ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın FTB-nin rəhbəri kimi nəzərdə tutduğu Kaş Patel son vaxtlar İslam Respublikasının kiberhücum hədəfinə çevrilib.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İki mənbə xəbər agentliyinə bildirib ki, hakerlər Patelin ən azı bəzi əlaqələrinə çıxış əldə ediblər.
Onların sözlərinə görə, son aylar Trampa yaxın olan bir sıra şəxslər də İranın kiberhücumlarının hədəfinə çevrilib.