Almaniya bir sıra şərtlərin yerinə yetirilməsi şərtilə Əfqanıstana humanitar yardım göstərməyə və onun inkişafına dəstək verməyə hazırdır.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas Avropa İttifaqı xarici işlər nazirlərinin ilin sonuna qədər Avropa İttifaqı Şurasında sədrlik edən Sloveniyanın paytaxtında keçirilən qeyri-rəsmi görüşündə bildirib.
Almaniyalı nazir deyib: "Əfqanıstanda istəsək də istəməsək də yeni reallıq var. Aİ orada müəyyən bir rol oynamaq istəyirsə, o zaman tez hərəkət etməlidir" dedi Maas.
"İndi Əfqanıstanla bağlı mövqeyimizi çox tez müəyyənləşdirməliyik", - Maas qeyd edib.