ABŞ və Avropa Birliyi Cənubi Qafqaza mövqe əldə etməyin qətiyyən mümkün olmayacağından indi daha çox narahatdır. Hətta Ermənistan üzərindən belə nəyə isə nail ola bilməyəcəyini Qərb tam dəqiqliyi ilə anlamağa başlayıb və məhz çaşqınlıq içərisində olması da bu baxımdan anlaşılandır. Görünür, elə bütün bunlara görə də Qərb siyasi dairələri yenə də rəsmi Bakı ilə razılaşmaq yolunu deyil, sərt təzyiqə əl atmaq yolunu seçiblər, amma başa düşə bilmirlər ki, Azərbaycana hansısa bir şəkildə, ələlxüsus da təzyiq vasitəsi ilə təsir etmək mümkün deyil, cəhdlərinin də heç bir mənası yoxdur.

Region uğrunda Rusiyaya təsir etmək cəhdi kimi, Azərbaycana təzyiq cəhdi də fiasko deməkdir

Qərbin məhz Cənubi Qafqazda geosiyasi maraqlarının olduğu dəfələrlə öz təsdiqini tapıb və artıq aydın şəkildə görünür ki, ABŞ və Avropa Birliyi regionda mövqe əldə etmək üçün hər vasitəyə əl atmaqdadır. Çox güman ki, Rusiyanı müharibəyə sürükləmək özü də Qərb dairələrinin planlarının bir hissəsi olub. Ukrayna ilə müharibəyə vadar edilən Rusiyanın “başını savaşa qarışdırmaqla” Cənubi Qafqazdakı mövqelərini əlindən verəcəyinə böyük ümidlər bəslənildiyi çoxdan bəlli idi. Bəlli idi ki, Qərb rusları ukraynalılara qarşı qoymaqla, onların diqqətini yayındırmağa, bununla da Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışıb və Ukyayna müharibəsi ilə bağlı bir istəyi də məhz bundan ibarət olub. Sözsüz ki, istəyinə nə dərəcədə nail olduğu, daha doğrusu, nail ola bilmədiyi göz önündədir. Ola bilsin ki, rusların ermənilərlə münasibətlərinin gərginləşməsi fonunda ilk vaxtlar amerikalılar və avropalılar istəklərinin hasil olduğunu zənn ediblər, amma sonra bərk yanıldıqlarını da anlayıblar. Anlayıblar ki, ruslarla ermənilərin münasibətlərinin əvvəlki kimi, sovetlər dönəmində olduğu kimi olmaması heç də Rusiyanın regiondan uzaqlaşması demək deyil. Başa düşüblər ki, ruslar ermənilərə nə qədər nifrət etsələr belə, zərb məsəldə deyildiyi kimi, “bitə görə köynək yandırmaq” niyyətində olmayıblar və regionu hansısa qaraçı, köçəri, xəyanətkar hay tayfasına görə itirməyi qəbul belə edən deyillər. Həqiqətən bu belədir və Kreml istənilən halda İrəvanın səhvlərinə, yanlışlıqlarına görə bölgədən əl çəkən, ələlxüsus da yerini Qərbə verən deyil.

Ruslar çox yaxşı bilirlər ki, Cənubi Qafqaz regionundan uzaqlaşmaq, həmin regionu amerikalılara bağışlamaq deməkdir və bunu da Moskvanın qəbul etməsi qətiyyən mümkün deyil. Rəsmi Moskva birinci növbədə regionu ona görə nəzarətdən buraxmaq istəmir ki, oraya amerikalılar, Qərb oyunçuları girə bilməsinlər. Amerikalılar da yaxşı bilirlər ki, rusların Ermənistanı “çalxalamaq” üçün kifayət qədər rıçaqları var. Bilirlər ki, İrəvanı alt-üst etmək Kreml üçün qətiyyən çətin deyil və burunlarını soxduqları təqdirdə Ermənistan da qarışacaq, burunları da bərk əzişdiriləcək. Ona görə də Cənubi Qafqaz məsələsində Rusiyanı ən önəmli faktor olaraq qəbul etməkdədirlər və əllərini digər oyunlardan üzdüklərinə görə yenə də rəsmi Bakını hədəf olaraq seçiblər, təzyiq variantını gündəmə gətiriblər ki, bəlkə bununla nəyə isə nail ola bilələr. Amma bu taktikanı seçməkdə də bərk yanıldıqlarını öncədən başa düşməli idilər və bilməli idilər ki, Azərbaycanla təzyiq dili ilə danışmaq nə isə vəd etmir. Ən azından 44 günlük müharibə dönəmində rəsmi Bakının heç nəyə məhəl qoymadan, heç bir təzyiq və təhdidləri nəzərə belə almadan milli və dövlət maraqlarını üstün tutduğunu xatırlamaları yetərli idi ki, Azərbaycanla hansısa hədə, təhdid, təzyiq dili ilə danışmağın mənasız olduğunu anlasınlar. Bir sözlə, Rusiya ilə bağlı planlarının yanlış olduğunu anladıqları kimi, məhz Azərbaycanla bağlı da düşündüklərinin yanlışlıq olduğunu bilməli idilər. Daha dəqiq desək, region uğrunda Rusiyaya təsir etmək cəhdi kimi, Azərbaycana təzyiq cəhdi də fiasko deməkdir.

