Respublikamızın səhiyyə sahəsində  uğurları yetərincədir və bu müsbət tendensiya davam etməkdədir. Müasir tibbi- texniki avadanlıq  , savadlı  və peşəkar tibbi pesonala malik şəfa ocaqlarımız var.

  Bu şəfa mərkəzlərindən biri , bəlkə də birincisi  Respublika Neyrocərrahiyyə Xəsətəxanasıdır-  desəm yanılmaram. Belə qənaətə gəlməyə gördüyüm , real şahidi olduğum hadisələr əsas verir.

   Belə ki yaxın qonşumuz Hümbətova İradə xanım ağır xəstəlikdən – başındakı meningiomadan  əziyyət çəkirdi. Bir çox yerlərdə müayinə olunduqdan sonra Neyrocərrahiyyə xəstəxanasına üz tutudu. Vəziyyət o qədər gərgin idi ki , xəstənin sol gözü tamamilə görməsini itirmiş , sağ gözü də həmin vəziyyətin astanasında idi.

   Xəstəxanaya yerləşdirilən İradə xanım həkim , bu sahənin gözəl bilicisi , xəstəninin öz sözləri ilə vurğulasaq qızıl əllər sahibi  , gənc mütəxəssis Rauf  Sadıqov tərəfindən əməliyyata götürüldü . Həyati təhlükəsi böyük olsa da , əməliyyat stolundan qalxmaq jansı cüzi olsa belə gənc həkim bu əməliyyatın öhdəsindən məharətlə gələrək . xəstəyə həyat , gözünə isə işıq bəxş etdi.

  Xəstəmizin yanına gedib- gələrkən diqqətimi cəlb edən məsələlərdən biri də xəstəxananın baş həkimi Kabus Dadaşov  gün ərzində dəfələrlə xəstələrə baş çəkməsi ,  hər bir xəstənin vəziyyəti ilə yerindəcə maraqlanması idi.

 Ümumiyyətlə , bu şəfa ocağının rəhbərliyi tərəfindən yaradılan gözəl atmosfer , müsbət əhval – ruhiyyə elə dəhlizdəcə hiss edilməkdədir. Səliqə- sahman , nizam –intizam , ciddi  qayda- qanun  ilk andaca nəzərə çarpır. Buraya ən ağır xəstələr gətirilsə belə digər xəstəxanalarda olan ağır  , insanı sıxan mühit yoxdur. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olayaraq baş həkim başda  olmaqla bütün personal insanların sağlamlığına qovuşması , yenidən aktiv həyata qayıtmaları üçün bir komanda şəklində əsl əzmkarlıq nümunəsi nümayış etdirir və böyük naliyyətlərə imza atırlar.

  Həmçinin onu da  xüsusi vurğulamağı borc bilirəm ki bu xəstəxanada xəstələrə qayğı , diqqət  heç bir təmənna güdülmədən  həyata keçirilir. Bu haqda söhbətləşdiyim xəstələr danışır , xəstəxanada keçirdikləri vaxt ərzində neçə - neçə cərrahi əməliyata ehtiyacı olan imkansız şəxslərin , hətta kimsəsizlərin təmənnasız olaraq müayinə , müalicə və əməliyyat olunduqlarının şahidi olduqlarının bildirdilər.

 Neyrocərrahiyyə xəstəxanasında gördüklərim və eşitdiklərim  əsl insanlıq və  vətəndaşlıq  mücəssəməsi idi. Yüksək ixtisaslı , peşəkar həkimlər , cərrahlar , tibb bacıları , ümumiyyətlə , bütün kollektiv öz gözəl  əməlləri ,  xidmətləri ilə Azərbaycan səhiyyəsini bəyənməyənlərin , hər addımda qüsur axtaranların həqiqi cavabını verməkdədirlər.

  Və bir də artıq şəfa arxasınca dünyanı gəzməyə , xarici ölkələrə üz  tutmağa ehtiyac yoxdu .      
       Bizim Neyrocərrahiyyə Xəstəxanamız var !
04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA
03 Dekabr 2024 Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...
02 Dekabr 2024 “Kənddən Şəhərə”də iştirak üçün qeydiyyat başladı
02 Dekabr 2024 Türkiyədə Azərbaycandan daha ucuzdur - Yeni il QİYMƏTLƏRİ
02 Dekabr 2024 Gözmuncuğu dində xurafat sayılır? - AYDINLIQ GƏTİRİLDİ
29 Noyabr 2024 Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL
29 Noyabr 2024 Nərimanov qışa hazırlaşır-Rayonda müşavirə keçirildi
28 Noyabr 2024 Bazarlarda yerli kartof qıtlığı niyə yaşanır? - ARAŞDIRMA VİDEO
28 Noyabr 2024 Quş ətinin qiyməti bahalaşıb VİDEO
27 Noyabr 2024 Azad Novruzov vəzifədən azad edildi - Sərəncam
27 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noyabr 2024 “Müştəriyə deyim ki, tullan yolun soluna?” - Video
27 Noyabr 2024 Yenilənmiş ad, gücləndirilmiş missiya! - Simurq Liseyi
27 Noyabr 2024 Tütün istehsalında 34% artım
27 Noyabr 2024 Xaricdən Azərbaycana ət idxalına qoyulan məhdudiyyət bazara necə təsir edəcək? VİDEO
26 Noyabr 2024 Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya
26 Noyabr 2024 Taksi qiymətlərində yenidən dəyişiklik - Video
25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Dünya tarixinə yazılan DİPLOMATİK QƏLƏBƏ – TƏHLİL
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim