Son xəbərlər

Bu yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirildi — Sürücülərin nəzərinə















Bakıda Novruz bayramı tədbirlərinin keçirilməsilə əlaqədar olaraq, bu gün səhər saatlarından etibarən paytaxtda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.

"Azneft" meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.
Sabahdan bir həftəlik Novruz tətili başlayır














Sabahdan – martın 20-dən Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, tətil martın 20-dən 24-dək olan dövrü əhatə edir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-sı iş olmayacaq.
Martın 27-də, həftənin çərşənbə günü isə növbəti iş günüdür.
Gələn aydan bu müavinətlər 80 faizə yaxın artırılacaq














Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir. Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.

25 fevral 2019-cu il tarixli sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.
Bakıda taksi şirkətlərinin “haqq” əməliyyatı – Agentlik “Mafia liderlərinə” niyə göz yumur?














Ötən yazımızda *8555 taksi şirkətinin sürücülərindən haqq tələb edildiyi barədə məqalə dərc etdik.

Yalnız adı çəkilən özəl qurum deyil, digərləri də oxşar fəaliyyətlə məşğuldur. Öncəki məqalə saytımızda dərc edildikdən sonra fərqli şirkətlərdə çalışanlar redaksiyamıza müraciət edərək analoji vəziyyətlə qarşılaşdıqlarını bildirib.

Əvvəkcə məlumat üçün bildirək ki, müqavilə sənədinə əsasən, hər bir sürücü taksi şirkətindən müxtəlif növdə balans paketi alır. Bununla məsafəyə uyğun olaraq həmin balansdan məbləğ çıxılır. Lakin taksi şirkətləri təqdim etdikləri paketdən əlavə sürücülərdən həftəlik və ya aylıq “haqq” tələb edir. Onlar tələbə uyğun işləmək istəmədikdə, balans paketləri bitmədiyi halda belə, şirkət sürücülərə müştəri vermir.

İddiaya görə, özəl qurumlarda çalışan taksi sürücüləri şirkətə əlavə həftəlik 100 manat, aylıq isə 300 manat ödəməlidir. Bundan əlavə, taksi şirkətlərində operator vəzifəsində işləyən şəxslərin də rəhbərliyin “plan” mexanizmini təqlid etdiyi bildirilir. Belə ki, onlar əlavə pul aldığı sürücüləri müştərilərlə təmin edir.

Sürücülər şikayətdə bildirir ki, “şirkət sahibləri özlərini mafia başçısı kimi aparır”.

Qeyd edək ki, “9111” və “189” nömrələri altında fəaliyyət göstərən taksi şirkətlərinin adı sözügedən məsələdə hallanmır. Bu özəl qurumlarda çalışan sürücülər qeyd edilən vəziyyətlə qarşılaşmadıqlarını dilə gətirib.

Saytımıza verilən məlumatda həmçinin bildirilir ki, əlavə “haqq” ödəməyən taksi sürücüləri şəhərətrafı və asfalt örtüyünün bərbad olduğu ərazilərə yönləndirilir. Pul ödəməyən sürücüləri bu yollarla ödəniş etməyə məcbur edirlər.

Minval.info Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladı, lakin qurumdə bununla əlaqədar heç bir açıqlama verilmədi.

Qeyd edək ki, ötən yazımızda BNA-nın sözçüsü məsələnin araşdırılacağını bildirmişdi.
Azərbaycan Prezidentinin son əfv sərəncamı sosial şəbəkələrdə alqışlanıb – RƏYLƏR














Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu əfv sərəncamı müxtəlif siyasi qütblərdə və sosial şəbəkələrdə müsbət qarşılanıb və alqışlanıb.

ONA-nın xəbərinə görə, sosial şəbəkələrdə ictimai fəallar, siyasətçilər, media rəhbərləri Prezidentin son sərəncamına münasibətlərini ifadə ediblər.

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev prezident İlham Əliyevə təşəkkür edib: “Böyük bir humanistlik nümayiş etdirərək 431 nəfər məhkum olunmuş şəxsi əfv etdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addım on minlərlə vətəndaşı sevindirəcək, ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir”.

