Dünyada koronavirusun XEC adı verilən yeni növü yayılır.
Marketlərdə farşlar ətdən daha ucuz qiymətə satılır.
Son günlər bazarlarda pomidor ucuzlaşıb.
"İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb…”
Bu barədə uşaqların anası Rəmziyyə Cəfərova müraciət edib.
Onun sözlərinə görə, həyat yoldaşı Daşdəmir Cəfərov hərbçidir və 17 ildir Vətənə xidmət göstərir. Hazırda da işğaldan azad olunmuş ərazilərdə qulluq edir.
Ailədə yeganə işləyən şəxs o olduğundan aldığı maaş uşaqların müalicəsi, qida və kirayə xərclərini qarşılaya bilmir:
"Həyat yoldaşım peşəkar hərbçidir, ömrünü Vətənə xidmətə həsr edib. Vətən müharibəsində də iştirak edib. İndiyə qədər qüsursuz xidmətinə görə bir neçə dəfə təltif olunub. Amma aldığı maaşla uşaqlarımızın aylıq müalicəsini çatdıra bilmirik. Dörd övladım var, onlardan yalnız biri sağlamdır. Qızım çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyacı var. Oğlanlarım yol gedə bilmirlər, çox əziyyət çəkirlər. Qışda da evdə sərinkeş yandırırıq ki, hava ala bilsinlər. Dodaqları göyərir, təngnəfəs olurlar… Hazırda Sumqayıtda kirayədə yaşayırıq. Kirayə pulunu ödəməyə belə gücümüz çatmır”.
R. Cəfərovanın sözlərinə görə, qızının sağalması mümkün deyil. Digər uşaqların isə müalicəsi yalnız ölkə xaricində mümkündür:
"Uşaqlar hər dəfə sual verirlər ki, "ana, biz nə vaxt sağalacağıq?” Bilmirəm onlara nə cavab verim. Bütün dövlət qurumlarına müraciət etmişik, bizə rəsmi cavab göndərilib ki, bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Uşaqları yalnız Almaniya və İsraildə sağalda bilərlər ki, onun da təxminən 75 min dollara (127 500 manat) yaxın xərci var. Bizim isə ona gücümüz çatmır. İstəmirik, uşaqlarımız gözümüz qarşısında məhv olsunlar. Biz onların böyüyüb əsgər getmələrini istəyirik. Uşaqlarımızın şəhid olmasına razı olarıq, amma istəmirik ki, onlar xəstəlikdən ölsünlər. Bütün yardımsevər insanlara üzümüzü tuturuq, kimin nəyə gücü çatır, uşaqlarımıza kömək edin”.
Ailəyə yardım etmək üçün bu nömrə vasitəsilə əlaqə saxlamaq olar: (050) 203-08-85
Kart hesabı: 5411 2498 1342 5696