Son xəbərlər

 
Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır
“Gürcüstandakı azərbaycanlılar həmişə mövcud hakimiyyətə münasibətdə loyallıqları, ölkənin ərazi bütövlüyünün qorunmasında göstərdikləri fədakarlıqla fərqləniblər. Onlar heç vaxt separatçılığa, bölücülüyə müsbət münasibət bəsləməyiblər”.

Bunu oxu.az-a açıqlamasında politoloq Qabil Hüseynli Marneulidə Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbinə münasibət bildirərkən deyib.

Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan heç bir bərpa işləri aparılmadığından, abidə qəzalı və baxımsız vəziyyətə düşüb. 

Bu yaxınlarda abidənin təmir-bərpa işləri Marneulinin icra başçısı Zaur Darğallının təşəbbüsü ilə həyata keçirilib.

Amma bu, Marneuli və Hucabi yepiskopu Georginin qəzəbinə səbəb olub. Din xadiminin fikrincə, Nərimanov Gürcüstanın ərazi bütövlüyünün pozulmasında böyük rol oynayıb və hakimiyyətə abidənin sökülməsi üçün bir həftə vaxt verib.

Ekspert Qabil Hüseynli qeyd edib ki, son zamanlar gürcülərin içərisində bəzi radikal millətçilik əhval-ruhiyyəsi yayan təxribatçı şəxslər peyda olub.

Onun sözlərinə görə, həmin millətçilər gürcülərin azərbaycanlılarla müqayisədə üstünlüyünü təbliğ edir və uzağa gedən təhlükəli şüarlar səsləndirirlər.

“Gürcüstan kimi demokratiyanın inkişaf etdiyi ölkədə millətçilik azarını yayanlar, sözsüz ki, Gürcüstanın özünə qarşı çıxış etmiş olurlar”, - deyə Q.Hüseynli əlavə edib.

N.Nərimanovun Marneulidəki heykəlinin sökülməsi tələblərinin səsləndiyi bir zamanda paralel olaraq Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında ədavəti qızışdırmağa cəhdlər edilir.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər.

DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb.

Politoloq Q.Hüseynli söyləyib ki, Gürcüstanın xüsusi xidmət orqanları şovinist qüvvələri cəmiyyətdən təcrid etməyə çalışırlar.

O, proseslərin mənfi məcraya yönəlməsində erməni faktorunun da rolunu istisna etməyib:

“Belə məlumatlar var ki, Gürcüstanda təxminən bir milyona yaxın erməni uzun illər boyu assimilyasiyaya uğrayaraq, gürcü soyadlarını qəbul ediblər. Ancaq onlar erməni kimi qan yaddaşlarını unutmayıblar. Belə adamlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək niyyətindədirlər. Azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmağa çalışanlar arasında xeyli vəzifəli şəxslər də var”.

Politoloqun fikrincə, Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasında maraqlı olan üçüncü qüvvənin – “beşinci kolon”un da əli var.

“Son zamanlar Gürcüstandakı “beşinci kolon”a təlimat gəlib ki, ölkədə qarşıdurma yaratsın. Eyni zamanda, bölgədə strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətlərini korlamağı qarşılarına məqsəd qoyublar.

Müəyyən din xadimlərinin proseslərə cəlb olunması və qızışdırıcı rol oynaması da təsadüfi deyil. Gürcüstanın hakimiyyət orqanları baş verən hadisələrin siyasi anatomiyasını çox gözəl dərk edir”, - deyə Q.Hüseynli şərhində bildirib.

15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video
22 Mart 2024 De-fakto müharibə şəraitindəyik - Peskov
21 Mart 2024 İnsanları qorxutmayın, Donbasa görə ölməyəcəyik!
21 Mart 2024 Ukraynaya silah tədarükündə belə dəstək verəcəyik - Polşa
21 Mart 2024 Ukraynanın uduzmasına imkan verməyəcəyik - Ostin
19 Mart 2024 Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov
18 Mart 2024 1990-cı illərdə Bakıya gələndə... - Yens Stoltenberq
16 Mart 2024 Kobaxidzenin Azərbaycana səfəri başa çatdı