Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb.
Sentyabrın 27-si səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT iclasında işlətdiyi: “Dünya “5”dən böyükdür” ifadəsi dünya üzrə tvitter trendləri sırasındadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə 2024-cü il Avropa çempionatına təşkilatçılıq uğrunda mübarizədə qələbə şanslarını dəyərləndirib.
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı məhkəməyə verib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Özbəkistan səfəri ilə bağlı hava limanına gedərkən yol üstündə baş vermiş qəzada yaralananlara kömək etmək üçün xidməti avtomobilindən düşüb.
“Кollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibinin vəzifə səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama ilə çıxış etməsi təşkilatın mandatından kənar xarakter daşıyır.
Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıblar.
ABŞ prezidenti Donald Tramp Neft İxracatçıları Ölkələri Təşkilatını (OPEK) "inhisarçı" adlandıraraq, dərhal neftin qiymətlərini aşağı salmağa çağırıb.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi “Numbeo” internet resursunun versiyasına görə ikinci ildir ki, dünyanın ən təhlükəsiz şəhəri adını qazanıb.