Son xəbərlər

Bu gün bu ərazilərdə işıq olmayacaq — XƏBƏRDARLIQ
















Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb.

Medicina.az bildirir ki, pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.

"Toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır.

1.Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır.
2.Toyuğun qara ciyəri və böyrəkləri də atılmalıdır və qətiyyən alınmamalıdır. Çünki antibiotik və toksinlər toyuğun ən çox dərisi, qaraciyəri və böyrəklərində toplanır.

3.Toyuğu duz və limon şirəsi əlavə edilmiş suda 2 saat saxlayıb, sonra bişirmək lazımdır".

Bu metodların az-çox zərərsizləşdirici tədbir kimi işə yarayacağını bildirilsə də, ümumiyyətlə broyler toyuğu və içalatı almamağı məsləhət görür.

"Bu yaxınlarda Rusiyada böyük bir partiya toyuq satışda çıxarıldı. Həm aqrar sektorda istifadə olunan gübrələrdə də antibiotik var. Ona görə də bugünkü antibiotikərin artıq təsir etməməsi barədə də məlumatlar çoxalır və dünya səhiyyəsi supergüclü antibiotik axtarışındadır".

Satışa icazəsi olmayan, mənşəyi naməlum, xüsusən restoran və şadlıq evlərində masaya gətirilən, hardan əldə olunduğu məlum olmayan toyuqlardan uzaq durun.

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə bir məsələ var. Konstitusiyaya uyğun olaraq yaz sessiyasının beşinci iclasında hökumətin hesabatı dinlənilir. Sədr daha sonra bildirdi: “Hesabat günü hörmətli Baş nazirimiz Novruz müəllimin ad gününə düşür. İcazə verin, həm öz adımdan, həm də sizin adınızdan hörmətli Baş nazirimizi təbrik edim”. Deputatlar spikerin təbriklərinə alqışları ilə qarşılıq verdilər.

Nazirlər Kabinetinin üzvlərinin də iştirak etdiyi iclas davam edir.

E.Paşasoy,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq son illər qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlər əldə olunub, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi baza yaradılb.

Görülmüş tədbirlərin davamı kimi dövlət başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla əhalinin sağlamlığının qorunması ilə bağlı insan və vətəndaş hüquqlarına dövlət təminatının etibarlılığını daha da gücləndirib.

Musavat.com-un xəbərinə görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Agentliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədi ilə digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Həmin sənədin icrası ilə əlaqədar hər iki qurum tərəfindən ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qida təhlükəsizliyi qaydalarının pozulması hallarına qarşı qabaqlayıcı və cinayət təqibi tədbirləri görülüb.

Bu sahədə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı Baş idarə tərəfindən 12 cinayət işi başlanaraq istintaq aparılıb, 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilib, hazırda isə 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Birgə görülmüş işlərə misal olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Abşeron, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən ət pavilyonu və kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkar edilməsi nəticəsində 8 şəxs barəsində cinayət işi başlanaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə, 361-11-76, 361-11-48 nömrəli telefonlar və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Evi talanan görmə əngəlli vətəndaş: “Buna görə Mehriban xanıma çox təşəkkür edirəm”















Xəbər verdiyimiz kimi, bir-iki həftə öncə Bakının “İçərişəhər” və “28 May” metro stansiyalarının qarşısında toxuduğu gülləri satmaqla pul qazanan, ərazi sakinlərinin yaxından tanıdıqları Elçin Abbasovun kirayə qaldığı mənzili talanıb. Evinin talanması nəticəsində E.Abbasova, təxminən 1530 manat məbləğində zərər dəyib.

Dəymiş ziyanın ödənilməsi üçün dəfələrlə polisə müraciət edən E.Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bu cəhdlərin cavabsız qaldığını söyləyib: “Evi talayan, pulu oğurlayan həmin şəxs tapılmayıb. Deyilənə görə, araşdırma davam edir. Polis müxtəlif bəhanələr gətirir. Məni sələmçilikdə ittiham edirlər. Deyirlər ki, evimdə axtarış zamanı müxtəlif sənədlər aşkarlanıb”.

“Mən isə bildirirəm ki, kiməsə borc verdiyim üçün onların sənədlərini alıb saxlamışam. Amma vəsiqəsi məndə olan şəxsdən şikayətçi deyiləm. O şəxs artıq vəsiqəsini götürüb. Oğru olduğunu düşündüyüm şəxs başqasıdır. O, hər dəfə məndən borc istəyirdi. Pulumun olmadığını desəm də, evdə oldum-olmadım, qapımı döyürdü. Görüb ki, evdə deyiləm, girib pulu götürüb” – deyə həmsöhbətimiz əlavə edib.

Həmçinin bildirib ki, 155 manat pensiya alır: “Onun da 100 manatını kirayəyə verirəm. Belə olan halda, mən necə sələmçiliklə məşğul ola bilərəm? Sələmçiliklə məşğul olsam, gedib dilənərəm. Axı mən bunu etmirəm, əziyyətlə, alın tərimlə pul qazanıram”.

E.Abbasov deyib ki, haqqında səsləndirilən bu fikirlərdən sonra ona kömək etmək istəyənlərin sayı azalıb: “Evim talanandan sonra yaxınlaşaraq, zəng edərək kömək etmək istəyənlər, hətta bank hesabı açmağı təklif edənlər də oldu. Lakin sələmçi olduğum deyildikdən sonra gələn zənglər susdu”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən ona vəsait ödənilib: “Martın 8-də Heydər Əliyev Fondundan zəng edildi. Bir şəxs yaxınlaşaraq Mehriban xanım tərəfindən mənə vəsait göndərildiyini söylədi. Buna görə Mehriban xanıma çox təşəkkür edirəm”.

E.Abbasov ailə həyatı qurması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Bir xanım mənimlə ailə həyatı qurmaq üçün telekanala müraciət etmişdi. Rayondan gəlmiş həmin xanımın hər iki ayağı yoxdur. Mən öz vəziyyətimə görə onunla ailə həyatı qura bilmərəm. Ola bilər ki, mən ona qayğı göstərməli olum. Belə olan halda o, artıq mənə dayaq ola bilməyəcək. Həmin xanımın insanlığına böyük hörmətim var”.

“Fiziki məhdudiyyəti olmayan xanımlar da var ki, mənimlə ailə həyatı qurmaq istəyir. Hətta ailə həyatı qurmaq üçün xaricdən gələnlər də var. Fiziki məhdudiyyəti olmayan qadınla da ailə quraram, yetər ki, vicdanı olsun. Normal düşüncə sahibi olan bir xanımla ailə həyatı quraram”.

Ölkənin baş kulinarı və AİB sədri səbəblər və çıxış yolundan danışdılar

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə  gətirilib. Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Ötən il fevral 5-də Tovuz rayonunda 2 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınmışdı. İlin sonuna yaxın isə Sumqayıtda dönərdən kütləvi zəhərlənmə halı olmuşdu. O vaxt 4 gənc qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bəs nə baş verir? Azərbaycanda dönər niyə vətəndaşı zəhərləyən qidaya çevrilib?

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov “Yeni Müsavat”a deyib ki, zəhərlənmə bir sıra məsələlərdən ola bilər. Mümkündür ki, adamlarda soyuqdəymə olub, ona görə adi ağır yeməkdən belə zəhərlənmə hissi keçirə bilərlər. Lakin Tahir Əmiraslanov deyir ki, 7 nəfərin eyni məkanda yediyi yeməkdən sonra zəhərlənməsi soyuqdəymə ehtimalını aradan qaldırır: “Həmin dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? 2-ci yoxlanmalıdır ki, həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar”.

Картинки по запросу Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov

T.Əmiraslanov zəhərlənmənin aşpazın savadsızlığı, aşpaz olmaması, həkimdən keçməməsi və onun özündə olan xəstəliyin hazırladığı yemək vasitəsilə yayılmasından ola biləcəyini də mümkün sayır: “Zəhərlənmə 48 saat ərzində mədənin yuyulması ilə təmizlənə bilir. Aşpazın xəstə olması isə digər ağır xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Qarayara, sarılıq kimi ağır xəstəlikləri də aşpaz yoluxdura bilər və heç bilinməz də ki, yoluxma harada baş verib”.

Baş kulinar deyir ki, ətlərin haradan alınması, müvafiq baytarlıq yoxlamasından keçib-keçməməsi də aydınlaşdırılmalı məqamlardır: “Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik. Danışmışıq ki, müqavilə bağlayacağıq, hər bir sistem üzrə aşpazların sertifikatlaşdırılması həyata keçirilsin. Müraciətimizə şifahi razılıq verilib. Hazırda iş gedir. Əgər aşpaz tələbələr üçün yemək hazırlayırsa, tələbənin bədəninin tələblərinə uyğun qida hazırlamalıdır. Bağçalarda, peşə məktəblərində, fəhlə yeməkxanalarında mühitə uyğun yeməklər hazırlanmalıdır. Tutaq ki, sement zavodunda işləyənlə xəz zavodunda işləyənin yeməyi eyni ola bilməz. Azərbaycan dövləti bu məsələlərin üzərinə gec-tez gedəcək”.

“Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov  zəhərlənmələrin qarşısının alınmasının yolları haqda dövlət orqanlarına müraciət ünvanlayıb. AİB sədri “Yeni Müsavat”a deyib ki, belə zəhərlənmələrin qarşısının alınması inzibati yollarla mümkün deyil: “Dönərxanalara tələb var. İnzibati üsullarla dönərxana biznesini çökdürmək olmaz. Tələb olan yerdə təklif də olacaq. Ona görə də qidanın təhlükəsizliyini təmin etmək lazımdır. Məlumdur ki, dönərxanalardakı ciddi problemlərdən biri budur ki, çiy ətin üst tərəfi qızarır, içərisi çiy qalır. Ətin içindəki plazma yavaş-yavaş qızır. Qan qaynayır, axır tökülür siniyə. Ət doğranıb tökülür həmin siniyə. Ətlə qanlı maye qarışdırılıb verilir müştəriyə. Heyvan xəstəlikləri nə varsa, heyvana vurulan antibiotiklər, dərmanlar qızdırılmış ətdən süzülüb siniyə tökülür və doğranmış ətlə qarışıq müştəriyə verilir”.

Картинки по запросу “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov

Eyyub Hüseynov deyir ki, Azərbaycanda dönər hazırlamaq üçün ətləri xüsusi dondurmadan keçirən 2 şirkət fəaliyyətdədir: “Həmin şirkətlərdən biri Xırdalanda, digəri Maştağa qəsəbəsində yerləşir. Ətləri şişə keçirib xüsusi avadanlıqlarda mənfi 40 dərəcədə dondururlar. Buna şok dondurma deyilir. Belə dondurma nəticəsində ətdə olan bütün viruslar məhv olur. Sonradan həmin ətlər xüsusi olaraq qablaşdırılır və dönərxanalara daşınır. Şok dondurmadan keçirilən dönər hazırlanmaq üçün ətləri əksər dönərxanalar almaqdan yayınırlar. Ölkədə fəaliyyət göstərən dönərxanaların heç 1 faizi həmin şirkətlərin hazırladığı ətdən almır. Dönərxanalar ona görə də zəhərlənmə mənbəyi olaraq qalır. Əgər hökumət, Qida Təhlükəsizliyi Agentliyi effektiv iş aparsa, dönərxanalar zəhərlənmə mənbəyinə çevrilməz”.

AİB sədri xatırlatdı ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub: “Şəhərə çıxın baxın, toyuq dönəri hər dönərxanada satılır. Belə qadağa bəzi həkimlərin dolanmaq yerindən başqa bir şeyə xidmət etmir. Bunun qarşısını almaq lazımdır. Toyuq dönəri tez çirklənən dönərdir. Lakin toyuq əti şok dondurmadan keçərsə, ondan hazırlanan dönər də  təhlükəsiz olacaq. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar. Ona görə də belə zəhərlənmə halları adi hala çevrilib”.

E.Hüseynov bazarlara ucuz, murdar ətlərin yol tapması probleminin aktual olduğunu da vurğuladı: “Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın, ona məlumat versin. Çox təəssüflər olsun ki, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə yazdığımız məktublara reaksiya verilmir, ictimaiyyətlə əməkdaşlıq etmək fikirində deyillər. Düşünürəm ki, qida təhlükəsizliyinin bu kimi məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmalıdır. Çünki murdar ət satanlara qarşı ən effektiv işi Daxili İşlər Nazirliyi görür”.

"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar martın 14-də satışa çıxarılıb.

Bu barədə BAKU.WS-ə İsmayıl Tağıyev adlı oxucumuz məlumat verib. Onun sözlərinə görə, həmin yumurtaları Yasamal rayonunda (Kaktus restoranının yaxınlığında) yerləşən Oba marketdən alıb. Üzərindəki istehsal tarixi isə evdə diqqətini cəlb edib.

 

"OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu bildirib. O qeyd edib ki, sabah bununla bağlı istehsalçı şirkətdən izahat tələb olunacaq və ətraflı məlumat yayılacaq.

Kərə yağlarına hansı maddələr qatılır? - şikayət var, amma araşdırılmır














İndiyədək Azərbaycanda ən keyfiyyətli yağlardan biri hesab olunan “Westgold” kərə yağlarına son 1 aydır mənşəyi bəlli olmayan qatqılar qatılır.
Bu barədə Demokrat.az saytına məlumat verən şikayətçi bildirib ki, son zamanlar xüsusilə də “Bravo” və “Bazarstore” mağazalar şəbəkəsində satılan yağların tərkibinə xüsusi qatqılar əlavə edilir ki, bu da məhsuldan üfunət qoxusunun gəlməsinə səbəb olur:

“Bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur. Xüsusilə də “Bravo” və “Bazarstore” marketlər şəbəkələrində satılan bu yağların hamısında tərkibi eyni cürdür. Hətta, “Bazarstore” şəbəkəsinin metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən mağazasında satıcılara da bu barədə məlumatlar verilib. Market əməkdaşları isə yağlardan bu cür pis qoxu gəlməsinin səbəbini bilmədiklərini deyirlər”.

Həmçinin məlumatda bildirilir ki, məsələnin araşdırılması üçün aidiyyatı qurumlara da müraciət edilib.

Bizimyol.info olaraq məsələni araşdırmaq üçün adıçəkilən “Bravo” marketlər şəbəkəsinə, eləcə də adıçəkilən “Bazarstore” mağazalar şəbəkəsinə, “Azərsun” holdinqə informasiya sorğusu göndərilsə də vətəndaşın iddiaları ilə bağlı heç bir cavab verilməyib. Eyni zamanda Qida Təhlükəsizlik Agentliyinə sorğu göndərilsə də, sorğuya cavab verilməyib.

“Westgold” kərə yağının istehsalçısı olan “West product marketing” şirkətinin satış meneceri Bizimyol.info-ya açıqlamasında bunun mümkünsüz olduğunu və şirkətin məhsullarının xüsusi sertifikatları olduğunu bildirdi:

“Məhsullarımız yüksək keyfiyyət göstəricilərinə görə bütün beynəlxalq standartlara cavab verir. “HALAL” və “KOSHER” sertifikatları mövcuddur. Belə halların aşkarlanması mümkünsüzdür. Daha ətraflı məlumatı isə fakt konkret olaraq araşdırılandan sonra verə bilərik”.
“Azərsun”da haqq-ədalət yoxdu” – Mühafizəçi “Azərsun”a aid mühafizə xidmətini məhkəməyə verib














“Azərsun” Holdinqin tərkibində olan “Xəzər” Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin əməkdaşı Kənan Orucəliyev Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktubunda çalışdığı şirkət tərəfindən qanunsuzluğa məruz qaldığını bildirib.

“AzPolitika.info”ya da ünvanlanmış müraciətdə qeyd olunur ki, hadisə Dübəndi neft terminalında baş verib. Belə ki, mühafizəçi xidməti rəhbərliyinin kobud və nalayiq ifadələrinə etiraz edəndən sonra təzyiqlərə məruz qalıb. ““Azərsun” Şirkətində qeyri-qanuni işləyən bizim sahə rəisimiz, Xəzər Rayon Mühafizə İdarəsinin polis əməkdaşı Ramiz Rüstəmov düzülüşdə təlimat keçdiyi zaman söyüş söyüb, bizi təhqir etdiyi üçün etik çərçivədə etirazımı bildirdim. Ancaq R.Rüstəmov durmadan söyüşü 3 dəfə təkrarladı.

Hətta onun özbaşınalığına etiraz edəndə “Azərsun”da müdiriyyət müdiriyyətin sözünü eşidir, sizi kim eşidecek? “Azərsun”da haqq-ədalət yoxdu” deyə, özünəarxayınlıqla cavab verdi. Bundan sonra, 11.12.2018-ci ildə etirazıma görə mənə töhmət verildi, iş yerim dəyişdirildi, maaşım kəsildi və töhmətlə razılaşmayıb, imzalamadığım üçün 10 gün işə buraxılmadım…”
Özünə qarşı haqsızlıq edildiyini bildirən zərərçəkmiş bununla bağlı şirkət rəhbərliyinə şikayət etsə də, onun probleminə məhəl qoyulmayıb. Buna görə də Dövlət Əmək Müfəttişliyinə müracət etməli olan mühafizəçinin şikayətinə burada da gözlədiyi reaksiya verilməyib: “Əmək Müfəttişliyinə bizim şirkətdən cavab olaraq bildirilib ki, şikayətçi əmakdaşa töhmət verilməyib və o, guya öz hesabına məzuniyyət götürüb (Saxta məzuniyyət sənədi düzəldilib). Məni işə buraxmadıqları halda, işə gəlməməyimlə bağlı mənə xəbərdarlıq məktubu göndərdilər. İllər boyu sahə rəisimiz olan R.Rüstəmovun isə, ümumiyyətlə şirkətin əməkdaşı olmadığını qeyd ediblər…”

Hələ 2013-cü ildə şirkətdə qəza nəticəsində çiynindən ciddi xəsarət alan zərərçəkmiş, o vaxt şirkətin mənafeyini üstün tutaraq şirkətdən heç bir orqana şikayət etmədiyini və heç bir təzminat tələb etmədiyini də bildirib. Lakin hazırda üzləşdiyi ədalətsizlikdən şikayət etməyə məcbur qaldığını deyir. 2010-cu ildən mühafizə xidmətində çalışan şikayətçi Daxili İşlər Nazirliyi və Dövlət Əmək Müfəttişliyinə etdiyi müraciətlərin nəticə verməməsi səbəbindən məhkəməyə üz tutmalı olub. Hazırda onun işi Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatındadır.

K.Orucəliyev sonda böyük bir holdinqin qarşısında tək qaldığını qeyd edərək, Mehriban Əliyevadan yardım istəyib.
Sürücülərin nəzərinə: Cərimələrdən birinin ləğvi nəzərdə tutulur















Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

Avtosfer xəbər verir ki, Azərbaycandan çıxarılan avtomobillərin 2 il müddətində geri gətirilməməsi ilə bağlı avtomobilin dəyərinin 50-100 faiz arasında tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib. O bildirib ki, Gömrük Komitəsi bu cərimənin aradan qaldırılması ilə bağlı humanistlik göstərərək müzakirələr aparır. İnzibati Xətalar Məcəlləsində bu qaydanın ləğvi ilə əlaqədar komitə tərəfindən müraciət olunub. Cari ildə bu məsələnin öz həllini tapması gözlənilir. Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.