Türkiyə səfiri onların əməllərini  pislədi; xainlərin saxta soyqırımı haqqında kitab yazdıqları da üzə çıxdı...
Azərbaycanın Baş Prokurorluğu dörd nəfər Türkiyə vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr  2017-ci il tarixdə Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, bu ilin fevral ayında Dağlıq Qarabağa qanunsuz səfər edən yəhudi blogger Aleksandr Lapşin Azərbaycan dövlətinin istəyi ilə Belarus Respublikasında həbs edilərək Bakıya gətirilmiş və məhkəmə hökmü ilə 3 il həbs cəzasına məhkum edilmişdi. Yəni Azərbaycan dövləti onun işğal altındakı ərazilərinə qanunsuz səfər edən hər kəsə qarşı istisnasız olaraq sərt sanksiyalar tətbiq edir.
Image result for Hikmət Hacıyev
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, məlum Türkiyə vətəndaşlarının adları artıq XİN-in “qara siyahı”sına daxil edilib: “Onların adı arzuolunmaz şəxslər siyahısına daxil edilib. Prokurorluqda  onlar barəsində zəruri olan hüquqi addımlar atılır. Qardaş Türkiyə ilə də müxtəlif səviyyələrdə bu məsələlər müzakirə olunur. Bizdə olan məlumata görə, həmin şəxslər Dağlıq Qarabağa ilk dəfə gediblərmiş”.
Hüquq müdafiəçisi, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov isə bildirdi ki, Türkiyə dövləti Dağlıq Qarabağa səfər edən həmin vətəndaşlarını həbs eləyəcək və mühakiməni də böyük ehtimalla özü edəcək: “Türkiyə heç maraqlı deyil ki, onun vətəndaşları Dağlıq Qarabağ erməniləri ilə əlaqələr qursun. Bu birbaşa olaraq Azərbaycan-Türkiyə maraqlarına zərər vuracaq addım ola bilər. Türkiyə təbii ki, Ermənistan ilə mədəni və iqtisadi münasibətləri bərpa etmək yolunda addım atacaq. Bu eyni zamanda erməni iş adamlarına Türkiyədə biznes qurmaq və investisiya yatırmasına şərait yaradacaq. Lakin Türkiyə Dağlıq Qarabağda nəsə etməkdən çəkinir. Türkiyədə kifayət qədər insanlar var ki, onlar Ermənistanla məsələnin çözülməsində maraqlı görünürlər, onlara elə gəlir ki, ermənilər ilə Türkiyə arasında yaşanan gərginlik artıq tarixdir, yeganə mane Dağlıq Qarabağ problemidir. Həmin şəxslərin də səfəri Ermənilər tərəfindən planlaşdırıla bilərdi, eyni zamanda onların özləri də problemi araşdırmaq üçün bu səfərə təşəbbüs göstərə bilərdilər. Azərbaycanın Türkiyə vətəndaşlarına cinayət açmasında ciddi problem yoxdur. Ancaq Türkiyənin həmin vətəndaşları həbs edib bizim hüquq-mühafizə orqanlarına təhvil verməsi ağlasığan deyil. Türkiyə maksimum onların cinayət işi sənədini Azərbaycandan tələb edəcək. Onları terrorizmi dəstəkləmək və millətlər arası ədavətin qızışdırılması ittihamı ilə həbs və mühakimə edə bilər. Türkiyədə məhkəmə prosesi 10 illərlə çəkir, ona görə də əgər belə bir cinayət işi və məhkəmə olacaqsa bizi qarşıda uzun və maraqlı dartışma gözləyir. Onların Azərbaycana təhvil verilməsi inandırıcı deyil. Amma Azərbaycan onların tutulub təhvil verilməsini istəyir”.
Image result for Erkan Özoral
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məsələyə münasibət bildirib. Səfir APA-ya deyib ki, Dağlıq Qarabağa edilən bu kimi qanunsuz səfərlər təbii ki, həll prosesinə zərər verir: “Bu prosesə zərər verən davranışları Türkiyə olaraq şiddətlə qınayırıq. Bu səfəri həyata keçirənlər Türkiyənin rəsmi mövqeyini ifadə etmək səlahiyyətində olan şəxslər deyil. Onlar fərdi olaraq ora gediblər. Bizim rəsmi mövqeyimiz də bəllidir. Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq əsasında müxtəlif təşkilatlar tərəfindən verilmiş qərarlara bağlı olaraq həllini istəyir”.
E.Özoral Türkiyə vətəndaşlarına Dağlıq Qarabağa qanunsuz səfərlə əlaqədar Azərbaycanda cinayət işinin açılmasını da şərh edib. O deyib ki, bu hüquqi prosesdir və hüququn tələb etdiyi addımlar atılacaq: “Biz hüquqa hörmətlə yanaşırıq”.
Image result for Hikmət Babaoğlu
YAP-çı deputat Hikmət Babaoğlu isə bildirib ki, Türkiyə vətəndaşları olan bir qrup şəxsin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi buna qarşı Türkiyə dövlətinin heç bir tədbir görməməyi təəssüf doğurur. Bu, ilk növbədə Türkiyə-Azərbaycan münasibətləri, iki ölkə arasındakı strateji əməkdaşlıq ruhuna yaraşmır: “Dağlıq Qarabağ bölgəsinə səfər edən Türkiyə vətəndaşları təkcə Azərbaycanın əleyhinə deyil, həm də öz ölkələrinin əleyhinə fikirlər səsləndiriblər. Türkiyə güclü dövlətdir və bu qanunsuz səfərlə bağlı mütləq tədbirlər görülməlidir. Bu cür hərəkətlər, bu cür addımlar birinci dəfə deyil. Bilirik ki, bir neçə dəfə bəzi türkiyəli jurnalistlər Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə səfər ediblər. Bu məsələnin bu şəkildə davam etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq çox ciddi hiddət doğurub. Azərbaycan ictimaiyyəti bu səfəri şiddətlə qınayır. Ona görə də Türkiyə dövləti bu şəxslər haqqında ən ciddi tədbirləri görməlidir. Azərbaycan bu məsələdə çox həssasdır. Çünki Azərbaycanın əraziləri işğal olunub. Türkiyənin belə bir həssas, milli məsələsində azərbaycanlılar buna bənzər addımlar atsa, tutaq ki, Azərbaycanın bir qrup tanınmış şəxsi Cənubi Kipr respublikasına səfər edir və orada müxtəlif görüşlər keçirib anti - Türkiyə fikirlər səsləndirirsələr, görəsən Türkiyənin münasibəti necə olar? Türkiyə özünü Azərbaycanın yerinə qoymalıdır və buna əsasən də qərar qəbul etməlidir. Azərbaycan beynəlxalq təşkilatlarda, hər yerdə hər zaman Türkiyəni dəstəkləyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti cənab İlham Əliyev öz qəti mövqeyini ortaya qoydu. Azərbaycan xalqı daima Türkiyənin yanında olduğunu bildirir. Ona görə də Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı bu qətiyyəti Türkiyədən gözləyir. Türkiyə ya o şəxsləri özü cəzalandırsın, ya da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiklərinə görə onları ölkəmizə təhvil versin”.
Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) rəhbəri Göksel Gülbey isə bildirib ki, Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilməli və məhkəmə qarşısında cavab verməlidirlər. G.Gülbey bildirib ki, U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu uzun illərdir Türkiyədə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərib və qondarma “erməni soyqırımı”nın tanınması və dəstəklənməsi üçün kitablar yazıblar.
450d5fe9-49a5-47c9-b05a-765172a5806d.jpg (65 KB)
Bu arada Ufuk Arasla Xəbər365.com SAYTI əlaqə yaradıb. O, açıqlamasında hadisəni belə şərh edib: “Bu xəbəri eşidəndə çox pis oldum. Çünki Azərbaycan bizim dostumuzdur. Biz bu məsələdə tərəf deyilik. Jurnalist, yazıçı, akademik kimliyimizlə bölgədə vəziyyəti anlamağa çalışırıq. Bu qərarın ləğv edilcəyini ümid edirəm. Çünki vacib olan niyyətdir. Azərbaycana da gəlib müşahidələrimizi paylaşmaq istəyirdik. Qarabağın tarixi məkanlarını gəzdik və Xocalıya gedərək Xocalı qətliamını qınadığımızı dedik. Hüquqşünaslar mövzunu araşdırır. Məqsədimiz problem yaratmaq deyil, sülh üçün həll variantları tapmaqdır. Hətta bəzi bölgələrdən çəkilməli olduqlarını izah etdik, onlar da danışıqlara hazır olduqlarını bildirdilər. Mən prinsip olaraq hamının kökü haradadırsa, orada da sülh içində birlikdə yaşamağının tərəfdarıyam. Hər iki bölgəni də ziyarət edən Tomas de Valın ”Qarabağ" kitabını oxuyanda bu qərarı vermişdim. Sizin vasitənizlə dost Azərbaycan xalqına sevgilərimi çatdırmaq istəyirəm".
04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim