Son xəbərlər

Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması Avropa İttifaqı (Aİ) üçün prioritet vəzifə olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin rəsmi saytında dərc olunan təşkilatın hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, son il ərzində Aİ və Azərbaycan arasında əməkdaşlıq fəallaşıb: “Son ildə “Tərəfdaşlıq prioritetləri” təsdiqlənib, nəqliyyat və təhlükəsizlik məsələləri üzrə yüksək səviyyədə dialoqlara start verilib, insan hüquqları və əsas azadlıqlar yaxşılaşdırılıb”.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Federika Mogerini qeyd edib ki, Aİ regionda təşkilatın əsas tərəfdaşı olan Azərbaycanla əməkdaşlığı fəallaşdırıb: “Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar həlledici fazaya daxil olur və biz münasibətlərimizin bütün aspektlərinə toxunacaq, və həm Aİ, həm də Azərbaycan vətəndaşlarına xeyir gətirəcək müasir sazişin əldə olunması üzərində səylə işləməyə davam edəcəyik”.

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, öz növbəsində qeyd edir ki, Avropa İttifaqı Azərbaycanın iqtisadiyyatın şahələndirilməsi və təhsil, kənd təsərrüfatı və kəndlərin inkişafı kimi əsas sahələr də daxil olmaqla, islahatlar üzrə səylərinə böyük dəstək verir: “Tərəfdaşlıq prioritetləri” və Şərq Tərəfdaşlığının “2020-ci il üçün 20 praktiki nəticə”si insanlar arasında sıx əlaqələr, Azərbaycanda əlaqə, idarəetmə və iqtisadiyyatın möhkəmləndirilməsi üçün dəstək də daxil olmaqla bizim gələcək əməkdaşlığımızı müəyyən edir”.

Bundan başqa, hesabatda qeyd olunur ki, Aİ və Azərbaycan, xüsusilə “Tərəfdaşlıq priotetləri” çərçivəsində, ümumi maraqlar və öhdəliklərə tam əməl etməklə qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı davam etdirəcəklər.

Yeni Azərbaycan Partiyasının ilk fəallarından olan Maksim Musayev “Yeni Müsavat”a müsahibəsində keçmiş silahdaşı, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barədə bir sıra fikirlər səsləndirib.

14 ilə yaxındır məhbus həyatı yaşayan sabiq nazirin bu günlərdə veriləcək əfv sərəncamı ilə azadlığa buraxılmasının vacib olduğunu vurğulayan M.Musayev onun müxalifətə qoşulacağına inanmadığını bildirib. Eyni zamanda, müxalifətin Ə.İnsanovla bağlı düzgün mövqe tutmadığını da qeyd edib.

Sabiq deputatın əsas diqqətçəkən fikirləri bunlardır:“Onu tanıyan biri kimi onun müxalifətə qoşulacağına qətiyyən inanmıram. İnsanovu kənardan kimsə nəyəsə yönəldə bilməz. Digər tərəfdən, o, həbsxanadan çıxan kimə niyə   müxalifətə qoşulsun ki? Müxalifət sözsüz ki, ətrafını gücləndirmək istəyir. Amma İnsanovun o düşərgədə olacağını qətiyyən düşünmürəm. Əgər onun ətrafına kimlərsə yığılacaqsa, bunlar keçmiş YAP-çılar olacaq”.

Sabiq nazirin daha bir keçmiş silahdaşı, sabiq deputat, YAP-çı professor Şahlar Əsgərovun İnsanov azadlığa çıxarsa onun yanında olub-olmayacağı barədə mövqeyini öyrəndik: “Əvvəla onu deyim ki, Əli İnsanovun azadlığa çıxmasına hər bir azərbaycanlı kimi mən də sevinərəm. Çünki yaşının bu vaxtında onun azadlığa buraxılması Əli İnsanov üçün böyük humanist addım olardı. Amma onun azadlığa çıxandan sonra nə edəcəyi, siyasi işlərlə məşğul olub-olmayacağı ilə bağlı münəccimlik edə bilmərəm. Onun ətrafında olub-olmayacağıma gəlincə, mən elə bir yaşdayam ki, bu yaş heç kəsin ətrafında olmağıma imkan vermir. Əslində mən siyasətdən çox uzaqlaşmışam. Məndən çox-çox qabaqda gənclərdir. Son 10 ildə siyasətlə bağlı hər hansı bir məqaləmə rast gəlmisiz? Hazırda elmlə məşğul oluram. Qoy siyasətlə siyasətçilər məşğul olsun. Lakin istənilən halda Əli İnsanovun azadlığa çıxmasına çox sevinərəm. Yeni Azərbaycan Partiyasında nominal təmsil olunuram. Amma mən çox istəyirəm ki, görəcəyim işləri gənclər görsünlər”.

Qarabağ münaqişəsinin nizama salınması üzrə format dəyişikliyi yalnız tərəflərin razılığı əsasında mümkündür.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu barədə dəfələrlə fikrini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də VII Qlobal Bakı Forumunda çıxışı zamanı İrəvanın münaqişənin həlli üzrə hazırkı danışıqlar formatının dəyişdirilməsi cəhdlərinə cavab verib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan hökumətinin danışıqlar formatını dəyişdirməyə cəhd etməsi qəbuledilməzdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb.

Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır: “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Qeyd edək ki, Nikol Paşinyan hökuməti danışıqlar formatının dəyişdirilməsinə, Xankəndindəki qondarma rejiminin də danışıqlarda tərəf kimi iştirakına cəhd göstərir. Lakin Minsk Qrupunun həmsədrlərinin son bəyanatında bunun mümkün olmadığı bildirildi və İrəvanın cəhdlərinin üstündən xətt çəkildi.

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli xanım Baş nazir, Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar formatını dəyişdirməyə qərar verərsə, Rusiya tərəflərin fikirlərinə hörmət edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqların formatı barədə fikrini bildirib. Bunun dəyişdirilməsi yalnız tərəflərin razılığı əsasında ola bilər", - o deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də belə mövqe tutur və bunu onların son bəyanatında da görmək olar.

“Krtsanisi hərbi hissəsində insident çağırışçılar arasında baş verib, xəsarət alan isə travmalarının səbəbləri barədə nəzarət orqanlarına məlumat verməyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria deyib.

Onun sözlərinə görə, hərbi hissədə iki çağırışçı digərlərinə fiziki təzyiq göstəriblər və onlardan maaş kartlarını almaq istəyiblər: “Müəyyən xəsarətlər alan çağırışçı nə bir nəzarət orqanı, nə tibbi məntəqə, nə də komandirə travmalarının səbəbi barədə danışıb. O, digər səbəb göstərərək məzuniyyətə çıxmasını xahiş edib və daha sonra ailə üzvlərinə döyüldüyünü deyib”.

Nazir bildirib ki, insident barədə məlumat alandan dərhal sonra istintaq tədbirləri həyata keçirilib: “Mən insidentdə zabitlərin iştirakını qəti surətdə istisna edirəm. Gürcüstanda ordunun 90-cı illərə qayıtması barədə iddialar hər bir məğrur əsgər üçün təhqirdir. Bu cür halların orduda sistematik xarakter alması barədə bəyanatlar eşidəndə yalnız gülüş doğurur”.

Qeyd edək ki, Gürcüstan ordusunun əsgəri Kazım Qəhrəmanov martın 9-da Krtsanisi hərbi hissəsində döyülüb. Hərbi Polis azərbaycanlı əsgərin döyülməsi ilə bağlı 2 nəfəri saxlayıb. Saxlanılan şəxslərin K.Qurbanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərərək pul tələb etdikləri müəyyən olunub.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərək, Nazirlər Kabinetinin 2018-ci ilin hesabatını yüksək qiymətləndirdi.

Deputat bildirdi ki, 2018-ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub: “Bu gün bizə təqdim olunan hesabatda müəyyən məsələlərə toxunulub. 2018-ci ilin hesabatını ilk növbədə Azərbaycan xalqı özü verib. Xalqımızın 2018-ci ildəki prezident seçkilərində ulu öndər Heydər Əliyev yoluna səs verərək, prezident İlham Əliyevi dəstəkləməsi artıq 2018-ci ilin hesbatına verilən qiymət idi”. Komitə sədri bildirdi ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatalara nəzər yetirsək, iqtisadiyyatın daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və yeni infrastrukturun yarandığını görərik: “Ötən il Nazirlər Kabinetində böyük ishatalar keçirildi. Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. İqtisadiyyatımızın inkişafına, sosial məsələlərin həllinə mane törədən strukturlar ləğv edildi, zəruri, təlabatı olan yeni strukturlar formalaşdı və bu gün formalaşmaqdadır”.

S.Novruzov bununla yanaşı, qeyd etdi ki, Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənlərin bu islahatlara kölgə salmaq istəyirlər. Onun sözlərinə görə, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: “Həyata keçirilən işlər, atılan addımlar ötən il prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Bu yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.

Deputat əlill tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə də çıxış etdi: “Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxsləri tam şəkildə təhsil almasına imkan yarada bilər. Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilməsini xahiş edirlər. Bu təhsil haqlarının bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar”.

Bakıda keçirilən VII Qlobal Forumda iştirak edən Albaniya prezidenti İlir Meta virtualaz.org-un əməkdaşı ilə söhbətində Avropa İttifaqının “xristian klubu” olması ilə bağlı gəzən söz-söhbətləri şərh edib.

Qeyd edək ki, Albaniya əhalisinin əksəriyyəti müsəlmandır. 2009-cu ilin aprelində ölkə rəsmi olaraq Avropa İttifaqına bu təşkilata üzv olmaq üçün müraciət edib. 2014-cü ildə Albaniya Aİ üzvlüyünə rəsmi namizəd statusu qazanıb.

İlir Meta qeyd edib ki, Albaniya bir çox dinlərin nümayəndələrinin yaşadığı ölkədir və indiyədək Avropa İttifaqı ilə danışıqlarda onun müsəlman ölkəsi olması ilə əlaqədar eyhama da rast gəlinməyib.

“Biz Avropa İttifaqı ilə bu təşkilata qoşulmaq məqsədilə uğurlu danışıqlar aparırıq, bütün problemləri danışıqlar masası arxasında həll edirik və heç vaxt bu görüşlərin gedişində Aİ tərəfindən din məsələsi qaldırılmayıb. Avropa özü tolerantlıq və multikulturalizm ideyalarını təbliğ edir. Düşünmürəm ki, bu söz-söhbət həqiqəti əks etdirsin”, - alban lider vurğulayıb.

Novruz Məmmədovun hesabatı başladı
















Baş nazir Novruz Məmmədov Milli Məclisdə hesabat verir.
Bu gün Milli Məcliisn növbəti plenar iclası keçirilir.

İclasın gündəliyinə bir məsələ - Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı barədə məsələ gündəliyə salınıb.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, hesabat günü Novruz müəllimin ad günüə təsadüf etdiyindən parlament adından onun ad gününü təbrik edək.
Zakir Həsənov ordu komandirlərini topladı
















Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər.
Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov keçirilən təlimin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə çatdırıb.