İraq Kürd Regional Rəhbərliyinin Bağdadın çağırışına baxmayaraq geri qaytarmadığı sərhəd qapılarına müdaxilə başlayır. Bağdad rəhbərliyi, İran və Türkiyə ilə koordinasiyalı bir şəkildə Bərzani bölgəsinə açılan sərhəd qapılarının idarəsini almağı planladıqlarını açıqladı.
 
İraq, saxta referendum qərarının ardından ilk olaraq qonşuları İran və Türkiyədən sərhəddə hərbi təlimləri başlatmalarını istəmişdi. İraq Baş qərargah rəisi Osman Qəniminin ziyarətinin ardından Türkiyədəki manevrə təlimlərinə İraqdan xüsusi qüvvələr zabitlərinin qatılması qərara alınmışdı. Eyni qərar, Qəniminin İrana səfəri sonrası da qəbul edildi. İraq və İran əsgərləri, İranın İraq Kürd Regional Rəhbərliyi bölgəsinə açılan sərhəd qapıları ətrafında birgə təlimlər keçirdilər. Erbilə böyük gəlir mənbəyi olan 4 qapıya nəzarət tezliklə hərbi əməliyyatlarla dəyişəcək.
 
Türkiyə və İranın dəstəyi ilə sərhəd qapıları üçün həyata keçiriləcək əməliyyatlar ümumilikdə 4 qapını əhatə edir. Şırnak-Silopidəki Habur Sərhəd keçid məntəqəsində İraq əsgərləri Türk əsgərlərinin dəstəyi ilə nəzarəti təhvil alacaq. Normalda Habur məntəqəsindən ticarət yolu Şimali İraq üzərindən keçərək Bağdada çatır, bu səbəblə yolun da dəyişdirilməsi gündəmdədir. Planlaşdırılan marşrutlar arasında, Zaho, Zumar və Başika vasitəsilə Musulu birləşdirmək planı var. Yolun dövrəyə girməsindən sonra Başikadaki Türk əsgərinin ticarət yolunun təhlükəsizliyinin təmin edilməsində dövrəyə girə biləcəyi ifadə edilir.
 
İranda isə 3 sərhəd qapısı İraq Kürd Regional Rəhbərliyinin nəzarəti altındadır: Şimalda Erbilə bağlı Çoman mahalında Hacı Omeran-Temerçin Sərhəd Qapısı, şərqdə Süleymaniyəyə bağlı Penciven qəzasında Başmak Sərhəd Qapısı və Kelar mahalında isə Peravizhan Sərhəd Qapısı. Yaxında başlayacaq əməliyyatlarla birlikdə buralarda nəzarət, İraqlı zabitlər tərəfindən İran hərbi dəstəyi ilə kürdlərin nəzarətindən alınacaq. Ticarət yollarının təhlükəsizliyinin də İraq əsgəriylə təmin edilməsi gözlənilərkən, lazım olduğunda burada da Türkiyə və İranın dövrəyə girə biləcəyi ifadə edilir. Sərhəd qapılarına nəzarətin Bağdada verilməsiylə birlikdə Erbil, əhəmiyyətli bir gəlir mənbəyindən də məhrum qalmış olacaq.
 
İraq ordusunun Türk hərbi birliyi ilə həyata keçirdiyi təlimdə, sərhəd qapılarına müdaxilə ssenarisi mənimsənildi. Bu istiqamətdə, ilk addımın Haburda atılması gözlənilir. Habur Sərhəd qapısının mərkəzi hökumətin idarəsinə alınmasını nəzərdə tutan müdaxilənin də təlimlərə qatılan zabitlər tərəfindən həyata keçirilməsi planlaşdırılır.
04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim