Başa çatmaqda olan payız mövsümdə Bakıda fantastik qiymətə alça satışa çıxarılıb.
Axar.az xəbər verir ki, ekzotik meyvə mağazasından Qaynarinfo.az-a Avstraliyadan gətirilən göyçənin 5 ədədinin 50 manata, 10 ədədinin 70 manata, 15 ədədinin isə 90 manata təklif edilidiyi bildirilib.
Məlumata görə, hazırda mağazada "cümə endirimi" başlayıb. Yəni bir paketi (5 ədəd) - 19 manat, 2 paketi (10 ədəd) - 35 manat, 3 paketi (15 ədəd) - 45 manat olmaqla “endirimli qiymət”lə təklif edilir.