Meydan TV-nin rəhbəri Emin Milli yazıb: “İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir”.

E. Milli hesab edib ki, Azərbaycanda olan siyasi məhbusların bir qisminin azad edilməsi zəifliyn deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir: “100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir”.

“Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm” –deyə, E. Milli qeyd edib.

ONA Agentliyinin təsisçisi Vüsalə Mahirqızı da Prezidentin əfv sərəncamından yazıb: “Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının nə qədər böyük sevinc, müsbət aura yaratdığını görmək üçün sosial şəbəkələrə bir-iki dəqiqə nəzər salmaq kifayətdir. Yəqin hər şeyin sərt üslubla düzələcəyini deməkdən yorulmayanlar da görür bunu.

Prezident cəmi bir neçə sərəncam və fərmanı ilə cəmiyyətdə mühüm, əhəmiyyətli bir pozitivlik, rahatlıq yaradıb, sözün həqiq mənasında cəmiyyətdaxili barış gətirib, hakimiyyətə qarşı olan tənqidlərin xeylisini sıfırlayıb, çünki əməli addımlar atılıb.

Prezident əfv sərəncamlarını mütəmadi imzalayır. Yanılmıramsa, Cümhuriyyətin 100 illiyi ilə bağlı daha geniş bir əfv sərəncamı imzalamışdı. Bu isə məzmunu, Azərbaycana qarşı olan tənqidlərin, hətta bəhanələrin qarşısını almaq üçün əla sərəncamdır. Azərbaycan Dövləti, Prezidenti 3-5 tənqidçinin tənqidi ilə bir şey itirməz, bu dövlət artıq nəinki tənqiddən, heç hər hücumdan da sarsılmayacaq qədər güclüdür, Prezidentin reytinqi müqayisə olunmaz dərəcədə yüksəkdir. Xalq hər görüşündə, hər səfərində Prezidenti dəstəklədiyini vurğulayır, göstərir, problemlərin həllini Prezidentdən gözləyir, ona olan inamını ifadə eləyir.

Dövlət sevəndə, qucaqlayanda, əfv edəndə böyükdü, qüdrətlidi, güclüdü. Prezident bu gün bir daha o qüdrətini, güclü lider olduğunu göstərdi.

“Biz etdik”, “biz dedik elədilər” və s kimi atmacalar əhəmiyyətsizdi. Ağırlığına, çətinliyinə, maneələrə baxmayaraq, islahatlar davam eləməlidir. Bu işlərin, bu sərəncamların, cəmiyyəti sülhə, liberallığa, bizi daha inkifaş etmiş, liberal cəmiyyəti olan Azərbaycana aparan işlərin memarı Prezidentdir”.

İctimai fəal Bəxtiyar Hacıyev isə yazıb: “50-dən artıq siyasi məhbusun buraxılması yanvardan başlayaraq, görməyə öyrəşmədiyimiz hadisə, oxumağa öyrəşmədiyimiz xəbərlər içində növbətisi idi. İlkin, Bayram və Qiyasın da azad edilməsi qisasçı yolun yox, barışıq yolunun seçildiyini göstərən növbəti addımdır. Mən yanvarda, fevralda “prezident “tutaq, basaq içəri” deyənləri yox, problemləri dinləməyi və həll etməyi məsləhət görənləri dinləyir” deyəndə, tənqid edənlər, irad bildirənlər vardı. Amma bir şey bilirdim, görürdüm, hiss edirdim ki, deyirdim.

Bir şeyi də qeyd edim. Çoxları bilmir, amma bu müsbət proseslərin, yumşalmanın arxasında həm də Birinci xanım, birinci vitse-prezident Mehriban xanım dayanır. Ona və ölkə başçısına köhnə və yeni komandadan bir neçə nəfər dayaq olur. Daxildən və xaricdən mane olanlar olmasa, bu proses belə də davam edəcək.

Ümid edək ki, adlarını axtardığımız və tapmadığımız Seymur Həzi, Əfqan Muxtarlı, Fuad Əhmədli, digər siyasi məhbuslar da məhkəmə yolu ilə ən qısa zamanda ailələrinə, sevdiklərinə qovuşacaq”.

Hüquqşünas Aslan İsmayılov yazıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı ƏFV Sərəncamına əsasən 399 məhbus azadlığa çıxacaq. Məhbusların sırasında Əli İnsanov, Gözəl Bayramlı, Ilkin Rüstəmzadə, Qiyas ibrahimov, Bayram Məmmədov, Fuad Qəhrəmanlı və bir çox siyasi məhbusların adları var. Azadlığa qovuşan hər kəsi təbrik edirəm!

Bu sərəncamı Qarabağın azad olunması yolunda Azərbaycanda milli barışığa yönəlmiş çox ciddi addım sayıram. Bir daha qeyd edirəm ki, bu il Qarabağın taleyində həlledici ildir. Qarabağın azad edilməsi isə milli barışıqdan, ölkənin demokratikləşməsindən keçir. Hesab edirəm ki, bu yolda növbəti addımlar da atılmalıdır. Həqiqi islahatlar gedir demək üçün həlledici olan məhkəmə-hüquq mühafizə sistemində də ciddi dəyişikliklər olacağına inanıram”.

Sonuncu sərəncamla əfv olunmuş Rüfət Səfərovun atası Eldar Sabiroğlu da sərəncama görə Prezidentə təşəkkürünü bildirib: “Dövlət başçısı günahsız müstəntiqin azadlığa buraxılması barədə, nəhayət, xeyirxah qərar qəbul etdi və buna görə təşəkkürümüzü ifadə edirik. Çətin günlərimizdə ailəmizə mənəvi dəstək verən çoxsaylı insanlara, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin bütün üzvlərinə və səsimizi cəmiyyətə catdırmaqda əməyini əsirgəməyən jurnalist dostlarımıza da öz minnətdarlığımızı bildiririk”.

E. Sabiroğlu böyük amnistiya aktı ilə problemi birdəfəlik aradan qaldırmağı da təklif edib: “Bir dəfə bu təcrübədən istifadə olunub və cəmiyyət tərəfindən müsbət hadisə kimi qarşılanıb”.

“Xeyirxah addımın davamını sosial barış üçün ən etibarlı vasitə kimi görürük. Ümumiyyətlə, dövlət özü münasib bir yol tapmalıdır. Məhbus ailəsinin nələr çəkdiyini öz həyatımızda yaşadıq. Çox ağır və dözülməz bir həyatdır. Gözü yollarda qalan bir körpəni, kədər içərisində qovrulan bir ananı sevindirmək Allaha da xoş gedər. Dövlət rəhbərinin başladığı bu xeyirxah işi tezliklə sona çatdıracağını xahiş edirik”.

E. Sabiroğlu onları qınayanlara da cavab verib: “Bəzi yanaşmalara baxdıqda təəssüfləndik. Onlara görə çomağı əlimizə alıb dərhal hakimiyyətin üzərinə hücuma keçməliyik. Bu cür düşüncə ilə öz xislətlərini ortaya qoyanları anlamaq çətin deyil…”

Qeyd edək ki, sosial şəbəkələrdə yüzlərlə istifadəçi prezidentin əfv sərəncamını alqışlayıb və dəstəkləyib.

Xatırladaq ki, martın 16-da Prezident İlham Əliyev Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb – reportaj















Xudatda müəssisənin 58 hektarlıq torpağı, kooperativləri, uşaq bağçaları satılıb; zavod müdiri nə səhmdarların haqqını verir, nə yerli adamları işə götürür: “Ümidimiz prezidentədir…”

Xudatın konserv zavodu daha xudatlıların deyil. Onlara bu müəssisədə nə iş verilir, nə də səhmdarlarının pulları ödənilir. Həftəsonu rayonda olarkən söhbətləşdiyimiz bir qrup səhmdar belə deyir.

Onların sözlərinə görə, zavod 1970-ci ildə fəaliyyətə başlayıb, tərəvəz istehsalı ilə məşğul olub. Müəssisənin qara günlərinin təməli isə 1998-ci ildə qoyulub.

Sovet vaxtı 5000-ə yaxın işçisi, 200 kooperativi, uşaq bağçaları, hektarlarla torpağı olan zavod müstəqillikdən sonra hissə-hissə “əriməyə” başlayıb.

Səhmdarlar deyirlər ki, müstəqilliyin ilk vaxtlarında zavodun fəaliyyəti axsamağa başlasa da, 1999-cu ilə qədər müəssisəni birtəhər ayaq üstə saxlamağa nail olublar. Amma bundan artığına da gücləri çatmayıb.

İqtisadiyyat Nazirliyinin balansında olan zavodun qapıları bir də 2010-cu ildə açılıb, di gəl xudatlıların üzünə yox…

Belə ki, Naxçıvandan Xudata gələn iş adamı İsmayıl Səfərov zavodu alıb, spirtli içkilər istehsal etməyə başlayıb.

Səhmdarlar deyirlər ki, xeyirli olsun, bir sözümüz yoxdur: “Lakin bu 9 il ərzində ilk növbədə bizimlə hesablaşmaq, səhmdarların haqqını qaytarmaq, kimisinin özünü, kimisinin övladını bu zavodda işlə təmin etmək lazımıydı”.

Zavodu alan İ.Səfərov isə 150 səhmdarın nə sözünü eşidib, nə işə götürüb, nə də Xaçmaz Rayon Məhkəməsi səhmdarların qaldırdığı iddia üzrə işə baxıb. Əksinə, kooperativlər, bağçalar belə satılıb. Kəsəsi, zavod müdiri deyib ki, “Xudatda mənəm, Bağdadda kor xəlifə”.

Onun bu arxayınlığını isə Xaçmazın icra başçısı olan həmyerlisi Şəmsəddin Xanbabayevin himayədarlığı ilə izah edirlər.

Deyilir ki, İH başçısı iş adamının arxasında dayanıb və səhmdarların şikayətini sayan yoxdur. Əvəzində isə zavoda əksəriyyəti şimal bölgəsindən olmayanlar, qeyri-xudatlılar işə götürülür.

Səhmdarlar deyirlər ki, İ.Səfərov xudatlıları zavodda işə götürməklə, rayonda işsizlik problemini müəyyən dərəcədə həll etməklə prezidentə böyük yaxşılıq etmiş olardı: “O vaxt Cəlilabaddan olan bir iş adamı – Şamil müəllimin əli ilə avadanlıq alıb zavoda gətirdilər. Buna görə 3 milyon yarım vəsait xərclənmişdi. Sonra onunla arasında nə oldusa, Şamil müəllim uzaqlaşdı. 2010-cu ildə iclas keçirildi, İsmayıl müəllim bütün idarəçiliyi əlinə cəmlədi, zavodun darvazalarını bağladı, bir adamı içəri buraxmadı. Nəinki biz səhmdarlara, heç yerli adamlara da iş vermədi”, – deyə səhmdar Qalib Salmanov bizimlə söhbətində bildirir.

Onunla həyat yoldaşı zavodda səhmdardırlar və deyir ki, zavoda işçilər başqa bölgələrdən gətirilir: “Amma bizə iş verilmir, qoyduğumuz depozitlər var, pullarımız qaytarılmır. Burada işləyən 150, işləməyənlərlə birlikdə 500-ə yaxın səhmdar var. Əlavə olaraq, 58 hektar yarım torpağımız olub, rəhmətlik Qüdrətdən sonra mən müdirlik eləmişəm. İş olmayanda camaat həmin torpaqda tərəvəz əkirdi, gətirib zavodda istehsal edirdik. Bu adam isə həmin torpağı 200 minə satıb. Xaçmaz-Xudatda hegemonluq edən icra başçısı Şəmsəddin Xanbabayev də onun arxasındadır. Xaçmaz prokurorluğuna müraciət eləmişik. Müraciətdə səhmdarların hüquqlarının pozulduğunu bildirmişik. Cavab gəlib ki, məktubunuz dəftərxanaya alındı. Vəssalam. 2012-ci ildə Xaçmazın məhkəməsinə müraciət eləmişik. Yalandan dedilər ki, guya ərizə düz yazılmayıb, sənədlər qaytarıldı. Bu adam məhkəməyə də təsir göstərir, bizim işimizə baxılmır. Səhmdarlar, baş mühasib işləmiş şəxslər apelyasiya şikayəti veriblər. Ona görə istəyirik ki, səsimiz cənab prezidentə çatsın. Bizim tək ümidimiz onadır”.

Digər səhmdar Nadir Xıdırovun dediyinə görə, səhmdarlara nə torpaq, nə də əmlak verilib: “Mənim yoldaşım da səhmdardır. Bizim haqqımız ödənməyib. Sonuncu iclas ayın 5-də oldu, heç bir nəticə əldə edə bilmədik. İsmayıl Səfərov heç kəsi eşitmir, kimsə ona bata bilmir. Biz istəyirik ki, cənab prezident səsimizə səs versin. Kasıb camaatıq, qoy kömək eləsin, burda kasıb-kusublar işləsinlər.

Yaxşı, bizə iş verilmir, heç olmasa balalarımız işləsinlər. Mən zavodun qazanxanasında işləmişəm, oranın mazutu, tüstüsü ciyərlərimdədir. İndi mən kənarda qalmışam, kimlərsə burda kef çəkir”.

N.Xıdırov bildirir ki, 1977-ci ildən zavodda can qoyub: “Budur mənim haqqım? İsmayıl Səfərov bizi yaxına buraxmır ki, sözümüzü deyək. Bu boyda zavodda qazanır, 10 ildir araq çəkir, sonra Rusiyaya satışa göndərir, amma səhmdarları günahkar çıxarır, deyir ki, üstümə gəlirlər”.

Səhmdar Nadirşah Qafarov da narazılardan biridir. O, işə götürsələr, zavoda işləməyə getməyə hazırdır: “Fəhləyə gündə 10 manat verirlər, işləməyə razıyıq. Biz burda işsiz-gücsüz qalmışıq, gedib kənardan işçi gətirirlər. Bizim müraciətimiz prezidentə və Mehriban xanımadır. Bu gün hamı gözünü onlara dikib, çünki başqa səsimizi eşidən yoxdur. Dövlət rəhbərliyindən xahiş edirik ki, bizə köməklik olunsun. Bu qədər adam 2010-cu ildən mübarizə aparır. Amma bizə təzyiq göstərirlər, işimizə baxmırlar. Başçı prezidentin səlahiyyətli nümayəndəsidir, camaatla işləməlidir, sözümüzü dinləməlidir. Bu gün prezident xalqla görüşlər keçirir, məktubları əlbəəl alır, problemlərini həll edir. Biz də istəyirik ki, cənab İlham Əliyev Xudata gəlsin, biz səhmdarların şikayətlərini eşitsin, dadımıza çatsın”.

Səhmdarlar deyirlər ki, zavod müdiri tərəfindən 58 hektarlıq yer 200 minə satılıb, bağçalar peşkəş olunub, özləri iş prosesindən kənarlaşdırılıb və yerli rəhbərlik onlara dəstək olmaq əvəzinə, İ.Səfərova qahmar çıxır. Sahibkarlar prezidentə üz tutaraq bu məsələyə xüsusi diqqət göstərməsini xahiş edirlər.İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb – reportaj
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb – reportaj
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb – reportaj
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb – reportaj
 

 

ABŞ dövlət katibi Maykl Pompeonun Şərqi Avropa səfərini rəsmi Vaşinqton üçün uğurlu saymaq olar.

Belə ki, o, Avropa Birliyinin şərq qanadından xeyli sərfəli hərbi sazişlərlə geri dönüb. Amerikalılar Polşaya 400 milyon dollarlıq raket kompleksi, macarlara hava hücumundan müdafiə sistemini, slovakiyalılara isə dəyəri 1,6 milyard avroya çatan 14 ədəd “F-16” qırıcı təyyarələrini satmağı bacarıblar.

İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin yazdığına görə, Slovakiya ABŞ üçün əsl başağrısına çevrilib.
Müəllif İvo Miynssenin bildirdiyinə görə, M.Pompeonun əsl məqsədi əslində silah satışından daha çox burada Kremlə simpatiya bəsləyən iqtidarları özlərinə bağlamaq olub. Bunların içində isə məhz Slovakiya və Macarıstan Vladimir Putinlə yaxınlığı ilə seçilir.

Macarıstan “çox böyük təzyiqlə” bu sazişi imzalayıb. Lakin rəsmi Bratislava bu həftənin 2-ci günü qəfildən mövqeyini dəyişərək ABŞ-ın ölkədə tikmək istədiyi iki hərbi aerodromun qurulmasına icazə verməyəcəyini bildirib.

“Slovakiyanın Müdafiə nazirliyi ruspərəst Slovak Milli Partiyasının (SNS) mənsubları ilə doludur. SNS-in rəhbəri Andrey Danko isə sazişin bağlanacağı təqdirdə hakim koalisiyanın tərkibindən çıxmaqla hədələyib”,-deyə Miynssen qeyd edir.
Bu səbəbdən həm Slovakiya Xarici İşlər Nazirliyi, həm də ABŞ-ın bu ölkədə səfirliyi tələsik Amerika ordusunun ölkəyə yerləşdirilməsinin planlanmadığı barədə bəyanat verməyə məcbur qalıblar. Lakin heç kimə sirr deyil ki, “F-16”-lar və sazişin imzalanmasında əsl məqsəd məhz Birləşmiş Ştatlar qoşunlarının Slovakiyada hərbi baza qurması olub.

Müəllif başqa Şərqi Avropa ölkələrindən fərqli olaraq Slovakiya əhalisinin NATO-ya ən mənfi münasibət bəsləyən xalq olduğunu vurğulayır. Üstəlik, həm Qərb, həm də Kreml arasında manevr etməyi bacaran baş nazir Robert Fitsonun istefası kremlpərəstlərin mövqelərini daha da möhkəmlədib. (Robert Fitso 2018-ci ilin martında Slovakiyanın hakim dairələrinin İtaliyanın “Ndrangeta” kriminal qruplaşması ilə bağlantılarını araşdıran Yan Kutsak adlı jurnlaistin və nişanlısının öldürülməsindən sonra istefaya gedib-red.)

SNS isə ölkənin NATO-ya daxil olmasının həmişə əleyhinə çıxış edib. “Globsec” mərkəzinin 2018-ci ildəki araşdırmasına görə əhalinin sadəcə 37%-i Şimlai Atlantika alyansına üzvlüyü dəstəkləyir.

2016-cı ildə SNS 8,6% səs toplayıb. Gələcək seçkilərdə də Kremlin yardımı ilə onun nüfuzunun daha da artacağı istisna olunmur.



Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a verilən məlumata görə, qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

“Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”, - deyə məlumatda bildirilir.

Mehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLAR











Mehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLAR

Qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə ənənəvi olaraq sovqatlar paylanılır.
Fonddan "Ölkə.Az"a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirilən layihə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan bütün ailələri əhatə edir. 
Heydər Əliyev Fondunun rayonlara ezam olunan əməkdaşları bölgələr üzrə sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirlər. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır. Bununla Heydər Əliyev Fondu dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə yanaşı, həm də qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərir. 

Mehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLARMehriban Əliyeva aztəminatlı ailələri sevindirdi — FOTOLAR

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, V.Zeynalov bu gün azadlığa buraxılıb.

V.Zeynalov 2015-ci ilin noyabr ayında həbs edilmişdi.

2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.