Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bir sıra müşavirlik institunu ləğv edib əvəzində yeni şöbələr yaratması cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən birinə çevrilib. Baş vermiş hadisə ilə bağlı bir sıra ekspertlər müxtəlif fikirlər səsləndirməkdədir.
Politoloq Qabil Hüseynli məsələ ilə bağlı
Moderator.az -a açıqlamasında bildirdi ki, prezidentin son addımları daha çevik siyasət yürütməyə hesablanıb:
“Azərbaycan Respublikasının prezidentinin bu sərəncamı müsbətə doğru atılmış növbəti addımdır. Hesab edirəm ki, İlham Əliyev köhnə təfəkkürlü kadrları idarəçilikdən kənarlaşdıraraq yenilikçi, daha çevik idarə üsulunun tətbiqi üçün əsaslar qoyur. Bunu islahatların davamı kimi də qiymətləndirmək olar. Mənim fikrimcə prezidentin bu tip sərəncamları bundan sonra da davam edəcək.”