Azərbaycanla əlaqələrin, əməkdaşlıqların daha da yaxşılaşdırılmasına olan marağın həzm olunmaması anlaşılandır

 

Doğrudur, ruslar daha ermənilərin “ipinin üstünə yük qoymaq” niyyətində, fikrində deyillər və onları kifayət qədər özlərindən uzaqlaşdırmaları fonunda regiondakı proseslərdə iştirak etməkdən məhrum olmalarından ehtiyat edirlər. Cənubi Qafqaz ilə birbaşa bağlantısının qalması üçün Azərbaycanla strateji tərəfdaşlığa Kremlin can atması bu baxımdan anlaşılandır. Yəni, məğlub Ermənistanla deyil, məhz qalib Azərbaycanla, regionda söz sahibi olan ölkə ilə əməkdaşlıqda maraqlı olmlarını başa düşmək üçün böyük ağıl sahibi olmaq lazım deyil. Ələlxüsus da, Cənubi Qafqazın şəriksiz geopolitik sahibinin məhz Azərbaycan olduğunu rəsmi Moskvanın qəbul etməsi fonunda Rusiyanın Azərbaycanla əlaqələri, əməkdaşlıqları daha da yaxşılaşdırmaq istəkləri və cəhdləri tamamilə məntiqidir. Əlbəttə ki, bunu nə Ermənistan tərəfinin, nə də Qərbin həzm edə bilməməsini başa düşmək də çətin deyil.

Əvvəla, Rusiyanın Azərbaycanla daha yaxın münasibətlər qurmağa can atmasını İrəvan hər addımda ona görə qısqanclıqla qarşılayır ki, marginallaşmış, küncə qısılmış vəziyyətdə qalmaqda davam edəcəklərinin ermənilər fərqindədirlər. Qərb isə ona görə narahat olur ki, Rusiya və Azərbaycan olmaqla, iki qonşu ölkənin münasibətlərinin daha da yaxşılaşması fonunda Cənubi Qafqaza burun soxa bilməyəcəyini başa düşür. Onu da başa düşür ki, Cənubi Qafqazın şəriksiz geopolitik sahibi olan Azərbaycan günü-gündən inkişaf etdikcə, qonşu ölkələr, eləcə də dünya ölkələrinin əksəriyyəti rəsmi Bakı ilə daha da yaxşı münasibətlər qurmaqda davam etdikcə, Qərbin regiona soxulmaq şansı tamamilə sıfıra yaxınlaşır. Qısa şəkildə desək, Qərb artıq fərqindədir ki, Azərbaycanın regional mövqeləri maksimum həddə qədər güclənməkdədir və bu onların Cənubi Qafqazda özlərinə yer etmələrinə mane olur. Bu baxımdan da Azərbaycanın işlərinə burun soxmaq, aranı qarışdırmaq, müxtəlif bəhanələrlə müdaxilə etmək, hətta təzyiq etmək, təsir etmək kimi niyyətləri tamamilə anlaşılandır. Anlaşılmayan isə ABŞ kimi o yekəlikdə dövlətin, eləcə də Avropa Birliyinin bunun mənasız və nəticəsiz olmasını dərk etməməsi, gələcəkdə də, yenə də uğursuzluqla qarşılaşacaqlarını anlamamasıdır.

Erməni faktorundan əli üzülən Qərbin və Avropa Birliyinin təzyiq və təhdid yolu ilə nə isə əldə etmək cəhdi mənasızdır

Yaxşı bilirik ki, onillər boyunca erməni terrorundan, işğal faktının davam etməsindən istifadə edərək ABŞ, eləcə də Avropa Birliyi münaqişənin həllini bəhanə etməklə regiona burun soxub və hətta bölgəni qızışdırmaq üçün Ermənistana silah-sursat belə göndərmək şansını əlindən qaçırmayıb. İşğalçı ölkəyə hərbi dəstək verməklə, eləcə də maddi yardımlar ayırmaqla, terrorçuları həvəsləndirən Qərb, Avropa Birliyi regionda qarışıqlıq salmaq üçün əlindən gələni əsirgəməyib. Hələ də əsirgəmir. Çünki bulanıq suda balıq tutmaq niyyəti ilə yanaşır və sabitlik, stabillik qətiyyən nə Qərb dairələrinin, nə də Avropa Birliyinin belə görünür ki, maraq dairəsində olmayıb. Erməni faktoru isə hər zaman alət olaraq nəzərdə tutulub. Məsələ burasındadır ki, Azərbaycan 44 günlük müharibə ilə, eləcə də anti-terror tədbirləri ilə təkcə torpaqlarını işğaldan və işğalçılardan azad etmədi, eyni zamanda, həmin faktoru da aradan qaldırdı. Azərbaycan Ordusu ərazilərimizi silahlı erməni terror dəstələrindən, erməni separatçılarından təmizləməklə, Ermənistanı rüsvayçı məğlub duruma salmaqla, rəsmi İrəvanı kapitulyasiya sənədinə, təslimçilik aktına imza atmaq məcburiyyəti qarşısında qoymaqla, Amerikanın, Qərbin, Avropa Birliyinin məkrli planlarını pozdu. Artıq erməni faktoru Qərb üçün də, Avropa Birliyi üçün də əvvəlki kimi nəticə verəcək hesab olunmur. Deməli, rəsmi Bakı üçün nəzərdə tutulan təzyiq və təhdidlərin nəyə görə indi ortaya çıxması bu baxımdan tam şəkildə bəlli olur. Bəlli olur ki, erməni faktorundan əli üzülən Qərb və Avropa Birliyi Azərbaycana qarşı təzyiq və təhdid yolu ilə nə isə əldə etməyə çalışır. Amma rəsmi Bakının hansı həddə hazırlıqlı, ölkəmizin nə dərəcədə güclü və qüdrətli olması deyəsən nəzərə alınmır. Əks halda, Qərb də, elə Avropa Birliyi də hesabını çoxdan, gərək lap vaxtında qanardı. Amma görünür, bunu qandırmaq gərəkirmiş. Qandırmaq gərəkirmiş ki, həqiqətən də erməni faktorundan əli üzülən Qərbin və Avropa Birliyinin təzyiq və təhdid yolu ilə nə isə əldə etmək cəhdi mənasızdır...

Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən müəssisənin bir qrup işçisi müraciət edib. 

10 ildir bağçada tərbiyəçi işlədiyini deyən Aygül Rəhimovanın iddialarına görə, A.Fatapur heç bir töhməti olmadan işinə xitam verib: “Mənə heç bir xəbərdarlıq edilmədən, ən əsası Həmkarlar Sədrinin xəbəri və rəyi olmadan qanun pozuntusuna yol verərək işimə xitam verilib. Buna səbəb onun qanundankənar işlərə cəlb etmək istəyini rədd etməyimdir. Bağçanın müdiri bizləri işimizlə hədələyir, qapını bağlayaraq işə buraxmır və yalandan davamiyyəti pozduğumuzu iddia edir”. 

Tərbiyəçi deyir ki, müdir uşaqların və işçilərin gözü önündə onu təhqir edir: “Haqqımız olan məzuniyyəti bizə vermir. Yaşadığımız bütün problemlərlə bağlı Ağstafa rayon Təhsil Sektoruna və Qazax Tovuz Regional Təhsil İdarəsinə şikayətlərimizi rəsmi formada bildirmişik. Hazırda iş məhkəmədədir”.

Şikayətçi bağçada uşaqlar üçün yemək çatışmazlığı kimi problemlərin də olduğunu bildirir: “İşçilərə məcburi olaraq bağçada artıq uşaq sayı yazdırırlar, nəticədə daha çox ərzaq gəlir, ancaq bunu aşpazla mənimsəyirlər”.

Aygül Rəhimova saytımıza göndərdiyi videoda bağçada beş uşağa cəmi bir boşqab makaron və 3-4 dilim ağ pendir verildiyini, bunu azyaşlılar arasında bölməyin çətin olduğunu vurğulayıb:

Həmin bağçanın təsərrüfat müdiri Lətafət Əsgərova, dayə Səidə Məmmədova, mövsümi ocaqçı Gülnur Quliyeva da saytımıza şikayətlərində bənzər problemlərlə üzləşdiklərini iddia edirlər. L.Əsgərova bildirir ki, onun bütün səlahiyyətləri əlindən alınıb: “Müdir imzamı kopyalayaraq ərzaq və inventarları özü qəbul edir və aşpazla mənimsəyir. Qəbul edilən ərzaqlardan xəbərim olmur. Buna etirazımı bildirdiyim üçün məni işimlə hədələyir və təhqir edir”. 

S.Məmmədovanın sözlərinə görə, işdən səbəbsiz yerə çıxarılmaqla hədələnir: “Müdir Afaq Fatapurdan şikayətçiyəm. Məzuniyyətdən qayıdan kimi, mənə kobud ifadələr işlədir, şərəf və ləyaqətimi alçaldaraq işdən çıxaracağını bildirir. Səbəbini soruşduqda isə özünün belə istədiyini söyləyir. Dəfələrlə etiraz etməyimə baxmayaraq, işimlə hədələyir. Bu təzyiqlərə dözməyərək bağçada halım pisləşib və iş yoldaşlarım tərəfindən təcili tibbi yardım çağırılıb, məni Ağstafa Rayon Xəstəxanasına yerləşdiriblər”. 

Gülnur Quliyeva isə deyir ki, bağçanın müdiri mövsüm bitdikdən sonra artıq ona işə gəlməməyi tapşırıb: “Gələn mövsümdə mənə ocaqçılıq vəzifəsini verməyəcəyini söylədi. Buna səbəb mənim 65 yaşı tamam olub əmək məzuniyyətinə çıxan texniki işçinin yerinə vakant yer tələb etməyimdir. Nəinki vakant yer vermək, ocaqçılıq vəzifəmi belə əlimdən alaraq səsinin tonunu qaldırıb mənə bir daha bağçaya gəlmə dedi”. 

Sadalanan iddialarla bağlı bağçanın müdiri Afaq Fatapurla əlaqə saxladıq. O, saytımıza açıqlamasında haqqında deyilənləri təkzib etdi: “Bu barədə heç bir şey demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, şər-böhtandır. Onların əl atmadığı iş qalmayıb. Yalan məlumatlardır, bununla bağlı mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.

Bağça müdiri əməkdaşlarının işinə xitam verilməsi ilə bağlı sualımızı cavablandırmaq istəmədi. 

İttihamlarla əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinə də sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisəsi hazırda təmir üçün bağlıdır: “Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmir olunması əsas prioritetlərimizdəndir. 

Bildiririk ki, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Sözügedən körpələr evi-uşaq bağçası 16.09.2024-cü il tarixindən təmirə bağlanıb. Təmirlə əlaqədar olaraq təlim-tədris prosesinin fasiləsizliyini təmin etmək üçün körpələr evi-uşaq bağçası müvafiq təşkilatlarla razılaşdırılmaqla müvəqqəti olaraq qəsəbə ərazisindəki başqa tikiliyə köçürülüb. 

Məktəbəqədər təhsil müəssisəsi haqqında səsləndirilən digər iddialarla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”. 

Qeyd edək ki, Afaq Fatapurun adı həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işində də hallanıb. İş üzrə şahid qismində tanınan RİH-in başçısının müavini Lalə Eyyubova istintaqa verdiyi ifadəsində bildirib ki, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından da vəzifədə saxlanılmasına görə 2 000 manat rüşvət alıb. 

 
Müasir dövrümüzdə dünya çapında ikili standart rəsmən inkar edilir, amma sükutla qəbul edilir, bəzi hallarda görməzdən gəlinir, özünü irqi, dini və digər xoşəgəlməz hallar şəklində də göstərir. Qərb dünyasında bəzi ölkələrə bu cür yanaşma, ayrıseçkilik "norma" sayılır. İnsan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ikili standartları daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində özünü göstərir. Avropada son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar susqunluq nümayiş etdirirlər. Özlərini “sarı jiletlər” adlandıran mitinqçilər Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə etiraz aksiyaları keçirir, hökumət qarşısında haqlı tələblər qoyurlar. Əvəzində aksiyalarda minlərlə mitinq iştirakçısı polis zorakılığına məruz qalır, həbs olunur.

Azərbaycana qarşı ikili standartlar siyasəti xalqımız tərəfindən onu yürüdənlərə qarşı bir qınaq, bir ləkə kimi daim diqqətə çatdırılıb. Amma qarşı tərəf bundan bir o qədər də rahatsız olmadığını büruzə verməyə çalışıb. Bunu Prezident İlham Əliyev bütün görüşlərində, beynəlxalq tədbirlərdə vurğulayıb və haqlı olaraq tənqid edib. Dövlətimizin başçısı bunun Azərbaycana qarşı çox çirkin kampaniya olduğunu bildirib. Çox maraqlıdır ki, belə yanaşmalar Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər ərəfəsində daha intensiv xarakter alıb. Bu gün də belədir, qarşıdan COP29 beynəlxalq tədbiri gəlir, ölkəmizə qarşı Qərbin ikili standartları isə səngimək yox, daha da genişlənib.

Bu, son vaxtlar özünü ABŞ-nin xarici siyasətində daha qabarıq şəkildə göstərir, ikiüzlülük faktiki olaraq bu ölkələrin siyasətçiləri üçün çoxdan milli keyfiyyətə çevrilib, bu siyasət ictimai rəy vasitəsilə rəqiblərinə təsir göstərmək vasitəsi və öz hərəkətlərinə haqq qazandırmaq üsulu kimi istifadə edilir. Amma ABŞ və onun Fransa kimi müttəfiqlərinin hiylələri heç də həmişə keçərli olmur.

ABŞ-nin ikili standartlar siyasəti adətən özünün oxşar hərəkətlərinə haqq qazandırmaq üçün prinsiplərin, konvensiyaların və öhdəliklərin pozulmasında, “ümumbəşəri dəyərlərin tapdalanması”nda, “insan hüquqlarının pozulması”nda, “beynəlxalq hüquq normalarından geri çəkilmək”də xoşa gəlməyənlərin ittiham edilməsi formasındadır. Bu gün ABŞ-ın siyasi dairələrində oturmuş bir qrup ermənipərəstin iddiası guya “Azərbaycanıən Qarabağda etnik təmizləmə aparması” ilə bağlıdır. ABŞ böyük dövlətdir, güclüdür, dünyanın superdövlətidir, ona qarşılıq verəcək ölkələr demək olar ki yoxdur, istədiyi ölkəni vurar, dağıdar, məhv edər, şumlayar, insanlarını kimsəsiz adalara qova bilər, amma… Amma həqiqətin, ədalətin, doğrunun yanında olmaz. Deməli güclü olmaq doğru olmaq anlamına gəlmir. Vaxtilə Koreyanı, Vyetnamı, İraqı, Liviyanı, Əfqanıstanı məhv edən, başına müsibətlər gətirən, dünyada ilk dəfə olaraq insanlığa qarşı nüvə silahından istifadə edən ABŞ-ın arbitr olmaq iddiası yanlışdır. Çünki Vaşinqton buna haqq etmir. Vaxtilə yerli hindulara qarşı heyvani münasibət göstərən, onları dərisinin rənginə, dilinə, dininə görə əzən, öldürən, öz yurdundan sürgün edən ABŞ-ın insan haqlarından danışması gülüncdür.

Bu günümüzdəki ABŞ XVIII-XIX-cu əsrlərdəki barbar, istilaçı dövlətdən heç bir cəhəti ilə fərqlənmir. Sadəcə, sorma dəyişib. Diqqət edin, yaxın dostu, din qardaşı olan ermənilər azərbaycanlılara məxsus torpaqları ələ keçirir, insanları öldürür, əsir aparır, mülklərini talayır, amma Vaşinqton susur, öz ənənənsinə sadiq qalaraq işğala haqq qazandırır. Lap əvvəllər olduğu kimi… Kimsə deyə bilər ki, bu günə qədər ABŞ-ın rəsmi dairələri Ermənistanın işğalçı siyasətini dəstəkləyən bəyanat verməyiblər. Bəli, belə bir sənədlə bizim də yolumuz kəsişməyib. Amma, amerikalılar sözdə yox, əməldə Ermənistanın yanında olublar, ona hərtərəfli dəstək olublar, hüquqi yardımlar göstəriblər.

ABŞ əslində ikili "əxlaq" üzrə liderdir. Öz ərazilərində qanunun icazə verdiyi çərçivələrdən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırır. Lakin xaricdə bu cür aksiyalardan söhbət gedəndə, bu aksiyalar növbəti Qərbpərəst rəngli inqilaba çevrilə biləndə Qərb və ABŞ belə aksiyaları dəstəkləyirlər. Əslində qərblilər hər dəfə təkrar etdikləri səhvləri ilə dünyanın gözündə iki paralıq olurlar. Dünyanın böyük əksəriyyəti, hətta avropalılar amerikalıların iyrənc, barbar, dağıdıcı, yırtıcı siyasətindən təngə gəliblər.

ABŞ Ermənistanın işğalçı siyasətindən dolayı 30 il ərzində ona qarşı bir dəfə də olsun “quru” sanksiya tətbiq etməyib. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozsa da, torpaqlarımızın təxminən 20 faizini işğal etsə də, etnik təmizləmə siyasəti aparsa da, Xocalı soyqırımını törətsə də, bütün şəhər-kəndlərimizi viran qoysa da ABŞ-ın səsi çıxmayıb. Üstəlik, ATƏT-in qondarma “Minsk qrupu” vasitəsilə Azərbaycana güzəştə getməsi üçün bir neçə onillik ərzində təzyiq göstərib.

 

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində sakinlərlə görüşündə dediyi fikirlər Qərb dairələrinin iç üzünü bir daha açıb, onları ifşa edib. Dövlətimizin başçısı qeyd edib ki, biz beynəlxalq platformalarda öz haqqımızı müdafiə edəndə, ədalətin tərəfimizdə olduğunu söyləyəndə Vaşinqton da, Brüssel də, Paris də, dünyanın digər qeyri-tərəqqipərvər ölkələri də ucalan səsimizi boğmağa çalışırdılar. Bizə deyirdilər ki, sözləriniz çox kəskindir və bu ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək.

Qeyd edək ki, ölkəmizə qarşı olan düşmənçilik siyasəti bu gün də dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Bu çirkin müraciət Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da bəllidir və birdir. Bütün bu cızma-qaraların müəllifi, sifarişçisi Amerikanın Dövlət katibidir və bu müraciət Dövlət Departamentində də yazılıb.

Əslində ABŞ bu addımı ilə yeni heç nə demir, müstəqilliyimizin ilk illərində, Ermənistan ordusunun Azərbaycana hücumu zamanı hansı mövqedə idisə, bu gün də həmin yerdədir. Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq edəndə dünya çaşqın vəziyyətə düşdü, “niyə” sualı Vaşinqtonda, Ağ Evin divarlarında əks-səda verəndə onlar susmağa üstünlük verdilər. O vaxt ki, torpaqlarımız əldən gedirdi, əvəzində sanksiyalar tətbiq edildi, onda ABŞ-ın nə qədər barbar ölkə olduğu üzə çıxdı. Düzdür 2001-ci ildə sanksiyalar qismən aradan qaldırıldı. Amma niyə? Çünki ABŞ-ın “quyruğu qapı arasında qalmışdı”. Heç bir ölkə ona öz hava məkanından istifadə etməyə icazə vermədi. ABŞ-ın Əfqanıstanda işğalçılıq fəaliyyəti, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Belə çıxır ki, Əfqanıstanda müharibə, yaxud Vaşinqtonun bizə ehtiyacı bizə tətbiq olunan sanksiyaları sıfırlamışdı. Təbii ki, buna amerika marağı da demək olar. Amerikalılar Əfqanıstandan qaçdılar, həm də bütün dünyanın gözü qarşısında rəzil olaraq, yenə bizə möhtac qalaraq. Ordunun son əsgəri Amerika torpaqlarına ayaq basar-basmaz “erməni sanksiyaları” yenidən qüvvəyə mindi…

Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranıb. Ötən il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərara razılıq verməsi onu göstərir ki, dünya dövlətlərinin böyük dəstəyini qazanmışıq. Bu gün bir sıra dairələr COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.

Milli Məclisin bir qrup üzvünün Azərbaycan xarici işlər nazirinə ünvanladıqları müraciətdə də bu barədə fikirlər yer alıb. Parlament üzvləri Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciətin qəbuledilməz, beynəlxalq hüquqa zidd olduğunu və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

İnsan haqlarından dəm vuran ABŞ öncə BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini niyə uzun illər Quantanamoya buraxmadığından danışsın. Minsk Qrupunun həmsədri olan ABŞ öz məsuliyyətini dərk etməyərək Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmasına nə ad vermək olar. Bütün dünyanın, o cümlədən Fransa və ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdan, təhqir edən, bütöv şəhərlər və kəndlər yer üzündən silən Ermənistana niyə bir kəlmə də demədikləri, indi aydın olur. Ədalətsizdən ədalət gözləmək, barbardan insanlıq gözləməyin bir adı var, o da sadəlöhvlükdür.