Son xəbərlər

 

Yemiş balqabaqkimilər fəsiləsinə, xiyar cinsinə aid olunan meyvələrdəndir.

O yalançı giləmeyvədir. Yemişin vətəni Afrika və Hindistan hesab edilir. O işıq və istisevər bir birkidir və soyuğa, nəmliyə davam gətirmir. Yemiş növündən və yetişdiyi yerdən asılı olaraq formasını və çəkisini dəyişə bilir. Onun çəkisi 1-10 kq arasında dəyişə bilir. Yemiş yumru, uzunsov, silindirvari, sarı, yaşıl və solaqlı rənglərdə ola bilir. Yemiş qədim zamanlarda Ərəbistan yarımadasında,Qədim Misirdə, Orta Asiya ölkələrində ən məşhur qida vasitəsi hesab edilib. Yemiş kalorili giləmeyvələrdəndir. Piylənmədən əziyyət çəkənlərə yemiş yeyərkən diqqətli olmaq məsləhət bilinir. Onun 100 qramında 35 kKalori var. Qurudulmuş yemişdə isə bu rəqəm 341-dir.
100 qram yemişin tərkibində olanlar:
- Zülallar -0,6 qr
- Yağlar - 0,3 qr
- Karbohidratlar - 7,5 qr
- Su - 90 qr
- Kalori - 35 kKal.
Yemişin kimyəvi tərkibi onun növündən asılı olaraq dəyişir. Yemişin lətində 20 - 46% şəkər, karotin, A, B, C, P vitaminləri, çoxlu miqdarda fol turşusu, dəmir, pektin maddəsi, yağlar və mineral duzlar var.
Yemişin lətində və tumlarından 30% yağlar vardır ki, bunlarda da qida sənayesində istifadə edilir. Yemiş həzm prosesini sürətləndirir, qan əmələgəlmə prosesində iştirak edir. Atereskleroz, anemiya, ürək-damar xəstəlikləri zamanı yemiş yeməkdə fayda var.
Yemişin müalicəvi xüsusiyyətlərindən qədim zamanlarda istifadə edilir. Depressiya, sinir xəstəlikləri, vərəm, revmatizma, sinqa, podaqra zamanı yemiş xəstəliklərin əlamətlərinin aradan qaldırırb. Yemiş iltihab əlyhinə, öskürəkkəsici və qurd əleyhinə də təsirə malikdir.
Yemiş qəbizliyin və babasilin bağırsaqlarda əmələ gətirdiyi narahatçılıqların da aradan qalxmasına səbəb olur. O sidikqovucu təsirə malikdir, bağırsaq möhtəviyyatını yumşaldır. Qara ciyər, böyrək və sidik kisəsi xəstəlikləri zamanı yemiş çox faydalıdır.
Yemiş sinir sistemini sakitləşdirir, susuzluğu aradan qaldırır. Dietoloqlar qan azlığı zamanı, ürək-damar xəstəliklərində,böyrək və qara ciyər xəstəlikləri zamanı yemiş yeməyi məsləhət bilir. Buna səbəb isə yemişin tərkibinddə B9, C, dəmir duzu və kaliumun olmasıdır. Yemişin faydalılığı onun yetişməsindən asılı olaraq dəyişir. Belə ki, yetərincə yetişməmiş yemişi yedikdə mədə yarası və qastrit xəstəliklərinin əlamətləri kəskinləşir.  Yemişi acqarına yemək də məsləhət bilinmir. Bu mədə-bağırsaq sistemi üçün təhlükəli sayıla bilər. Onun faydasından tam yararlanmaq üçün iki yemək arasında olan məsafədə qəbul etmək lazımdır. Bu zaman yemiş digər qida vasitələri ilə qarışmır və tərkibini dəyişmir.
Xalq təbabətinddə yemişddən qara ciyər xəstəliklərindən və əməliyatlardan sonra yaranan zəifliklər zamanı istifadə edilir. Yemiş bir çox xəstəliklərin sağalmasını sürətləndirir. Yemişin toxumları qonoreya xəstəliyinin sağalmasına səbəb olur.
Son illər dietoloqlar həzmi sürətləndirmək üçün yemiş yeməyi məsləhət bilirlər. O qurdların orqanizmdən xaric olunmasını sürətləndirir. Əsasən də bağırsaqlarında qurd olan uşaqlar bir müddət yemiş yedikləri zaman asanlıqla helmint xəstəliklərindən xilas olurlar.
Yemişdən yumşaldıcı və tonuslandığıcı maskaların hazırlanmasına istifadə edilir. Yarım ay hər gün üzün dərisinə əzilmiş yemiş ləti qoyduqda dəri elastikləşir və onun tonusu artır. Bu maska dərinin rənginin də şəffaflaşmasına və gözəlləşməsinə səbəb olur.
Yemişin zərərli xüsusiyyətləri
Yemişi acqarına yemək olmaz. Uşaqəmizdirən analara yemiş yemək məsləhət görülmür. Bu uşaqda ağır dispepsiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir.  Şəkərli diabet, mədə və onikibarmaq yarası olan xəstələr yemiş yeyərkən ehtiyyatlı olmalıdırlar.  Dizenteriyadan əziyyət çəkənlərə də yemiş yemək məsləhət görülmür.Yemiş yedikddən sonra qısa bir zamanda soyuq su içmək, süd, qatıq,yoqurt və digər bu kimi süd məhsulları qəbul eləmək olmaz. Bu mədə narahatçılığına səbəb ola bilər. Yemiş yeyən zaman spirtli içki qəbul etdikdə də eyni vəziyyət meydana çıxır.
Əzilmiş və çürümüş yemişi də yemək məsləhət deyil. Bu botulizmə və salmanelyoz xəstəliyinə səbəb ola bilir.

24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq