Son xəbərlər

 

Bakıda güclü külək, rayonlarda leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yaymışdı. Xəbərdə bildirilirdi ki, oktyabrın 5-6-da ölkə ərazisində hava şəraiti kəskin pisləşəcək, leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq.

“Qafqazinfo” xəbər verir ki, sözügedən məlumat nazirliyin saytına “Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq” başlığı ilə yerləşdirilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi oktyabrın 5-də və 6-da hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı yaydığı xüsusi təhlükəli hadisə haqqında açıqlanan  məlumata aydınlıq gətirib.

Bu barədə “Qafqazinfo”ya açıqlama  verən sözügedən şöbənin müdiri Umayra Tağıyeva xatırladıb ki,  hava şəraitinin kəskin dəyişməsi ilə bağlı yayılan xəbərdarlıq öz qüvvəsindədir: “Belə ki, oktyabrın 5-dən başlayaraq Bakıda və Abşeron yarımadasında  güclü şimal küləyi əsəcək. Gün ərzində şiddətli olacaq.  Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Ümumiyyətlə, gün ərzində temperaturun anomal gedişi gözlənilir.  Belə ki, adətən səhər saatlarında temperatur daha aşağı, gündüz saatlarında isə yuxarı olur. Ancaq sabah prosesin əksi müşahidə olunacaq.  Yəni səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında maksimal temperaturun 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağını gözləyirik.  Belə hava  şəraitində atmosfer təzyiqi kəskin yüksələcək. Bu da metohəssas insanlar üçün əlverişsiz bir hava şəraiti sayılır.

Temperatur normadan aşağı olacaq.  Ancaq əvvəlcə biz prosesi müşahidə etməliyik. Sonra ötən illərin norması ilə müqayisə edib məlumat verərik".

Onun sözlərinə görə, küləyin sürəti haqqında xəbərdarlıqlar iki gün əvvəldən bütün əlaqədar təşkilatlara, müvafiq qurumlara xüsusi xəbərdarlıq  başlığı ilə ötürülüb. U. Tağıyeva qeyd edib ki, əhali üçün tərtib olunan proqnozlarda zəif, mülayim, güclü və şiddətli külək sözlərindən istifadə edilir: “Artıq güclü və şiddətli deyəndə biz bunun arxasında nə dayandığını bilirik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatması haqqında məlumatlar müvafiq təşkilatlara göndərilib”.

Qeyd edək ki, əhalinin nəzərinə çatdırırıq ki, iki gün ərzində küləyin şiddətli olması ilə əlaqədar ehtiyatlı olsunlar. Avtomobillərini ağacların altında saxlamasınlar.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər İcra Hakimiyyətindən modern.az-a daxil olan məlumata görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) hava xəbərdarlığı ilə bağlıdır. İcra hakimiyyətindən bildirilib ki, yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişi ilə hazırlıq görülür.

Gözlənilir ki, hava şəraiti ilə əlaqədar “Azneft” İstehsalat Birliyi açıq havada işləyən bəzi işçilərini  təxliyə etsin. Yada salaq ki, sonuncu dəfə belə xəbərdarlıq bu ilin mart ayının 30-da yayılmışdı.

Martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İB tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində bütün işlərin maksimum mümkün dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumi 1000 nəfərdən çox işçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell