Tanrının yaratdıqları içərisində ən çox şərəflisi , dəyərlisi insandır. Bəşər övladı olan insan ona bəxş edilən ömrü bəzən çox gərəksiz xərcləyir.Ona verilən imkanlardan , şanslardan istifadə etmədən , heç bir iz qoymadan ömrü başa vurur. Bu hal əslində böyük əksəriyyətin qismətinə düşür.
Lakin ona verilən ömür payını çox yüksək dəyərləndirən , şərəfləndirən , sözün həqiqi mənasında ömrə ziynət verən insanlar da var . Az da olsa var !
Haqqında danışmaq istədiyim qəhrəmanım da belələrindəndir.
Elman Camal oğlu Məmmədov . Əslində bu ad , bu sima Azərbaycan ictimaiyyətinə çox tanışdır.
Ancaq bu ad və simanın altında çoxlarına məlum olmayan elə dəyərlər , elə insani keyfiyyətlər dayanır ki , bu xüsussiyyətlərə malik olmaq üçün insana nə vəzifə , nə titul kömək edir . Bunun üçün halal süd əmməli , halal çörək yeməlisən , xəmirin halalıqla yoğrulmalıdır. Necə ki , bu Elman müəllim də belədir.
Uzun illər müxtəlif vəzifələrdə çalışan , Qarabağ müharibəsi veteranı , millət vəkili Elman müəllim əslində təkcə bir məmur , ictimai xadim , millət vəkili kimi deyil , dəyərli bir insan , əsl vətəndaş , şərəf və ləyaqəti hər zaman həyat kredosu edən bir şəxsiyyətdir.
Vətənin çətin anında , doğma Qarabağımızın qanlı-qadalı günlərində o hər zaman canı , qanı əqidəsi və prinsipləri ilə xalqa xidmət yolunu tutub , bu amala köklənib. Bütün bunları əməllərində nümayiş etdirib .
Pərən-pərən düşmüş , Qarabağ , Xocalı dərdlərini ürəyində gəzdirən soydaşlarımızın problemlərini , qayğılarını , dərd-sərlərini Elman müəllim hər daim çiyinlərində daşıyır. Onlara azacıq da olsa sevinc bəxş etmək , dərdlərini azaltmaq üçün əlindən gələni əsirgəmir.
Elman müəllim hər zaman dövlətimizə , dövlətçiliyimzə dürüstlüyü, sadiqliyi ilə ön sırada olub. O , öz çıxışlarında Ulu Öndərlə bir zamanda işlədiyi üçün fəxarət hissi keçirdiyini dəfələrlə vurğulayır.
Bu gün də Elman müəllim Cənab prezidentin yanındadır , onun uğurlu siyasətini hərarətlə dəstəkləyir , bu yolda öz köməyini və dəstəyini əsirgəmir.
Ali Qanunverici orqandan xalqımızın taleyüklü məsələlərinin həllində yaxından iştirak edir. Seçicilərinin haqq səsini , hüquqlarını yetərincə müdafiə edir.
Bu gün Elman müəllim ömrünün ən məsuldar və müdrik çağındadır. O , hörmət-izzət sahibi , xalqın sevilən ictimai xadimidir.
Ömrünüz uzun olsun , Elman müəllim !
Hər zaman hörmətli . dəyərli , mötəbər olasınız!
Sizə də ancaq bu yaraşır !