Son illər səhiyyə sistemində gedən əsaslı dəyişikliklər danılmaz faktdır. Modern , dünya standartlarına cavab verən , hər cür maddi-texniki baza ilə təchiz olunmuş o cümlədən hərtərəfli bilik və bacarıqlara yiyələnmiş , yüksək ixtisaslı tibbi personala malik şəfa ocaqlarımız belə deməyə əsas verir.
Artıq vətəndaşlarımızın uzaq və yaxın xaricə uz tutmaqlarına ehtiyac yoxdur. İstər paytaxtımızda , istərsə də bölgələrimizdə fəaliyyət göstərən xəstəxanalar , hospitallar günün reallığı ilə ayaqlaşır , müasir standartlara cavab verirlər.
Belə şəfa ocaqlarından biri də Sabirabad Rayonu Mərkəzi Xəstəxanasıdır. Xəstəxana müasir tipli binada yerləşir. Hər cür maddi- texniki baza ilə təciz edilmişdir. 320 çarpayıdan ibarət xəstəxana 7 şöbəni əhatə edir.Burada cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana bu qəbildəndir.Rayon Mərkəzi Xəstəxanasına Əziz Mikayılov rəhbərlik edir. Xəstəxanada 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfər həkim, 436 nəfər isə orta tibb işçisidir.
Bu xəstəxananın hər zaman gözəl və müsbət ənənələri olub, hal- hazırda da davam etməkdədir. Başda rəhbərlik olmaqla bütün tibbi personal pasiyentlərin yüksək qayğı və diqqətlə əhatə olunması üçün əllərindən gələni əsirgəmir. Yüksək nizam-intizam , ciddi qayda-qanun hər addımda hiss olunur.Burada bir prinsip var . Bu şəfa ocağına üz tutan hər kəs sağ- salamat , yüksək əhval-ruhiyyə və cansağlığı ilə doğmalarının , əzizlərinin yanına , öz isti ocaqlarına dönsünlər.
Xəstəxanada olarkən Əziz həkimin mütəmadi olaraq bütün palataları gəzdiyinin, ayrı- ayrılıqda hər bir xəstəyə fərdi yanaşdığının , onlara yüksək qayğı və diqqət göstərdiyinin bir daha şahidi olduq. Təbii ki , bu bir örnəkdir. Bütün kollektiv üçün nümunədir.
Məqsəd rayon sakinlərinin , ümumiyyətlə xəstəxanaya üz tutan hər bir şəxsi razı salmaq , onlara ən müqəddəs nemət olan cansağlığı bəxş etməkdir.
Doğrudur hər yerdə olduğu kimi burada çətinliklər var . Lakin xəstəxana rəhbərliyi və heyəti bu çətinliklərin öhdəsindən gəlmək üçün əzmlə çalışır.Əhaliyə daha da yüksək xidmət göstərmək üçün bütün imkanları səfərbər edir.
Onu da qeyd etmək istərdim ki , onsuz da həkimlərin , tibb işçilərinin zəhməti sonsuz , əməyi böyükdür . Ulu Tanrıdan sonra bizə ikinci həyat verən həkimlərdir. Bunu danmaq , inkar etmək ən azı vicdansızlıqdır.
Biz cəfakeş həkimlərə , bu ağ xalatlı müqəddəs insanlara borcluyuq.
Ömrünüz uzun , canınız sağ , əhval-ruhiyyəniz hər zaman yüksək olsun !
Siz bütün bəşəriyyətə lazımsız əziz tibb işçiləri !