Deputat: “Dəyərlər sisteminin qorumaq üçün sosial şəbəklərinin hüquqi tənzimləmə mexanizminə ciddi zərurət var”

“Son illərdə müasir informasiya texnologiyaları, xüsusən də sosial şəbəkələr insan həyatının ayrılmaz bir hissəsinə çevrildiyindən cəmiyyətdə ictimai rəyin formalaşmasında müstəsna rol oynayır. Müasir informasiya texnologiyaları sürətlə inkişaf etdiyindən həyatımıza elə daxil olub ki, hətta ona ciddi şəkildə təsir edə bilib. Bu da özlüyündə yeni bir ictimai münasibətlər sistemi formalaşdırmağa başlayıb. Yəni qloballaşmanın indiki mərhələsində məğlubiyyət və qələbələr kommunikativ texnologiyaların geniş istifadəsi ilə görünməz informasiya cəbhəsində reallaşdığından sosial şəbəkələrin ictimai rəyin formalaşmasında müstəsna rolu danılmazdır”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, istəyimizdən asılı olmayaraq, sosial şəbəkələr bu gün artıq insanın və cəmiyyətin sosiomədəni dəyərlər sistemini formalaşdırmaqdadır. “Bu da öz növbəsində istənilən cəmiyyətin informasiya və xəbərdən asılılıq dərəcəsinin dəqiq və ətraflı öyrənilməsini diqtə edir:

"Bu, ən azından qanunlar və real həyat arasında harmoniyanın yaradılması baxımından da vacibdir. Sosial medianın insan və cəmiyyətin həyatına təsiri düzgün qiymətləndirilmədikdə bu, dəyərlər sisteminin çöküşünə gətirib çıxarır.

Digər tərəfdən, yeni texnologiyalar sayəsində həyata keçirilən təbliğatlar insanların təkcə davranışına deyil, şüur və psixikasına da ciddi təsir göstərməkdədir. Nəticə etibarı ilə sosial medida yayılan bu xəbərlərə yeniyetmə və gənc nəslin milli-mənəvi dəyərlərə uyğun, vətənpərvər ruhda böyüdülməsində problemə çevrilir. Təəssüflər olsun ki, bəzi insanlar, özlərini siyasətçi, ictimai fəal adlandıranlar sosial məsuliyyət hissini “unutduğundan” yanlış fəaliyyət nəticəsində cəmiyyətin formalaşdırdığı dəyərlər sisteminə sarsıdıcı zərbə vurmaqla, əslində özləri də bilmədən və ya bilərəkdən gələcəyimizə balta çalmış olurlar. Ona görə də hesab edirəm ki, sosial medianın da hüquqi tənzimləmə mexanizminə ciddi zərurət var.

Təkzibedilməz faktdır ki, Azərbaycanda söz və məlumat azadlığı mövcuddur və bu, praktiki olaraq qanunvericlik aktları, ölkənin qoşulduğu müxtəlif beynəlxalq konvensiyalarla öz təsdiqini tapıb. Lakin ən inkişaf etmiş demokratik Qərb dövlətlərinin təcrübəsində olduğu kimi, Azərbaycan da öz informasiya məkanını cəmiyyətə açıq-aşkar təhdid vəd edən informasiyalardan qorumaq hüququna malikdir. Çünki biz son illərdə sosial mediada Azərbaycanı və onun inkişafını sevməyən qüvvələrin cəmiyyətdə xaos yaratmaq məqsədi ilə yanlış, reallıqdan uzaq, qərəzli rəy formalaşdıraraq, ölkəmizin beynəlxalq nüfuzlarına xələl gətirmək istiqamətində fəaliyyətinə şahidlik etməkdəyik. O baxımdan da formasından və məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən, insanların hüquqlarını kobud şəkildə pozub, onları təhqir edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır. Bildiyiniz kimi, sosial media təkcə Azərbaycanda yox, hətta dünyanın ən inkişaf etmiş ölkələri üçün təhdidə çevrildiyindən, sosial medianın hüquqi tənzimləmə mexanizminin tətbiq edilməsini zəruri sayırlar. Buna misal olaraq ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalamasını qeyd etmək yerinə düşər. Beynəlxalq aləmdə də artıq belə bir praktika mövcuddur. 

Hətta bir halı qeyd etmək kifayətdir ki, Almaniya 2017-ci  ildən sosial şəbəkə istifadəçilərinin hüquq və vəzifələrini müəyyənləşdirən qanun qəbul  edilib.
Bu qanunun məqsədi  kiminsə hüquqlarını məhdudlaşdırmaq  yox, şəbəkə istifadəçilərinin  hüquq və vəzifələrinin  müəyyən edilməsi, istifadə qaydalarını hüquqi tənzimləmə mexanizmidir. Hesab edirəm ki, sosial media üzərində hüquqi tənzimləmə mexanizmi olarsa, sosial media daha çox cəmiyyətin inkişafında öz müstəsna rolunu oynaya bilər. Yəni proseslər qeyri-sağlam münasibətlər üzərində deyil, sağlam rəqabət və tənqid üzərində qurulacaq. Cəmiyyətdə baş verən proseslərə qərəzdən uzaq sağlam tənqidi münasibət bildirmək isə cəmiyyətin inkişafına öz töhfəsini verə bilər”.

Qənirə Paşayeva Baş nazirə müraciət etdi
“Kənd təsərrüfatının inkişafı istiqamətində cənab Prezidentin rəhbərliyi ilə bir sıra layihələr həyata keçirilir. Amma suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

Bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.

O bildirib ki, il quraq keçərsə, bu il də məhsuldarlıq çox aşağı olacaq: “Tovuz rayonunun problemini həll edəcək iki böyük layihə var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Baş Nazir Əli Əsədovu bu layihələrə dəstək verməyə çağırıram. Bunlardan biri Zəyəm çayı üzərində su anbarının tikilməsidir. Bu, həm də Şəmkirin bir çox kəndində kənd təsərrüfatının inkişafına səbəb olar. İkincisi isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır. Hörmətli Baş Naziri çox qısa zamanda bu layihələrə baxmağa çağırıram”.

Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə verdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

Bakupost.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək.

Vilayət Eyvazovdan yeni təyinat
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.<ins'>

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək. bakupost

Azərbaycandan İrəvanı vurmaq ANONSU?
"Bir neçə gündən sonra Ermənistanda 4 günlük aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, 90-ci illərdə 1-ci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirlmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi".

Bunu parlamentin növbədənkənar sessiyasında İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib. 

O deyib ki, Ermənistanda aprel döyüşlərindən sonra əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər. “Serj Sarkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən getdilər, eləcə də İstintaqa çağrılmalı oldular.

Xatırladaq ki, Sarkisyan və Ohanyandan başqa sabiq XİN Edvard Nalbandyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. MDB Kollektiv Təhlükəsizliyinə 2017-də baş katib təyin olunub bir il sonra vəzifəsindən çıxarılan Yuriy Xaçaturov da izahata çağırılanlar sırasındadır.

İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaqdır. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır-Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan ordusunun hərəkətləri barəsində tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair"- deputat bildirib.

Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı Aprel müharibəsinə görə cəza tələb edir: "Bu? Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin 4 günlük müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmaga bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistanın inqilabi hakimiyyəti "Aprel müharibəsi"nin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmaga çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvanın bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv qurğular, "Kaplan", "Kasırğa" və sair raket qurğularının, hansı ki, hədəfi vurma məsafəsi 120 km-dir, onun təhlükəsi haqda silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir.

Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirilməsi ilə Azərbaycan prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var?

Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi İstintaqını öz həyati mənafləri üçün hər bir sətrini, hər bir hərəkətini izləməlidir. Bəli, gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün..."

İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videokonfransda Azərbaycan tərəfdən Maliyyə naziri Samir Şərifov iştirak edib.

Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır
“Gürcüstandakı azərbaycanlılar həmişə mövcud hakimiyyətə münasibətdə loyallıqları, ölkənin ərazi bütövlüyünün qorunmasında göstərdikləri fədakarlıqla fərqləniblər. Onlar heç vaxt separatçılığa, bölücülüyə müsbət münasibət bəsləməyiblər”.

Bunu oxu.az-a açıqlamasında politoloq Qabil Hüseynli Marneulidə Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbinə münasibət bildirərkən deyib.

Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan heç bir bərpa işləri aparılmadığından, abidə qəzalı və baxımsız vəziyyətə düşüb. 

Bu yaxınlarda abidənin təmir-bərpa işləri Marneulinin icra başçısı Zaur Darğallının təşəbbüsü ilə həyata keçirilib.

Amma bu, Marneuli və Hucabi yepiskopu Georginin qəzəbinə səbəb olub. Din xadiminin fikrincə, Nərimanov Gürcüstanın ərazi bütövlüyünün pozulmasında böyük rol oynayıb və hakimiyyətə abidənin sökülməsi üçün bir həftə vaxt verib.

Ekspert Qabil Hüseynli qeyd edib ki, son zamanlar gürcülərin içərisində bəzi radikal millətçilik əhval-ruhiyyəsi yayan təxribatçı şəxslər peyda olub.

Onun sözlərinə görə, həmin millətçilər gürcülərin azərbaycanlılarla müqayisədə üstünlüyünü təbliğ edir və uzağa gedən təhlükəli şüarlar səsləndirirlər.

“Gürcüstan kimi demokratiyanın inkişaf etdiyi ölkədə millətçilik azarını yayanlar, sözsüz ki, Gürcüstanın özünə qarşı çıxış etmiş olurlar”, - deyə Q.Hüseynli əlavə edib.

N.Nərimanovun Marneulidəki heykəlinin sökülməsi tələblərinin səsləndiyi bir zamanda paralel olaraq Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında ədavəti qızışdırmağa cəhdlər edilir.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər.

DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb.

Politoloq Q.Hüseynli söyləyib ki, Gürcüstanın xüsusi xidmət orqanları şovinist qüvvələri cəmiyyətdən təcrid etməyə çalışırlar.

O, proseslərin mənfi məcraya yönəlməsində erməni faktorunun da rolunu istisna etməyib:

“Belə məlumatlar var ki, Gürcüstanda təxminən bir milyona yaxın erməni uzun illər boyu assimilyasiyaya uğrayaraq, gürcü soyadlarını qəbul ediblər. Ancaq onlar erməni kimi qan yaddaşlarını unutmayıblar. Belə adamlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək niyyətindədirlər. Azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmağa çalışanlar arasında xeyli vəzifəli şəxslər də var”.

Politoloqun fikrincə, Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasında maraqlı olan üçüncü qüvvənin – “beşinci kolon”un da əli var.

“Son zamanlar Gürcüstandakı “beşinci kolon”a təlimat gəlib ki, ölkədə qarşıdurma yaratsın. Eyni zamanda, bölgədə strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətlərini korlamağı qarşılarına məqsəd qoyublar.

Müəyyən din xadimlərinin proseslərə cəlb olunması və qızışdırıcı rol oynaması da təsadüfi deyil. Gürcüstanın hakimiyyət orqanları baş verən hadisələrin siyasi anatomiyasını çox gözəl dərk edir”, - deyə Q.Hüseynli şərhində bildirib.

Sahibə Qafarovadan deputatlara İRAD
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Aydın Mirzəzadə cari məsələlər, o cümlədən deputatların çıxışlarına imkan yaradılması ilə bağlı danışıb.

Millət vəkili Aydın Mirzəzadə Spiker Sahibə Qafarovaya deputatlara yaratdığı şəraitə görə təşəkkür edib. 

A.Mirzəzadə bir sıra təkliflərlə çıxış edib. O deyib ki, cari məsələlərin müzakirəsi üçün 1 saat vaxt ayrılsın: “Bu gün gündəlikdən əvvəl cari məsələyə yazılan bütün deputatlara söz verməyiniz parlament tarixində bir ilkdir. Bunun üçün təşəkkür edirəm. Digər bir təklifim isə belədir ki, deputatlara verilən 10 dəqiqəlik vaxtı 5 dəqiqəyə endirək. Beləliklə, hər kəsin danışmaq imkanı olsun”. 

Spiker isə bildirib ki, cari məsələlərə ayrılan vaxtı 1 saat edə bilməyəcək: “İmkan olanda deputatlara danışmaq üçün vaxt verirəm. Bu gün gündəlikdə bir məsələ olduğuna görə mən söz üçün yazılan hər kəsə bu imkanı verirəm. Digər tərəfdən deputatların 10 dəqiqəlik çıxışlarını isə lazım olduğu halda 5 dəqiqəyə endiririk. Ötən dəfə də bu məsələyə reaksiya verəndə dedim ki, 30 ildir niyə bu məsələni qaldırmırdınız? Bunu media da yazdı. Doğrudan da mənə qəribədir ki, indiyə qədər bu məsələlər addım-addım həll edilsəydi, təkliflər səsləndirilsəydi, mən də bu gün hansısa qərarlara gələ bilərdim”.

Azərbaycan Prezidenti “Facebook”da dünya liderləri arasında
Prezident İlham Əliyevin “Facebook” sosial şəbəkəsindəki səhifəsi davamlı olaraq inkişaf edir və oxucu auditoriyası toplayır. Bu bərədə dünya liderləri, hökumətlər və beynəlxalq təşkilatların sosial şəbəkələr vasitəsilə əlaqələrini araşdıran “Burson Cohn Wolfe” (BCW) qlobal piar agentliyinin “Dünya liderləri “Facebook”da” adlı araşdırmasının beşinci nəşrinin nəticələrində deyilir.

Media.Az-ın tanış olduğu hesabata əsasən, 12 ay ərzində Azərbaycan dövlət başçısının səhifəsinə 49 min 847 yeni abunəçi üzv olub, son bir ildə artım 8,85% təşkil edib.

Qeyd edək ki, hesabat “Twiplomacy”nin illik araşdırmasının bir hissəsidir. Əvvəlcə müəlliflər yalnız “Twitter”ə diqqət ayırıblar, lakin sonradan digər platformalar, o cümlədən, “Facebook” və “Instagram” araşdırmaya əlavə edilib.

Tədqiqat çərçivəsində Azərbaycan Prezidentinin və Xarici İşlər Nazirliyinin səhifələri daxil olmaqla, 721 sosial şəbəkə səhifəsi və 20 şəxsi profilin sosial şəbəkədəki aktivliyi təhlil edilib.

Tədqiqat çərçivəsində Azərbaycan Prezidentinin və Xarici İşlər Nazirliyinin səhifələri daxil olmaqla, 721 sosial şəbəkə səhifəsi və 20 şəxsi profilin sosial şəbəkədəki aktivliyi təhlil edilib.

Hesabata əsasən, 12 ay ərzində Azərbaycan Prezidentinin səhifəsinə 276 və ya gündə 0,76 yazı yerləşdirilib. Ümumilikdə, qarşılıqlı əlaqələrin sayı 814 688-ə bərabər olub və əlaqə səviyyəsi 0,50% təşkil edib.
Bunlardan 658 140-ı bəyənmə, 30 282-si şərh, 71 753-ü isə post paylaşımıdır. İlham Əliyevin postlarına 712 653 dəfə reaksiya verilib, onlar 44 507 dəfə “super” işarəsi qoyulmaqla bəyənilib. 12 ay ərzində Azərbaycan dövlət başçısının səhifəsinə 49 847 abunəçi üzv olub (artım - 8,85%). Ümumilikdə, onun səhifəsi 613 226 dəfə bəyənilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin səhifələrinin qarşılıqlı əlaqə sayı 14 087 olub, qurumun postları 10 536 dəfə bəyənilib, 238 şərh yazılıb və 2 552 dəfə paylaşılıb.

Hesabat dövründə XİN 395 post paylaşıb, bu da gündəlik 1,08 post deməkdir.

Azərbaycanın XİN-in səhifəsinə yeni 1 935 izləyici (17,73% artım) əlavə olunub. Bəyənmələrin ümumi sayı isə 12 849 olub.

Ümumdünya statistikasına gəldikdə, hesabata əsasən, abunəçilərinin sayına görə planetin ən populyar lideri Hindistanın Baş naziri Narendra Modidir (44,7 milyon). İlk onluqda, həmçinin, ABŞ Prezidenti Donald Tramp (26,1 milyon), Pakistanın Baş naziri İmran Xan (9,7 milyon) və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (9,2 milyon) yer alır.

Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp son 12 ayda özünün “Facebook” səhifəsində qarşılıqlı əlaqələrin sayına görə reytinqə başçılıq edir.

Qeyd edək ki, tədqiqatın beşinci nəşrində BCW sosial şəbəkələrdəki 721 səhifə və 20 şəxsi profili analiz edib, bunların 448-i “Facebook” komandası tərəfindən yoxlanılıb və təsdiqlənib. Qalan 293 səhifə yoxlanılmayıb, ancaq araşdırma müəllifləri hesab edir ki, onları rəsmi saymaq olar.

Məlumatlar 1 mart 2020-ci ildə BCW, Crowdtangle.com və Klear.com alətlərindən istifadə edərək, qarşılıqlı əlaqələrin, qarşılıqlı əlaqə səviyyəsinin, postların və s. 1 mart 2019-cu ildən 29 fevral 2020-ci ilədək ümumi sayı da daxil olmaqla toplanıb.

Nazir bu rayona yeni rəis təyin etdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Neftçala rayon Dövlət Yol Polis bölməsinə yeni rəis təyin edib.

 Unikal.org məlumatına görə, nazirin müvafiq əmrinə əsasən, polis mayoru Əsədov Seymur Əsədağa oğlu Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib.

O, 2011-2018-ci illər Saatlı rayon polis şöbəsinin DYP bölməsinin rəisi işləyib.