilə Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin aparılmasından ötrü 7.5 milyon manat vəsaitin ayırması ən əlamətdar hadisələrdən biri kimi dəyərləndirilmiş , rayonun simasının daha da gözəlləşməsinə böyük töhfə olmuşdur.

Rayonun tarixində ən əlamətdar  günlərdən  biri də ölkə rəhbəri Cənab İlham Əliyevin  rayona tarixi səfəri olmuşdur. Sentyabr ayında gerçəkləşən səfər bir sıra nüansları ilə yaddaşlara yazılmışdır. Rayonun sosial – iqtisadi, mədəni həyatı ilə yaxından tanış olan ölkə rəhbəri bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir.
                         

Belə ki ,  Cənab prezident  “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.Həmçinin  “Xəzər Palace” otel kompleksinin açılışında iştirak edib , “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxış keçirmişdir.
   Məlum olduğu kimi    Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür.

Gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq.Qeyd etmək yerinə düşərdi ki , təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub. 

                       
      Olkə prezidenti həmçinin Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub ,Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

   Lənkəran təkcə sosial- iqtisadi , aqrar sahədə deyil , mədəni sahədə genişmiqyaslı tədbirləri ilə də öndə olmuşdur. Belə ki , bütün əlamətdar tədbirlər , bayram şənlikləri , anım günləri İcra Hakimiyyətinin birbaşa təşkilatçılığı ilə qeyd edilmişdir. Bu tədbirlər silsiləsindən  “XX əsrdə Türk-Müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, “İslam Həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfransın, may ayında  “Radikalizm və ekstrizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminarın, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, təşkilatın üzv dövlətləri və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Avropa Günü”nün (Şuman günü) qeyd etmək olar.

               
   Lənkəran rayonu İcra başçısı Taleh Qaraşov hər il olduğu kimi 2017 – ci ilin ötən aylarında da mütəmadi olaraq rayon sakinləri ilə görüşlər keçirmiş , vaxtli- vaxtında onları qəbul etmiş , problemləri , çətinlikləri ilə maraqlanmış , operativ tədbirlər görmüş , müvafiq qərarlar vermişdir.

  Göründüyü kimi Lənkəran rayonu ölkə rəhbəri Cənab İlham Əliyevin qayğı və diqqətini hər zaman üzərində hiss etməklə yanaşı , göstərilən etimadı doğrultduğunu əməli işləri ilə sübut edir.

  Uğurlar olsun !
 
 P.S Son zamanlar Lənkəran rayonu , onun çox dəyərli İcra başçısı Taleh Qaraşov haqqında xoşagəlməz yazılar yazılır , onun  təqdirəlayiq fəaliyyətinə kölgə salmağa çalışırlar. Qeyd etmək istərdik ki , bu yalan cızma - qaralar etikadan kənar . şər - böhtandan başqa bir şey deyildir. 
Əməl də , iş də göz qabağındadır. Görünən dağa nə bələdçi !?

04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim