“Yeni İran-Ermənistan alternativ yolunun inşası məsələsində Ermənistana kömək etməyə hazırıq”.
"Tehranla Bakı arasında vəziyyətin gərginləşməsi düşmənçiliyə səbəb olmayacaq. Amma İran Azərbaycandan yük daşımalarında güzəşt gözləyir".
Almaniya bir sıra şərtlərin yerinə yetirilməsi şərtilə Əfqanıstana humanitar yardım göstərməyə və onun inkişafına dəstək verməyə hazırdır.
Milli.Az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.
Kartof kökündən istifadə edilən bitki fəsiləsinə aid olub, ən vacib qida vasitələrindən biri hesab edilir.
Yemiş balqabaqkimilər fəsiləsinə, xiyar cinsinə aid olunan meyvələrdəndir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı növbəti video müraciəti təqdim edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə 1992-cı il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itgin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.
Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və baçımız düşmənə əsir düşdü. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi.
Trend BİA-nın Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqlə müsahibəsi
- Almaniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində məqsədləri nədir və ölkə bu məqsədlərə necə nail olmağı planlaşdırır?
- Almaniya Avropa Şurası üzv dövlətlərinin vətəndaşlarının daha yaxşı müdafiəsini təmin edən təşəbbüslərə diqqət verməklə təşkilatın mövqelərini möhkəmləndirməyə davam edəcək. Almaniya Azərbaycanın qaydalara əsaslanan beynəlxalq düzənin bütün təhlükəli hadisələrin qarşısnı ala biləcəyi fikri ilə razıdır. Avropa Şurasının çoxtərəfliliyinə sadiqliyimiz beynəlxalq münasibətlərin stabilləşməsi üzrə unikal vasitə olmaqda davam edir.
Biz bir tərəfdən nifrət ritorikası ilə mübarizə, digər tərəfdən fikir azadlığının müdafiəsi məqsədilə beynəlxalq hüquqi alətləri nəzərdən keçirməklə qanunun aliliyini və demokratiyanı möhkəmləndirmək niyyətindəyik. İkitərəfli qaydada məhz bu məqsədlə mən Azərbaycanın Ədliyyə naziri və Avropa Şurasının Bakıdakı nümayəndə heyəti ilə danışıqlar aparıram. Vacib amillərdən biri də odur ki, gənc nəslə 21-ci əsrin çağırışlarına cavablar lazımdır. Bizim "Siz Avropasınız!" proqramımız çərçivəsində Almaniya hökuməti Avropa Gənclər Fondu vasitəsilə gənclər mübadiləsinə kömək edəcək. Qeyd edim ki, biz azlıqlara münasibətdə Azərbaycanın siyasətini qiymətləndiririk. Avropada bu nümunəyə hər yerdə əməl olunmur. Biz bunu dəyişmək istəyirik. Xüsusilə də COVID-19 pandemiyası dövründə azlıqların müdafiəsi mühüm əhəmiyyət daşıyır. Nəhayət, biz Avropa Şurası konvensiyalarında nəzərdə tutulmuş ailədə zorakılıqla mübarizədə və uşaqların müdafiəsində irəliləyişə nail olmalıyıq.
- Almaniya bu müddət ərzində Avropanın şərq qonşuları, xüsusilə də Azərbaycanla münasibətlərini necə möhkəmləndirəcək?
- Almaniya və Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı proqramı" çərçivəsində əməkdaşlıq edir. Bu tərəfdaşlıqla yanaşı, Almaniya ümum-Avropa bərabər hüquqlar və qarşılıqlı hörmət məkanı yaratmaq niyyətindədir. Avropa Şurası çərçivəsində biz üzv dövlətləri vətəndaşlarımızın müdafiəsinin ən yüksək səviyyəsinə nail olmaq və irqçilik, məişət zorakılığı kimi problemlərə qarşı daha dayanıqlı olmaq məqsədilə birgə işləməyə dəvət edirik. Əminəm ki, bu cür yanaşma Azərbaycana və Ermənistana Gürcüstanla birgə çiçəklənən və dinc Cənubi Qafqaz yaratmaq üçün birgə işləməyə kömək edəcək.
- Statistik məlumatlar göstərir ki, Almaniya 2020-ci ilin yanvar - oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olub. İki ölkə qarşısında yaxın illərdə ticarət dövriyyəsini artırmaq üçün hansı tapşırıqlar dayanır?
- Almaniya üçün Azərbaycan Cənubi Qafqazda vacib ticarət tərəfdaşıdır. Azərbaycan-Almaniya Ticarət-Sənaye Palatası alman şirkətlərinə Azərbaycanda və Azərbaycan şirkətlərinə Almaniyada biznes aparmaq imkanları verən unikal vasitədir. TAP layihəsinin başa çatması ilə Azərbaycandan Almaniyaya qazı yönləndirmək daha da asan olacaq. Almaniya Ticarət-Sənaye Palatası həm də peşəkar tədrisin təkmilləşdirilməsi məqsədilə Azərbaycanın Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edir.
- İndi Almaniyadan olan investorlar üçün Azərbaycanda hansı sahələr prioritetdir?
- Hazırda Almaniya investisiyaları neft-qaz, maliyyə və konsaltinq sahələrində cəmləşib. Ticarət əvvəlki kimi vacibdir. Ümid edirəm ki, xüsusilə dövlət müəssisələri sahəsində islahatların davam etməsi digər sektorlara da investisiyaları da cəlbedici edəcək.
- Almaniya və Azərbaycan enerji sahəsində necə əməkdaşlıq edir? Alternativ enerji sahəsində əməkdaşlıq perspektivlərini necə görürsünüz?
- Azərbaycanın Energetika Nazirliyi ilə Almanoyanın DENA enerji agentliyi arfasında xüsusi dialoq təşkil olunub. 2020-ci ilin mart-noyabr ayları ərazində DENA və Energetika Nazirliyi bərpa olunan enerji sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edib. Azərbaycan böyük həcmdə bərpa olunan enrji mənbələri təklif edir. Almaniya ilə Azərbaycan birlikdə müasir, ekoloji təmiz və dayanıqlı enerji siyasəti üçün kreativ həllər tapa bilər.
- Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq üçün hansı imkanları görürsünüz?
- Mən bu yaxınlarda Azərbaycanın kənd təsərrüfatı naziri ilə bu vacib sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmişəm. Müasir dünyada kənd təsərrüfatı investisiyalar və məşğulluq üçün maraqlı sahədir. Bu, yüksək texnologiyalarla əlaqəlidir. Almaniya iqtisadi şaxələndirmədə Azərbaycan hökumətini dəstəkləyir.
- Təxminən 30 illik işğaldan sonra Azərbaycan təbii ehtiyatlarla zəngin və çoxsaylı investisiya imkanları təqdim edən torpaqlarını işğaldan azad edib. Almaniya qısamüddətli və uzunmüddətli perspektivdə bu regionların inkişafında iştirakda maraqlıdırmı?
- Almaniya Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatı alqışlayır. Bəyanat digər məsələlərlə yanaşı, humanitar yardımın göstərilməsinə yol açacaq. Almaniya münaqişədən zərər çəkənlərə yardım məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsində 2 milyon avro yardım edib. Biz həm də ATƏT Minsk qrupunun mandatının başa çatmadığını qeyd edirik: Minsk qrupu və onun həmsədrləri münaqişənin uzunmüddətli və dayanıqlı həlli üzrə danışıqlara kömək göstərməlidir. Son onilliklərdə işğal altında olmuş yeddi rayonda minalardan təmizləmə işləri aparılmalıdır. Ona görə də indi vəziyyətləri qiymətləndirmək və əməkdaşlıq üçün şirkətlərə tövsiyələr vermək hələ tezdir. Qeyd etmək lazımdır ki, bu məsələdə Almaniya hökuməti yox, özəl şirkətlər qərar verəcək.