Son xəbərlər

Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın istər xarici, istərsə də daxili siyasətində misilsiz uğurlara imza atıb.

Bu sözləri Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat ölkə başçısının rəhbərliyi altında Azərbaycanın ötən 15 il ərzində böyük uğurlar əldə etdiyini qeyd edib:

“Azərbaycan bir dövlət olaraq keyfiyyət etibarilə tamamilə dəyişib. Ölkədə həyata keçirilən son inqilabi islahatlar, sosial sahədə verilən qərar və sərəncamlar beynəlxalq və dünya səviyyəsində ən yüksək dəyərləri ehtiva edir. Xüsusən də ölkədə əhalinin ən həssas qrupunun elə təbəqəsi yoxdur ki, imzalanmış son fərmanlar onları əhatə etməsin. Şəhid ailələri, müharibə əlilləri, veteranları və aztəminatlı sosial ailələrə göstərilən diqqət və qayğı bunun ən bariz nümunəsidir. Minimum pensiya, əmək haqları, tələbələrin təqaüdlərinin və sosial müavinətlərin artırılması sosial paketin mühüm tərkib hissəsidir”.

Millət vəkili fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanın xüsusi əhəmiyyət daşıdığını deyib:

“Ölkə başçısı 2015-ci il devalvasiyasından sonra çıxışında sadə vətəndaşları problemli kreditlərlə üzbəüz qoymayacağını bildirmişdi. Düzdür, yoxsulluq minimuma endirilib, ancaq problemli kreditlərlə üzləşən vətəndaşların sıxıntıları qalırdı. Artıq neçə müddət idi ki, xüsusi komissiya və ekspert qrupu ölkədə problemli kreditləri araşdırırdı. Bu problemin həlli ilk olaraq Naxçıvandan başladı və dövlət problemli kreditləri olan bacı-qardaşlarımızın borcunu qarşıladı. Nəhayət, fevralın 28-də ölkə başçısının fiziki şəxslərin problemli kreditlərinin həllinə dair güzəşt qərarı ilə 1 milyona qədər vətəndaşın borcunun manatla artmış hissəsi kompensasiya ediləcək. Bu ölkə rəhbərinin apardığı sosial siyasətin əsas xarakterindən və mahiyyətindən xəbər verir”.


Aleksandr Poteyev - bu isim kəşfiyyat dairələrində çox populyardır.

ABŞ-ın Rusiyadakı casusu hələ 2016-cı ilin yayında rusları tərəfindən ölü elan edilibmiş. Lakin sonrdan onun sağ olduğu bəlli olub.

“2016-cı ilin oktyabırn 9-da 64 yaşlı casus “Walmart” alış- veriş zəncirinin Floridadakı mağazalarında birinə daxil olaraq burada balıqçılıq üzrə lisenziya əldə edib”, - “BuzzFeed” saytı yazır.

Məqalədə yazıldığına görə, balıq ovlamaq hüququnu əldə etməkdən ötrü Aleksandr Poteyev özünün əsl adını, doğum tarixini, telefon nömrəsini, elektron poçt ünvanını dəqiqliklə verib. “Maraqlıdır, axı bu adam uzun müddətdir ki, Rusiya killerlərindən gizlənirdi”, - yazıda qeyd olunub.

Məqalədə Moskvanın 2010-cu ildə Aleksandr Poteyevi satqın elan etdiyi vurğulanır. Həmin vaxta qədər o, Rusiyanın ABŞ-da fəaliyyət göstərən qeyri-leqal agent şəbəkəsini satıbımış. Bunların arasında cazibədar Anna Çapman da olub.

Картинки по запросу александр потеев

Hadisədən bri neçə il sonra ABŞ mətbuatı şübhəli şəxslərin və ehtimal olunan killerlərin Poteyevin yaşadığı güman edilən evinin ətrafında göründüyünü xəbər edib. 2016-cı ilin yayında isə Rusiya dövlət televiziyası Poteyevin öldüyünü yayıb.

Məqalə müəlliflərinin fikrincə, Kreml bununla yalançı piar apararaq eyni hərəkəti törətmək istəyən başqa kəşfiyyatçılara xəbərdarlıq etməyi planlayıb. BBC-nin xəbərində isə, rusların qəsdən belə bir dezinformasiya yayaraq , “ölən” Poteyevi vətəndəki yaxınları əlaqə saxlamağa vadar etmək istədiyi bildirilir.

Poteyev ölümü haqqında elan verildiyindən cəmi 3 ay sonra peyda olub. Elə həmin vaxt o, seçkilərdə adını respublikaçı seçici kimi qeydiyyata saldırıb. Üstəlik, 2016-cı il prezident seçkilərində səs verib.

Musavat.com oxuculara məlumat üçün bildirir ki, Aleksandr Nikolayeviç Poteyev 1952-ci ildə Brest şəhərində (Belarus) Sovet İttifaqı Qəhrəmanı Nikolay Pavloviç Poteyevin ailəsində dünyaya gəlib. 

Картинки по запросу александр потеев

Orduda xidmət etdikdən sonra DTK-nın Minsk məktəbinə daxil olub. 1978-ci ildə isə DTK mərkəzi aparatında işləmək üçün ailəsi ilə birlikdə Moskvaya köçüb.

Poteyev 1979-cu ildən başlayaraq Əfqanıstanda döyüş yolu keçib. Öncə o, “Zenit” xüsusi təyinatlı dəstəsində, 1981-ci ildə isə Kabildəki “Kaskad-2” birlyində vuruşub. Göstərdiyi şücayətlərə o, hətta “Qızıl ulduz” medalına layiq görülüb.

Картинки по запросу александр потеев

DTK Ali Məktəbini bitirdikdən sonra DTK-nın 1-ci Baş İdarəsində (xarici kəşfiyyat), SSRİ dağıldıqdan sonra Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışıb.

Poteyev 1995-ci ildə Rusiyanın ABŞ-dakı səfirliyinə, həmçinin BMT-dəki daimi nümayəndəliyinə ezamiyyətə göndərilib.

2000-ci ildə o, Xarici Kəşfiyyat Xidmətinin “S” idarəsinin (qeyri-leqal kəşfiyyat) rəis müavini, daha sonra 4-cü (ABŞ) şöbəsində rəis vəzifəsinə təyin olunub.

Картинки по запросу александр потеев

Poteyevin həyatında qırılma anının 2003-cü ilin yanvarın 25-də olduğu deyilir. Həmin gün 3 naməlum şəxs onun evinə girərək, oğlunu döyüb, üstəlik, evlərindəki pulları aparıblar. Rusiya mediasının yazdığına görə, bu hadisə bu dərəcədə mühüm vəzifə tutan bir adamın öz idarəsi tərəfindən lazımınca qorunmadığını ona göstərilməsi üçün törədilib.

2010-cu ildə isə Poteyev amerikalılaırn köməyi ilə “Dudoçkin” soyadı ilə düzəltdirdiyi saxta pasportla Rusiyadan qaçmağa müvəffəq olub.

Bu gün Ermənistanın müdafiə naziri David Tonoyan və silahlı qüvvələrin Baş qərargah rəisi Artak Davtyan Azərbaycanın işğal altındakı ərazilərinə gələrək atəşkəsin qorunmasına dair təlimat veriblər.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib.

Onun Facebook-da bildirdiyinə görə müdafiə naziri Tonoyan Qarabağdakı rejimin hərbi rəhbərliyini təmas xəttində atəşkəsə əməl etməyə çağırıb. Tonoyan qondarma “dqr müdafiə naziri” Levon Mnatsakanyanla və işğalçı qüvvələrin komandir heyəti ilə görüşüb. Münaqişə barədə danışan nazir deyib ki, Ermənistanın siyasi rəhbərliyi məsələnin danışıqlar yolu ilə dinc həllinə üstünlük verir. Bu səbəbdən Qarabağ hərbçiləri Ermənistanın baş nazirinin bu günlərdə Azərbaycan prezidenti ilə əldə etdiyi razılaşmaya uyğun olaraq atəşkəs rejimini qoruyub saxlamalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında ilk qeyri-formal təmas ötən həftə Düşənbdə keçirilən MDB sammiti zamanı baş tutub. Paşinyan açıqlayıb ki, Azərbaycan prezidenti ilə təmas xəttində atəşkəsin qorunması və gərginliyin azaldılması, habelə iki ölkə rəhbərliyi arasında birbaşa rabitə kanalının yaradılması barədə razılaşma əldə edib.

Şamaxıdakı dəhşətli qətlə görə həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Natiq Binyətovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin bacısı Narıngül Binyətova şahid qismində ifadə verib.

Narıngül Binyətova söyləyib ki, ayağında problem olduğu üçün çox gəzə bilmir. Hadisə baş verən gün də evdə olub və yataqda uzanıb.

"Mən həyətdə səs-küyü eşitdim. Amma mübahisə edənlərin kim olduğunu bilmirdim. Anam və atam da yanımda idi. Sonra həyətdən silah səsləri eşitdim. Anam və atam da çölə çıxdı. Sonra polis əməkdaşları gəldi"- deyə şahid bildirib.

Mərhumun hüquqi varisi, həyat yoldaşı Tünzalə isə şahidin yalan danışdığını deyib.

O bildirib ki, şahid yalandan özünü xəstəliyə vurub: "Mən başa düşə bilmirəm ki, bu nə deməkdir. Natiqin bir qardaşı gəlir ki, xəstədir. İndi də bacısı gəlir ki, bəli, ağrıyır, xəstədir. Necə olur ki, Narıngül toyda oynayır, evdə həyətdə göyərti yığır, amma bura gələndə xəstədir".

Tünzalə işin ədalətli araşdırılmasını tələb edib.

Daha sonra məhkəmədə mərhumun qardaşı oğlu Tural Hacıyev şahid qismində dindirilib.

Hadisənin birbaşa şahidi olmadığını deyən Tural Hacıyev söyləyib ki, əmisi qızı ona zəng edərək hadisə barədə məlumat verib.

"Biz qohumlarına hadisə yerinə getdik. Amma polislər orada olanları aparmışdı"- deyən şahiddən hadisəni kimin törətdiyi soruşulub.

Şahid deyib ki, məhəllədə olan uşaqlar hadisənin gah Natiq, gah da böyük qardaşı tərəfindən törədildiyini söyləyiblər.

Məhkəməyə digər şahidlər gəlmədiyindən onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Növbəti məhkəmə iclası oktyabrın 12-də keçiriləcək.

Natiq Binyətov ona qarşı elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, günah ölən şəxsdə olub. Binyətov mərhumu xüsusi amansızlıqla öldürmədiyini deyib

Sərbəst ifadə verən Binyətov söyləyib ki, qətlə yetirdiyi şəxs də onların yaşadığı kəndə gələrək heyvandarlıqla məşğul olub. O bildirib ki, qətli törətməsinə səbəb mərhumun içkili olması və söyüş döyməsi olub.

Anket məlumatlarında yazılır ki, 22 yaşlı Natiq subaydır, ilk dəfədir cinayət əməli törədib. O, orta məktəbi 4-cü sinifə qədər oxuduğunu, yaşadığı rayonda təsərrüfatla məşğul olduğunu, çobanlıq etdiyini söyləyib.

Hadisə rayonun Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirinbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. 

İlkin məlumata görə qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini parçalayaraü öldürüb.

Bunu görən Natiq Binyətov da Zaur Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.

Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və Natiq Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Zaura 7 dəfə atəş açıb. Zaur Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Natiq Binyətov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Bir evi ayrı-ayrı şəxslərə satan vəzifəli şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Həsənov Azad Samid oğlunun və 1980-ci il təvəllüdlü Vəliyev Elnur Elbrus oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmişlər çıxış edib.

Zərərçəkmiş İrina Aleqova ifadəsində bildirib ki, həmin binadan 68 min manata ev alıb. Amma sonra öyrənib ki, həmin mənzilin daha iki sahibi də var. 

İşin maraqlı tərəfi isə budur ki, İ.Aleqova evi alarkən mənzilin əvvəlki iki sahibi arasında məhkəmə çəkişməsi gedirmiş. Həmin vaxt da ev məhkəmə qərarı ilə həbsdə imiş. Evin üzərində həbs qərarı ola-ola üçüncü şəxsə satıblar. İndi İ.Aleqovanın yaşadığı həmin evdən çıxarılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarı var. O, bu qərardan kassasiya şikayəti verib.

Zərərçəkmiş Nazilə Vahabova isə ifadəsində bildirib ki, evi 67500 manata Nizami Hüseynov adlı şəxsdən alıb: "Mən evi alanda bu həbs edilən şəxsləri görməmişəm və tanımıram. Sənədləşdirmə işlərini oğlum həll edib".

Başqa bir zərərçəkmiş isə Rauf Dadaşzadədir. Onun digərlərindən fərqli olaraq bəxti heç gətirməyib. Digər zərərçəkmişlərdən bəziləri ən azından evlərinə köçüb, bir neçə il yaşaya biliblər.

Amma Rauf Dadaşzadə heç evini təmirə belə, başlaya bilməyib: "Evi aldım. Bir neçə ay təmir edə bilmədim. Sonra öyrəndim ki, ev başqa şəxs də satılıb və bu iş üzrə məhkəmə gedir. Mən də gedib polisə şikayət elədim. Polisdən dedilər ki, mülki işdir və məhkəməyə müraciət etməliyəm. Məhkəmə qərar çıxardı ki, ev mənimdir. İndi də açarlar məndədir. Bir müddət sonra da evin 4-cü alıcısı çıxdı. Evi təmir etmək istəyirdim. Amma 4-cü alıcı da məhkəməyə müraciət etdi. Məhkəmə də evə müvəqqəti olaraq həbs qoydu. İndi heç nə edə bilmirəm".

İş üzrə zərərçəkimiş şəxslərdən Hicran Abbasova isə ifadəsində göstərib ki, aldıqları evi təmir etmək istəsələr də bir müddət gözləməli olublar.

Hər iki təqsirləndirilən şəxs "Etalon İnşaat" MTK-ya rəhbərlik ediblər. Onların əməlləri barədə Baş Prokurorluq da məlumat yaymışdı. Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilmişdi. Həmin məlumatda bildirilirdi ki, ilkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Bildirək ki, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib. Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıbmış. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. Bu proseslər 2012-2013-cü illərdə başlayıb. Artıq 4 ilə yaxındır ki, məhkəmə çəkişmələri davam edir. 

Məhkəmənin hökmü ilə Azad Həsənov 8 il, Elnur Vəliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiya hərbçiləri ötən həftə sərhəddə 21 kəşfiyyatçı-təyyarə qeydə alıblar.

Trend-in məlumatına görə, sərhəd pozuntusunun qarşısını almaq üçün Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin növbətçi qırıcıları 5 dəfə havaya qalxıblar.

İyun ayında da Rusiyanın hava məkanında 20 xarici təyyarənin kəşfiyyat apardığı qeydə alınıb.

May ayında isə ABŞ Hərbi Hava Qüvvələrinin "RQ-4B Global Hawk" pilotsuz uçuş aparatı Kalininqrad, Leninqrad və Pskov vilayətlərinin sərhədlərinə yaxın ərazilərdə 8 saatlıq uçuş həyata keçirib.

ABŞ prezidenti Donald Tramp fikir söyləmək üçün ölkə üzrə səyahət edir. Bundan başqa, bu həftə onunla bağlı vergidən yayınma ittihamı ilə araşdırmalar başlayıb. Görünür, prezident Minnesotaya uçan zaman təyyarəyə minmək üçün bir az tələsib.

Oxu.Az “Ren” TV-yə istinadla xəbər verir ki, Tramp təyyarəyə minərkən ayaqqabısına yapışan tualet kağızı jurnalistlərin diqqətindən yayınmayıb.

O, təyyarəyə daxil olarkən, tualet kağızı qapıya ilişib və prezidentin ayaqqabısından qopub.

Bir parça tualet kağızı Trampın internetdə gülüş hədəfinə çevrilməsinə səbəb olub. “Twitter”də bu videoya qısa zamanda 1,8 milyondan çox istifadəçi baxıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, sentyabrın 24-dən 30-dək olan müddətdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə Biləsuvar, Neftçala, İmişli rayonlarının ərazisində keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 4 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 3100 manat cərimə tətbiq edilib.

Tədbirlər zamanı 1 ədəd ov tüfəngi də aşkar edilərək aidiyyatı üzrə Neftçala Rayon Polis Şöbəsinə təhvil verilib. 
Bu istiqamətdə tədbirlər davam etdirilir.