Son xəbərlər

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Erl Litsenbergerin namizədliyi irəli sürülüb.

“Report” xəbər verir ki, Senatının Xarici işlər komitəsində namizədliyi müzakirə olunan E.Litsenberge bildirib ki, vəzifəyə layiq görüləcəyi təqdirdə, ölkəsinin Azərbaycandakı manefələri üçün səylə çalışacaq.

“Həm İranla, həm də Rusiya ilə həmsərhəd ölkə olan Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Aramızdakı münasibətlər nəinki ölkələrimiz üçün, bütövlükdə bölgə üçün də əhəmiyyətlidir”, - E.Litsenberge qeyd edib.

O, Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində də uzun müddətdir etibarlı tərəfdaş olduğunu bildirib: “11 sentyabrdan sonra Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev terrorçuluqla mübarizəyə dəstəyini və yaxından əməkdaşlığı ilk təklif edənlərdən olub”. Namizəd Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasına da töhfəsini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan E.Litsenberger qeyd edib ki, Minsk qrupunun həmsədri kimi ABŞ BMT Nizamnaməsində, Helsinki Yekun Aktındakı prinsiplər əsasında sülh yolu ilə uzunmüddətli razılaşma əldə etmələri üçün tərəflərlə bundan sonra da çalışmağa hazırdır: “Namizədliyim təsdiqlənərsə, hökumətin bu məqsədə sədaqətini lazımınca dəstəkləyəcəyəm”.

Ötən ay ABŞ Prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülmüş E.Litsenberger Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə, Azərbaycandakı səfir vəzifəsinin icrasına başlaya biləcək.

Prezident İlham Əliyev Vaqif Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Nobel Komitəsi 2018-ci il üzrə Nobel sülh mükafatının qaliblərinin adını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, konqolu həkim Deni Mukvege və İraqın yezidi kürd əsilli hüquq müdafiəçisi Nadia Murad Nobel sülh mükafatına layiq görülüblər.

Onlar müharibə və hərbi münaqişələr zamanı cinsi zorakılığa qarşı apardıqları mübarizəyə görə mükafatlandırılıblar.

Qeyd edək ki, bu il mükafata Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, hüquq müdafiəçisi Amal Kluni namizəd göstərilmişdi.

Bakıda güclü külək, rayonlarda leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yaymışdı. Xəbərdə bildirilirdi ki, oktyabrın 5-6-da ölkə ərazisində hava şəraiti kəskin pisləşəcək, leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq.

“Qafqazinfo” xəbər verir ki, sözügedən məlumat nazirliyin saytına “Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq” başlığı ilə yerləşdirilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi oktyabrın 5-də və 6-da hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı yaydığı xüsusi təhlükəli hadisə haqqında açıqlanan  məlumata aydınlıq gətirib.

Bu barədə “Qafqazinfo”ya açıqlama  verən sözügedən şöbənin müdiri Umayra Tağıyeva xatırladıb ki,  hava şəraitinin kəskin dəyişməsi ilə bağlı yayılan xəbərdarlıq öz qüvvəsindədir: “Belə ki, oktyabrın 5-dən başlayaraq Bakıda və Abşeron yarımadasında  güclü şimal küləyi əsəcək. Gün ərzində şiddətli olacaq.  Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Ümumiyyətlə, gün ərzində temperaturun anomal gedişi gözlənilir.  Belə ki, adətən səhər saatlarında temperatur daha aşağı, gündüz saatlarında isə yuxarı olur. Ancaq sabah prosesin əksi müşahidə olunacaq.  Yəni səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında maksimal temperaturun 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağını gözləyirik.  Belə hava  şəraitində atmosfer təzyiqi kəskin yüksələcək. Bu da metohəssas insanlar üçün əlverişsiz bir hava şəraiti sayılır.

Temperatur normadan aşağı olacaq.  Ancaq əvvəlcə biz prosesi müşahidə etməliyik. Sonra ötən illərin norması ilə müqayisə edib məlumat verərik".

Onun sözlərinə görə, küləyin sürəti haqqında xəbərdarlıqlar iki gün əvvəldən bütün əlaqədar təşkilatlara, müvafiq qurumlara xüsusi xəbərdarlıq  başlığı ilə ötürülüb. U. Tağıyeva qeyd edib ki, əhali üçün tərtib olunan proqnozlarda zəif, mülayim, güclü və şiddətli külək sözlərindən istifadə edilir: “Artıq güclü və şiddətli deyəndə biz bunun arxasında nə dayandığını bilirik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatması haqqında məlumatlar müvafiq təşkilatlara göndərilib”.

Qeyd edək ki, əhalinin nəzərinə çatdırırıq ki, iki gün ərzində küləyin şiddətli olması ilə əlaqədar ehtiyatlı olsunlar. Avtomobillərini ağacların altında saxlamasınlar.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər İcra Hakimiyyətindən modern.az-a daxil olan məlumata görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) hava xəbərdarlığı ilə bağlıdır. İcra hakimiyyətindən bildirilib ki, yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişi ilə hazırlıq görülür.

Gözlənilir ki, hava şəraiti ilə əlaqədar “Azneft” İstehsalat Birliyi açıq havada işləyən bəzi işçilərini  təxliyə etsin. Yada salaq ki, sonuncu dəfə belə xəbərdarlıq bu ilin mart ayının 30-da yayılmışdı.

Martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İB tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum mümkün dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumi 1000 nəfərdən çox işçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Səhiyyə naziri Oqtay Şirəliyev “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

“Report” xəbər verir ki, əmrə əsasən payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər, həmçinin infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb.

Eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılması Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə həvalə olunub.

Bundan başqa, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılacaq.

Şənbə və bazar günləri gecə saatlarında Bakının 2 ərazisində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə musavat.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, təmir işləri ilə əlaqədar olaraq sabah saat 23:00-dan oktyabrın 7-si saat 06:00-a qədər (7 saat) paytaxtın Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, oktyabrın 7-si saat 23:00-dan o biri gün saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - deyə qurum bəyan edib.

78ae4fec-f125-46e1-8049-709458d5936c.jpg (140 KB)

Prezident İlham Əliyev “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”ni təsdiq edib.

Dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Fərmanla “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” və “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri” təsdiqlənib.

Nazirlər Kabinetinə Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamənin və onun təsvirinin layihələrini iki ay müddətində hazırlayıb Prezidentinə təqdim edilməsi tapşırığı verilib.

“Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında” Əsasnamənin və “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Prezidentinin 2004-сü il 14 yanvar tarixli 14 nömrəli fərmanı ləğv edilib.

“Son dövrlərdə bir qrup insan Dağlıq Qarabağ məsələsindən öz siyasi məqsədləri üçün istifadə edir. Qarabağla heç bir bağlılığı olmayan insanlar Azərbaycanın əsas problenmi ilə bağlı məsələni ortaya atmaqla həm də erməni dəyirmanına su tökürlər”.

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov bu fikirləri Qarabağla bağlı keçirilən mitinq barədə parlamentdəki çıxışı zamanı söylədi. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda, keçirilən tədbirlərdə Azərbaycan prezidenti daim ərazi bütövlüyünü əsas şərt kimi ortaya qoyur: “Prezidentimiz nəinki Azərbaycanın işğal olunmuş əraziləri, həmçinin dədə-baba torpaqlarımızda erməni dövlətinin yaradılmasını da daima diqqətə çatdırır. Azərbaycan cəmiyyəti də tam şəkildə Azərbaycan prezidentini dəstəkləyir. İstər Bakı şəhərində keçirilən forumlarda, istərsə də hətta ucqar bölgələrdə fermerlələ belə keçirilən görüşlərdə prezident Qarabağla bağlı hesabat verir. Bunun nəticəsi olaraq xalq prezident seçkilərində cənab prezidenti növbəti dəfə dəstəkləyib, ona səs verdi. 90-cı illər təfəkküründə olan insanlar başlayıblar ki, biz mitinq keçirməliyik və bu mitinqin prezidentə Qarabağla bağlı təzyiq olduğunu dünyaya çatdırmalıyıq. Belə çıxır ki, Azərbaycan iqtidarı hansısa güzəştlərə razıdır, ancaq ictimai təzyiq səbəbindən güzəştlərə getmir. Bu, nə düşüncə, nə təfəkkürdür? Burda nə təzyiqdən söhbət gedə bilər?”

S.Novruzov bəyan etdi ki, Qarabağ bir qrup insanın, yaxud qarabağlıların yox, bütün dünya azərbaycanlılarının məsələsidir: “Elə keçirilən iki hərbi parad, müasir silahların nümayişi bilavasitə mesajdır ki, biz sülh tərəfdarıyıq, ancaq sülh nəticə verməsə, torpaqları hərbi yolla azad edəcəyik. Ən acınacaqlı məsələ ondan ibarətdir ki, 1 milyondan artıq qaçqınlarımıza mənəvi terror edilir, “siz niyə gəlmirsiniz”, “siz niyə mitinqə çıxmırsınız”-deyirlər. Qarabağda “mənim, sənin” məsələsi ola bilməz. O insanlar vaxtilə əzab-əziyyətlər çəkən 1 milyondan artıq insanı təhdid etməklə nəyə xidmət edirlər? Onlar ən aşağı insanlardır ki, qaçqınlara qarşı belə ifadələr işlədirlər. Qarabağ məsələsi futbol meydançasında həll olunası məsələ deyil. Qarabağ məsələsi Ali baş komandanın rəhbərliyi altında, ordumuzun qüdrəti ilə, qanuni, yaxud hüquqi yolla azad olunacaq. Sülh yolu ilə azad olunmayacaqsa, hərb yolu ilə azad olunacaq. Azərbaycan dövləti çalışır ki, itkilər olmadan, sülh yolu ilə azad olunsun”.

S.Novruzov daha sonra bunları bildirdi: “Necə ki, vaxtilə “Şuşa getsə, başıma güllə vuracağam”, “bir maşın erməni başı gətirəcəyəm” deyənlər bugünkü mitinqlərdə öndə dayanıblar. Bunlar siyasi oyunbazlıq edirlər. Azərbaycan xalqı, Azərbaycan qaçsını bunları görür və məhz onlaerı boykot edirlər. O oyunbazlar başa düşsünlər, gedib öz işləri ilə məşğu olsunlar, Dağlıq Qarabağ adı altında öz oyunlarını oynamasınlar”.

Deputat Bəxtiyar Əliyev də çıxışa reaksiya verdi: “Vaxtilə bu parlamentdə ümummilli lider bütün siyasi qüvvələrə müraciət etdi ki, Dağlıq Qarabağla bağlı 3 layihə var, gəlib mövqelərini bildirsinlər. Amma onların bir hissəsi gəlib müzakirələrə qatılmadılar. Bəziləri gəldi, amma hansı mövqeni bildirdilər, bunu bütün Azərbaycan xalqı gördü. Bu gün cənab prezidentin rəhbərliyi altında Azərbaycan ordusu yüksək şəkildə inkişaf edir. Ordumuzun son əməliyyatı göstərdi ki, Azərbaycan torpaqlarını heç kimə güzəştə getməyəcək”.

 Deputat Fəzail Ağamalı isə dedi ki, keçiriən mitinq avantürist bir mitinq idi: “Əgər bunlar ölkə prezidenti ilə bərabər olduqlarını orda bəyan etsəydilər, bunu başa düşmək olardı. Bizim hər birimiz Azərbaycan vətəndaşı olaraq prezidentlə, dövlətimizlə birgə olub öz mövqeyimizi bildirməliyik və belə avamtürist çıxışlara qarşı çıxmalıyıq!”

Hansı postsovet respublikasında müxalifət mövcuddur?

Keçmiş SSRİ ölkələrində müxalifət ciddi böhran yaşayır. Orta Asiya respublikalarında siyasət meydanında müxalifətçilik ənənəsi demək olar ki, əvvəldən yox səviyyəsində olub. Qırğızıstanı istisna etsək, bu respublikalarda müxalifət adına təşkilatların ən yaxşı halda formal adı var.

Azərbaycanla bağlı danışsaq, müxalifətin vəziyyəti göz önündədir. Vaxtilə ictimai, siyasi proseslərə ciddi təsir imkanları olan partiyalar bu gün həmin imkanların cüzi hissəsini saxlaya biliblər. Belə vəziyyətə səbəb kimi müxalifət təşkilatlarının və liderlərinin buraxdıqları səhvlər də göstərilir.

Digər postsovet respublikalardakı duruma gəlincə, bu barədə “Yeni Müsavat”a danışan beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev öncə ümumi olaraq bildirdi ki, hər bir ölkə o zaman güclü olur ki, orada güclü müxalifət olur. Təkcə iqtidarın güclü olması ölkənin güclənməsi üçün yetərli ola bilməz. Müxalifət də güclü olmalıdır. Söhbət dövlətçiliyə bağlı müxalifətdən gedir: “Əgər bu müxalifət sıradan çıxardılacaqsa, o zaman onların yerini qaranlıq güclər tutacaq. Eyni zamanda dini radikallara meydan açılacaq. Ona görə də hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar sistemini heç olmasa 10-15 il öncəki vəziyyətinə qaytarmaq üçün bütün vasitələrdən istifadə olunmalıdır”.

Elşən Mustafayev ile ilgili görsel sonucu

E.Mustafayev qeyd etdi ki, postsovet respublikalarında müxalifətin vəziyyətinə nəzər salanda ilk sırada Gürcüstan müxalifəti gəlir. Mixail Saakaşvili hakimiyyəti zamanında qoyulmuş siyasi partiyalara münasibətin təməl prinsiplərini ondan sonrakı hakimiyyət dəyişə bilməyib: “Onun nəticəsidir ki, bu gün ”Gürcü Arzusu" müxalifətin güclü olması səbəbindən prezidentliyə öz namizədini irəli sürməyib və keçmiş xarici işlər naziri Salome Zurabişvilinin namizədliyini dəstəkləyir. Ukraynadakı vəziyyətə xüsusi yer ayırmağa ehtiyac görmürəm. Çünki orada da normal siyasi mübarizə gedir. Ən azından orada son illər baş verən siyasi proseslər Azərbaycan mətbuatında mövzuların önəmli bir hissəsini zəbt etmişdi və bu gün də davam edir. Daha sonra Moldovanı göstərə bilərik. Orada siyasi qüvvələr konkret olaraq iki yerə parçalanıb-Rusiya və Avropa meylli partiyalar. Hazırda Dadonun prezidentliyində rusiyameyllilər hakimiyyətdə olsalar da, müxalifət liderliyini  Avropa İttifaqı meylli xanım Maya Sandu həyata keçirdir. Yeri gəlmişkən, xanım Sandu 2 il öncəki prezident seçkilərinin müxalifətdən olan əsas namizədi olub 48% səs yığsa da 52 faiz səs yığan Dadona uduzub. Ümumiyyətlə, Moldovada siyasi partiyalara münasibət normaldır və fəaliyyətlərinə maneə yoxdur. Sonrakı yerdə Ermənistanı göstərmək olar. Hesab edirəm ki, Nikol Paşinyan hakimiyyətdə olsa da durumuna görə əslində hələ də müxalifətdədir. Doğrudur, onlarda vəziyyət yuxarıda göstərilən ölkələrdən tam fərqlidir. Çünki Paşinyan seçki ilə deyil, xalqın Serj Sərkisyan hakimiyyətinə etirazı dalğasında hakimiyyətə gəlib. Onların parlamentdə cəmi 8 deputatı var idi. Buna baxmayaraq, orada da müxalifətin mövcudluğunu proseslərə təsir imkanlarını etiraf etmək lazımdır".

Keçmiş SSRİ-nin ən böyük respublikası olmuş və varisi sayılan Rusiyaya gəldikdə isə ekspert bildirdi ki, ilk baxışda orada müxalifətin mövcudluğu görünsə də həqiqətdə hər hansı təsir imkanlarının olmadığı, daha doğrusu, fəaliyyətlərinə imkan verilmədiyi göz önündədir. Aleksey Navalnının həbsi və həbsdən çıxmasına hər vəchlə mane olunması buna əyani sübutdur: “Rusiyada müxalifətçilik etmək daha çətindir. Vaxtilə dünyanın 2 supergücündən biri olan,  SSRİ-nin varisi sayılan Rusiyada Qərbə, xüsusən də ABŞ-a qarşı rəqiblik, hətta bir çox məsələlərdə düşmənçilik baxışları hələ də qalmaqdadır. O səbəbdəndir ki, Rusiya hakimiyyəti bilərəkdən mütəmadi olaraq patriotik təbliğatlara üstünlük verir, baş qaldıran müxalifəti Qərb və ABŞ-la iş birliyində ittiham edərək Rusiyanın maraqlarını satmağa hazır olduqlarını bildirirlər. Məhz bu təbliğat sadə insanların əksəriyyətini müxalifət partiyalarına dəstək verməkdən çəkindirir. Sadaladığımız dövlətlər içində müxalifətin vəziyyətinə görə son yeri Belarus tutur. Orada prezident Aleksandr Lukaşenkoya qarşı müxalifətçilik etmək çox çətin və təhlükəli işdir. İllər öncə orada aktiv müxalifət təşkilatı olsa da onların önü kəsildi. Bütün bunlara rəğmən az sayda olsa da müxalif fikirlər söyləyən, hakimiyyətə qarşı işləyən siyasi güclərin fəaliyyətini seyrək də olsa görmək olur. Amma onların da bir hissəsi həbsxanadadır, azadlıqda qalan hissəsi isə məhdud iş imkanları ilə fəaliyyətdədir”.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında müzakirələr zamanı maraqlı anlar yaşandı.

Deputat Fərəc Quliyev bu mövzuda çıxış edərkən soyadların dəyişdirilməsi zərurətindən danışdı: “Yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır. İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır”.

Deputat əlavə etdi ki, vətəndaşların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı:“Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar”. 

Deputat Aqil Abbas isə həmkarının fikirlərinə qarşı çxıdı: “İnsanların soyadlarını məcburi qaydada dəyişdirmək olmaz. Bu məsələ könüllü şəkildə həll olunmalıdır. Məsələn, bizim kənddə 500 nəfər Abbasov soyadındanı daşıyır. Mən özüm xeyli müddət əvvəl soyadımı dəyişmişəm. Ondan əvvəl də bu imza ilə yazılar yazmışam. Amma indi kəndimizdəki bütün Abbasovların soyadını dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”. 

Spiker bundan sonra üzünü komitə sədri Əli Hüseynliyə tutaraq sual etdi: “Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, bəs Fərəc Quliyev özü niyə soyadını dəyişməyib?”