Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün özü elə müsbət nəticədir. Belə görüşlər mütləq xalqlar arasındakı münasibətlərə öz təsirini göstərəcək.

 

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin Moskvada keçirilən görüşünün yekunları ilə bağlı müsahibəsində söyləyib.

A.Paşazadə qeyd edib ki, üçtərəfli görüş bir daha göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Şeyxülislam deyib: “Üçtərəfli görüşdə erməni katolikosu tərəfindən ittihamlar səsləndi. Mən də erməni əsirliyində olan azərbaycanlıların azad edilməsi məsələsini II Qareginin diqqətinə çatdırdım. Bu münaqişənin Azərbaycan torpaqlarında getdiyini bildirdim”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, erməni katolikosu görüş zamanı aprel hadisələrini xatırladıb. “Mən də döyüşlərin Azərbaycan torpaqlarında getdiyini, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istədiyini onun diqqətinə çatdırdım. İşğal altında, eləcə də indiki Ermənistan ərazisində və ətraf rayonlardakı torpaqlarda yerləşən dini abidələrimizin, məscidlərimizin pis vəziyyətdə olması barədə erməni tərəfinə etirazımı bildirdim. Dedim ki, bu məscidlərin çoxunda mən moizələr oxumuşam. Lakin indi həmin məscidlər yoxdur”, - deyə şeyxülislam qeyd edib.

A.Paşazadə bildirib ki, erməni katolikosu Bakıda erməni kilsəsinin vəziyyətinin pis olduğunu iddia edib. Azərbaycanın dini lideri Azərbaycan və Ermənistan xalqları arasında vasitəçi rolunu oynayan patriarx Kirilli Bakıdakı erməni kilsəsini ziyarət etməyə, kilsəsinin vəziyyəti ilə tanış olub bu barədə katolikos II Qareginə məlumat verməyə çağırıb. “Açıq dedim ki, nə biz bu regiondan gedəcəyik, nə də siz. Biz bir yerdə yaşayacağıq. Ona görə də dini liderlər xalqlarımız arasında münasibətlərin normallaşmasına kömək etməlidirlər. Biz xalqlarımıza nümunə olmalıyıq. Ermənistan, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı 7 rayonu geri qaytarmalıdır. Bu prosesə başlanılmalıdır. Sonra isə dövlət başçıları, siyasətçilər Dağlıq Qarabağın statusu məsələsinə baxarlar, təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində”, - deyə şeyxülislam bildirib.

Moskva və bütün Rusiyanın patriarxı Kirillin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində çox maraqlı olduğunu vurğulayan A.Paşazadə belə görüşlərin əhəmiyyətini vurğulayıb: “Bu görüşlərin mütləq nəticəsi olmalıdır. Biz təklif etdik ki, Azərbaycan-Ermənistan sərhədində də dini liderlərin görüşlərini təşkil edək. Misal üçün, bir dəfə Azərbaycan tərəfdə, bir dəfə isə Ermənistan tərəfdə görüşlər keçirək. Qərara gəldik ki, daha fəal olaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həli üçün Azərbaycan, Rusiya və Ermənistan din adamlarından ibarət ATƏT-in Minsk qrupuna bənzər bir qrupun yaradılması təklif olundu. Patriarx Kirillə görüşümdə bu məsələni müzakirə etdik. Rusiya tərəfi də bunu erməni tərəfi ilə müzakirə edəcək. Bu qrup baş verən hadisələrə, misal üçün, atəşkəsin pozulması, əsirlərin və ya cəsədlərin dəyişdirilməsi və digər məsələlərin həllinə mənəvi cəhətdən yardım edə bilər. Hələlik bu, təklifdir, ümid edirəm ki, bu təklif qəbul ediləcək”.

Görüşdə ermənilərin katolikosu II Qareginin adından tərcüməçinin oxuduğu mətndə Azərbaycanın təcavüzkarlıqda təqsirləndirilməsi məsələsinə münasibət bildirən şeyxülislam deyib: “Qareginin iddialarının hamısına cavab verildi, həm mətbuatın iştirakı ilə keçirilən hissədə, həm də qapalı keçirilən görüşdə. Yaxşı oldu ki, birinci o, çıxış etdi. Daha sonra mən onun bütün iddialarına tutarlı cavab verdim. Qareginə dedim ki, əgər biz gələcəkdə bir yerdə yaşayacağıqsa birlikdə müəyyən işlər görməliyik, addımlar atmalıyıq. Əks halda, bu münaqişənin sonu heç də yaxşı olmayacaq. Bu gün Yaxın Şərqdə, Myanmada baş verən proseslərin əsas səbəblərindən biri də din adamlarının vaxtında münaqişələrə reaksiya verməmələri, düzgün addım atmamalarıdır. Ermənistan-Azərbaycan münaqişəsinə də vaxtında son qoyulmasa, bu münaqişə bütün Qafqazı bürüyəcək. Bu münaqişənin dini müstəviyə çıxarılmasını istəyən qüvvələr var. Buna imkan verməməliyik. Əks təqdirdə bunun qarşısını almaq mümkün olmayacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri görüşün yekun bəyanatına münasibət bildirərək deyib: “Əsirlərin geri qaytarılması məsələsinin yekun bəyanata salınması vacib idi. Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin, girov və əsirlərin azadlığa buraxılması, dini abidə və məscidlərimizin qorunması kimi məsələlərin vacib olduğu bəyanatda qeyd edilib. Bu bəyanata da ermənilərin katolikosu imza atdı. Ümid edirəm ki, bəyanatda qeyd olunanlar kağız üzərində qalmayacaq”.

04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim