Son xəbərlər

Uşaqların rus sektoruna qəbul qaydaları ağırlaşdı – Təhsil idarəsindən açıqlama














2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.

Digər dildə tədris aparılan bölmə üzrə uşaqların I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılacaq. Müsahibə komissiyasının üzvləri müəllimlərdən ibarət olacaq. 12 inzibati rayon üzrə 9 mərkəzdə müraciət edənlərin sayından asılı olaraq 1, 2 və yaxud 3 komissiya fəaliyyət göstərəcək. Müsahibə komissiyaları aprelin 1-dən fəaliyyətə başlayacaq.

Qeyd olunub ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək:

“Valideyn şəxsi kabinet yaradıb övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür. Əgər valideyn övladını ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölməsi üzrə müsahibəyə yazdırmaq istəyirsə, o zaman “Məktəblər” bölməsini seçib, “İrəli” düyməsini sıxmalıdır. Ümumi təhsil məktəbləri seçilibsə, sistem valideynə müvafiq müsahibə komissiyalarından birini seçməyi təklif edir. Həmin pəncərədə məktəbin ərazisini göstərən xəritə, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilib”.

İdarədən deyilib ki, müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır:

“Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçiriləcək. Əks halda, Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər. Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər”.

BŞTİ-dən əlavə edilib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə aprelin 15-dən etibarən həftənin I, II və IV günləri Rayon (Şəhər) Təhsil şöbələrində (idarələrində) təşkil edilmiş Apelyasiya komissiyalarına müraciət edə bilər.
7800-dən artıq şəhid vərəsəsinə birdəfəlik ödəmə verilib















Bu günə qədər 7800-dən artıq şəhid vərəsəsinə 11 min manatlıq birdəfəlik vəsaitlər ödənib.

Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində 1200 şəhidin 1900 vərəsəsinə ödənişlər həyata keçirilib.

“Bu ilin sonunadək ödənişlər tam yekunlaşdırılacaq. Polis şəhidlərin vərəsələrinin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Onlar da artıq elektron sistem üzərindən müraciət edərək vəsaitlərini ala bilərlər. Onların sayı da təxminən 400 nəfər civarındadır”.
Nazirdən sosial müavinət və təqaüd artımları ilə bağlı – AÇIQLAMA















Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli müvafiq sərəncamı ilə 14 növ sosial müavinətin, yeddi növ prezident təqaüdünün artırılması, iki növ yeni prezident təqaüdünün təqdim edilməsi ilə bağlı bütün normativ hüquqi aktlar aidiyyəti üzrə təqdim olunub. 

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə normativ hüquqi aktlar imzalanacaq və aprel ayında vətəndaşlar öz ödənişlərini artımla alacaqlar:

“Artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə, bu artımlar üçün əlavə 400 milyon manat vəsait tələb olunur. Düşünürəm ki, onlar artıq bu ayın ödənişini artımla bərabər ala biləcəklər”.

Nazir qeyd edib ki, “Məşğulluq” alt sistemi yaxın günlərdə sınaq test rejiminə başlayacaq:

“İlk dövrlərdə həm mərkəzlərin fəaliyyət göstərməsi, həm də elektron sistem vasitəsilə əhaliyə xidmət göstərəcək. İki-üç aylıq sınaq dövründən sonra tam elektrona keçiriləcək. Boşluqlar aradan qaldırıldıqdan sonra sistem tam elektron fəaliyyət göstərəcək”.
QMİ Ramazan ayının başlama tarixi açıqlandı















Mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin təqvimi məlumat verir.

Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib edilib.
Boşanmaq istəyənlər birbaşa məhkəməyə müraciət etməsinlər – Yeni qanun












Azərbaycanda ailə, əmlak, əmək və iqtisadi münasibətlərlə bağlı yaranmış mübahisələrin həll edilməsi üçün yeni tələbin qoyulması təklif olunur.

Trend-in məlumatına görə, bu məsələ yeni hazırlanan “Mediasiya haqqında” qanunda öz əksini tapıb.

Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.

Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər – nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.

Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, xarici ölkələrin təcrübəsinə əsasən effektiv mediasiya mexanizmi boşanma hallarını üçdə bir faiz azalda bilər.

Onun sözlərinə görə, mediasiya mexanizmi daha çox psixoloji problemləri olan, məişət zorakılığına məruz qalan aztəminatlı ailələrdə boşanma hallarının azalmasına səbəb ola bilər.

Komitə sədrinin fikrincə, mediasiya boşanmaların etik davranış qaydaları çərçivəsində, uşağa zərər vurmadan həyata keçirilməsinə də imkan verər.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova da boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib.

Xatırladaq ki, Azərbaycanda 2005-2017-ci illər ərzində məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb. Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub.
5 villası və çoxsaylı mülkləri olan icra başçısı – VİDEO, FOTOLAR















Bir müddət əvvəl 5 milyonluq malikanəsi ilə gündəmə gələn Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovla bağlı yeni məlumatlar yayılıb.

“Minval.İnfo”nun məlumatına görə, “Kanal 13″-ün yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilib.

Bundan əlavə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunub.

Həmin videosüjeti və villaların fotolorını təqdim edirik:

5 villası və çoxsaylı mülkləri olan icra başçısı – VİDEO, FOTOLAR5 villası və çoxsaylı mülkləri olan icra başçısı – VİDEO, FOTOLAR5 villası və çoxsaylı mülkləri olan icra başçısı – VİDEO, FOTOLAR5 villası və çoxsaylı mülkləri olan icra başçısı – VİDEO, FOTOLAR5 villası və çoxsaylı mülkləri olan icra başçısı – VİDEO, FOTOLAR5 villası və çoxsaylı mülkləri olan icra başçısı – VİDEO, FOTOLAR

 
Azərbaycanda müəllimə 160 manat maaş verən rektorun dəbdəbəli oteli – FOTOLAR















Xəzər Universitetindən maaş azlığına və müəllimlərin istismarına etiraz olaraq istefa verən fəlsəfə doktoru Mail Yaqub daha bir açıqlaması ilə gündəm yaradıb.

Mail Yaqub Axar.az-a açıqlamasında bildirib ki, tələbələrdən yığılan külli miqdarda vəsait müqabilində müəllimlərinə cüzi maaş verən və onları alçaldan universitetin qazancı təsisçi Hamlet İsaxanlının böyük biznesinin qurulmasına sərf olunur.

“Hamlet İsaxanlı Buzovna ilə Mərdəkan arasında “Khazar Golden Beach” adlı olduqca böyük və dəbdəbəli otel tikdirib. Otelin açılışı bir neçə ay öncə baş tutdu. Xəzər Universitetində tələbələrdən yığılan külli miqdarda vəsait qarşılığında müəllimlərinə cüzi maaş verən və onları təhqir etməkdən çəkinməyən universitet rəhbəri yığılan yüksək təhsilhaqqını gənclərin haqq etdiyi təhsili almasına deyil, on milyonlara başa gələn otelə xərcləyir”.Azərbaycanda müəllimə 160 manat maaş verən rektorun dəbdəbəli oteli – FOTOLARAzərbaycanda müəllimə 160 manat maaş verən rektorun dəbdəbəli oteli – FOTOLARAzərbaycanda müəllimə 160 manat maaş verən rektorun dəbdəbəli oteli – FOTOLAR
Kolbasa alarkən diqqətli olun – XƏBƏRDARLIQ















Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.

Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.

Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır.

Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.

Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır.

Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur.

Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 – qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda, insanlarda məhsula qarşı asılılıq yaradır.

E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.

Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.
Mart ayı üzrə sosial yardımlar tam ödənilib















Mart ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi tam təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumata görə, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb. Bu ailələrdəki bir yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.
Ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən maddi təminat formasıdır. Hazırda 50 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

Martın 20-də qar uçqununa görə bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, qar xüsusi texnikanın köməkliyi ilə yoldan təmizlənib. Xınalığa, o cümlədən ətraf kəndlərə avtomobillərin hərəkəti bərpa edilib.