Deputat: “Prezidentin məqsədyönlü siyasəti nəticəsində məcburi köçkünlərin sosial problemləri həllini tapır”
“Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası bütün ölkə vətəndaşlarının, o cümlədən, qaçqın və məcburi köçkünlərin sosial təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmaqdadır”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev qaçqın və məcburi köçkünlər üçün istifadəyə verilən “QobuPark-3” yaşayış massivinin  istifadəyə verilməsinə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti məcburi köçkünlərin güclü dövlət qayğısı ilə əhatə olunması, sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yürütdüyü siyasət uğurla davam etdirilməkdədir:

“Ümumiyyyətli bir fikri qeyd etmək yerinə düşər ki, Azərbaycanda istər qlobal maliyyə-bank, istərə qlobal iqtisadi böhranlar zamanı, istərsə də son pandemiya dövründə sosial və sosialyönümlü proqramlar dayanmayıb və icra olunub. Cənab Prezident də çıxışlarında bəyan edib ki, çətinliklərə baxmayaraq nəzərdə tutulan bütün sosial və sosialyönümlü proqramlar dayandırılamaycaq və bütün layihələr icra olunacaq. Bunu bir daha ölkə başçısının əhalinin sosial problemlərinin həllinə olan diqqətin nümunəsi kimi dəyərləndirmək lazımdır. Biz hər zaman cənab Prezident və Birinci vitse-prezidentin ən çətin günlərdə xalqın yanında olduğunun və ilk növbədə onların sosial problemlərinin həlli istiqamətində zəruri, təxirəsalınmaz addımlar atdığına şahidlik etmişik. Biz bunun pandemiya dövründə də şahidi olduq. Elə  məcburi köçkünlər üçün salınan “Qobu Park-3” yaşayış massivi bunun bariz nümunəsidir.

Məhz cənab Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət nəticəsində 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub. Ümumiyyətlə məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Cənab Prezident verdiyi sözü 4 il ərzində yerinə yetirdi. Ölkə ərazisindəki bütün çadır şəhərcikləri ləğv olundu, orada yaşayan qaçqın və məcburi köçkünlər hər cür infrastrukturu ilə təmin olunmuş müasir yaşayış massivlərinə köçürüldü. Ötən il məcburi köçkünlər üçün 5 minə yaxın rekord sayda evlər və mənzillər tikildi. 2020-ci ildə isə bu say 7-8 min civarında olacaq. Bu məqsədlə ölkənin müxtəlif ərazilərində məcburi köçkünlər üçün müasir tipli yaşayış massivləri salınır. Tikilən mənzil və evlərə haradasa 40 min məcburi köçkün yerləşdiriləcək. Proses növbəti illərdə də davam edəcək”.

Deputat əlavə edib ki, ölkə başçısı bu istiqamətdə yürütdüyü siyasət məcburi köçkünlərin təkcə mənzil şəraitinin yaxşılaşdırılması ilə bitmir, eyni zamanda onların sosial təminatının yaxşılaşdırılması və məşğulluq fəaliyyəti ilə təmin olunmasını da əhatə edir:

“Odur ki, biz hər il məcburi köçkün və qaçqınların sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımların şahidi oluruq. Ötən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artırılıb. Ümumən indiyədək məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi bir neçə dəfə, yemək xərcləri üçün müavinət 60 dəfədən çox artırılıb. Ötən müddət ərzində qaçqın və məcburi köçkünlərə 3 milyard manatdan artıq vəsait xərclənib. Dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ayrılan vəsaitin həcmi artır.

Son illərdə məcburi köçkünlər üçün ən müasir və geniş hərtərəfli infrastrukturun yaradıldığı Qobu park yaşayış komplekslərinin inşası xüsusi əhəmiyyət kəsb edir. Ötən dövrdə “Qobu Park-1” yaşayış kompleksində 1026 ailə evlə təmin olunub, “Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailə mənzillə təmin olunub. İndi isə “Qobu Park-3” yaşayış kompleksi istifadəyə verildi və burada mindən artıq ailənin mənzil problemi öz həllini tapdı. “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 111-ci qəsəbədir. “Qobu Park-3” yaşayış massivi bir sıra cəhətlərinə görə, digərlərindən fərqlənir. İlk dəfə olaraq məcburi köçkün şəhərciyində insanların məşğulluğunun təmin edilməsi məqsədi ilə istehsal və emal müassisələri yaradılacaq, kiçik bizneslə məşğul olmaq istəyənlərə  isə imkanlar yaradılcaq. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində biznes-layihələr həyata keçiriləcək. Biznes layihələr əsasında yumşaq, plastik oyuncaqlar, tekstil məhsullarının, sterilizə olunmuş tibbi ləvazimatların, tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal edəcək müəssisələr yaradılacaq. Burada həmçinin “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası da fəaliyyət göstərəcək. Emalatxanada hədiyyəlik xalçaların,  Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Şəhərcikdə  o cümlədən, uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.

Bu müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park 3”-ün sakinlərindən, digərləri isə Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkünlərdən formalaşdırlaşdırılması nəzərdə tuutlur. Layihələrin əsas məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır.

Digər mühüm cəhət isə məcburi köçkün şəhərciklərinin salınmasında özəl tikinti şirkətlərinin iştirakıdır. Hansı ki, ölkə başçısı da bunu yüksək qiymətləndirib. Cənab Prezident çıxışında bildirdi ki, özəl sektorun belə layihələrdə iştirakı çox sevindirici haldır. “Paşa Holdinq” şirkətinin istər indiki pandemiya dövründə, istərsə də bütün dövrlərdə sosialyönümlü layihələri doğrudan da təqdirəlayiqdir.  Çünki koronavirus şəraitində “Paşa Holdinq” şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanlara dəstək oldular. İnanırıq ki, gələcəkdə bu prosesə başqa şirkətlər də qoşulacaqlar.

Bir məqamı da xüsusi ilə diqqətə çatdırmaq və vurğulamaq lazımdır ki, belə sosial layihələrin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna rolu var. Məhz onun bu sahəyə yetirdiyi diqqət, qayğı nəticəsində bir sıra problemlər zamanında və təxirə salınmadan həyata keçirilir.

Yekun olaraq onu demək olar ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin yürütdüyü siyasət nəticəsində digər sahələrdə olduğu kimi, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində qarşıda duran bütün məsələlər öz həllini tapmaqdadır və bundan sonra da həllini tapacaq. Çünki qaçqın və məcburi köçkünlər hər zaman Prezident və Birinci vitse-prezidentin diqqət və qayğısı ilə əhatə olunub. Onların problemlərinə həssaslıqla yanaşılıb. Prezident və Birinci vitse-prezident mütəmadi olaraq bu qrupdan olan insanlarla görüşür, onların problemlərini dinləyir, onlara ən yüksək səviyyədə qayğı göstərir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər”.

28 may – Respublika günündə millət vəkili Cavanşir Feyziyev seçiciləri ilə görüşüb.
Turan qəsəbə sakinləri deputata gündəlik həyat qayğılarından danışıblar. Qəsəbə sakinləri xüsusi karantin rejimində dövlət tərəfindən atılan addımları dəstəklədiklərini, operativ qərargah tərəfindən qoyulan məhdudiyyətlərə əməl olunduğunu və nəticədə qəsəbədə heç kimin Covid-19 virusuna yoluxmadığını bildiriblər.
Pandemiya ilə bağlı görülən tədbirlər və aztəminatlı ailələrə göstərilən yardımlar və onların ictimai işlərə cəlb olunması ilə bağlı vəziyyət də görüşdə müzakirə olunub. Turan sakinləri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Seçicilərlə görüşdə Turan qəsəbə İcra nümayəndəsi və Turan bələdiyyəsinin sədri də iştirak edib.

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına dəyişiklik edilməsi və dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri 2020-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə yerli mal hesab ediləcək.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.

Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4000 kvadratmetrdir. Burada stomatoloji və oftalmoloji kabinetlər, manipulyasiya, qan götürmə, reanimasiya, növbətçi həkim, oksigen, dezinfeksiya, sterilizasiya, eləcə də digər xidməti və inzibati otaqlar, laboratoriya, yeməkxana, qazanxana, camaşırxana və müalicə alanların reabilitasiyası üçün nəzərdə tutulmuş idman zalı mövcuddur.

Bildirilib ki, dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Müalicə korpusunda yaradılan şəraitlə tanış olduqdan sonra Müdafiə naziri Tibb Baş İdarəsinin rəhbərliyi qarşısında tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

Mehriban Əliyeva xalqımızı təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva özünün "Instagram" səhifəsində Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: 

"Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!"

İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə paylaşım edib.

Şəxsi “Facebook” profili vasitəsilə foto yayımlayan prezident bu sözləri qeyd edib:

“Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqil inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi davamlı yaşayacaq!”

Zelenski İlham Əliyevi təbrik etdi
Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim.

Bütün aktual məsələlər üzrə, ilk növbədə, dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm.

Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzu edirəm”.

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edildi
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

 Azərbaycanın Vaşinqtondakı səfirliyindən “Report”un xüsusi müxbirinə verilən məlumata görə, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması qeyd olunur.

Mer Bouzer Bəyannamədə Azərbaycanın 1922-ci ildə Sovet Birliyinə daxil edildiyi və 60 ildən çox müddət sonra yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi yazıb. 

O qeyd edib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan onu qoruyub və möhkəmləndirib, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.

Mer Bouzer imzaladığı Bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.

Qeyd edək ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar Bəyannamə mer ofisi tərəfindən birbaşa Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim olunub.

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikin mətni AZƏRTAC-da dərc olunub. 

“Hörmətli xanım Prezident, 

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yaratdığı bu çətin zamanda da Azərbaycan xalqının Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim rifah diləyirəm”.

Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır
Bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.
 
Müraciətin mətnini oxuculara təqdim edirik:
 
Hörmətli Əli müəllim!
Koronavirus pandemiyası dövründə 13.04.2020-ci il tarixinədək dövlət yol polisi əməkdaşları tərəfindən Respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 687 hərəkət iştirakçısı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitar - gigiyena və karantin rejimlərinin pozulması) inzibati məsuliyyətə cəlb edilib.
Bildiririk ki, "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2014-cü il tarixli Fərmanınadək "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nda Dövlət Yol Polisinin vəzifəli şəxslərinin İXM-nin hansı maddələri ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətləri olmasını müəyyən edən 2.2.-ci və 2.4.-cü bəndlərində İXM-nin 211-ci maddəsi göstərilməyib.
 
İXM-nin 211-ci maddəsi "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2014-cü il tarixli Fərmanı ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın 2.2. -ci və 2.4.-cü bəndlərinə əlavə edilib və bununla da Dövlət Yol Polisinin vəzifəli şəxslərinə İXM-nin 211-ci maddəsi ilə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.
 
Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Dövlət Yol Polisi əməkdaşlarının İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti 13.04.2020-ci il tarixindən sonra yaranıb və dövlət yol polisi əməkdaşlarının həmin tarixədək İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh vermə barədə qərar tərtib etmək səlahiyyəti olmayıb.
“İnzibati icraat haqqında” Qanunun 67.1.-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
 
Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya suboordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən ləğv oluna bilər.
 
Hörmətli Əli müəllim!
Yuxarıdakıları əsas götürərək Sizə müraciət edərək xahiş edirik ki, 13.04.2020-ci il tarixinədək dövlət yol polisi əməkdaşlarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə tərtib etdikləri inzibati tənbeh verməyə dair qərarlarını ləğv edəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk!”