Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdədir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ankarada Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq.
Görüşdə iki ölkə arasındakı münasibətlər, Suriya, İraq və regional məsələlərin müzakirə ediləcəyi bildirilib.
Bundan başqa, Türkiyənin almaq istədiyi “S-400” raket kompleksi və İraq Kürd Regional Hökumətinin keçirdiyi referendum barədə də məsləhətləşmələr aparılacaq.
***
Ərdoğan Putini Ankarada dövlət iqamətgahında qarşılayıb.
Daha sonra iki lider iqamətgaha daxil olaraq görüşə başlayıb.
***
“Ria Novosti” xəbər verir ki, Rusiya və Türkiyə prezidentlərinin danışığı 30 dəqiqədən çox olub. Hazırda geniş tərkibdə danışıqlar gedir.