Son xəbərlər

Baş Nazirdən avtobus və taksilərlə bağlı YENİ QƏRAR















Nazirlər Kabineti “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarı təsdiq edib.
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydaya əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.

Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:

1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi,

2. sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm,

3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu),

4. maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu,

5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar, 
6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu,

7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu,

8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı,

9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı,

10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə,

11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları,

12. dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq.

Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir. Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır. Avtobuslar alçaq döşəməli olmalıdır. Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir. Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır. Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır. Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır. Avtobusların salonunda konstruksiyada nəzərdə tutulmayan hər hansı əşyanın yerləşdirilməsinə yol verilmir. Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
Putin Mehriban Əliyevanı təbrik etdi















Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Məktubda deyilir: 

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.
Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".
Prezident: “Mənə verilən məktubların hər birinə baxılacaq” – VİDEO














Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub.

Ağsuya səfəri zamanı Prezident rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.

Ölkə başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, Prezident sakinləri narahat edən məsələləri dinləyib.

Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

” Prezidentin Ağsu sakinləri ilə görüşünün videosunu təqdim edirik:

<iframe src='https://bax.tv/player/56507.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>http://cdn.minval.info/2019/03/1551950744_grr.jpg
Müsavat Partiyası Gənclər Təşkilatının sədri azadlığa buraxıldı – YENİLƏNİB















Məhkəmədə əvvəlcə dövlət ittihamçısı çıxış edib. Prokuror deyib ki, Ə.Sadıqlı, onun əmisi oğlu Asif Sadıqlı və “Nikoil” bankın əməkdaşı olmuş Kamran Abbasova qarşı CM-nin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırııması və ya saxta sənədlərdən istifadə) maddələrilə irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib.

Çıxışının davamında prokuror bildirib ki, CM-in 320-ci maddəsilə cəlbetmə müddəti yanvarın 13-də başa çatıb: “Əbülfəz Sadıqlı və Asif Sadıqlı bu ittiham üzrə özlərini təqsirli bilmir. Qanunun tələbi belədir ki, şəxs özünü təqsirli bilmirsə və bəraətverici əsas yoxdursa, onun razılığı olmadan işinə xitam verilə bilməz. Ona görə də hesab edirik ki, Əbülfəz Sadıqlı və Asif Sadıqlı Cinayət Məcəlləsinin 320-ci maddəsilə təqsirli bilinməli, amma müddət keçdiyinə görə ona cəza təyin olunmamalıdır. Kamran Abbasov isə bu ittiham üzrə təqsirini etiraf edir. Ona görə də Kamran Abbasova münasibətdə bu ittihama xitam verilməlidir”.

Prokuror CM-in 178-ci maddəsilə Ə.Sadıqbəyli və A.Sadıqlının hər birinə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini istəyib: “Əbülfəz Sadıqlının 3 ay 15 gündür ki, həbsdədir. Həbsin hər günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulsun. 7 ay çıxılmaqla Əbülfəz Sadıqlının üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlansın. O, məhkəmə zalından azadlığa buraxılsın, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilsin”.

Digər təqsirləndirilən Kamran Abbasova gəlincə, prokuror ona qarşı CM-nin 178-ci maddəsilə irəli sürülmüş dələduzluq ittihamına da xitam verilməsini istəyib. O, bildirib ki, K.Abbasov iş üzrə zərərçəkən tərəflə – “Nikoil” bankla barışıb, mülki iddiada göstərilən 10 min 892 manatı ödəyib. Üstəlik, bu məbləğin bir mislini də dövlət büdcəsinə ödəyib. Bu da onun cinayət məsuliyyətindən azad olunmasına əsas ola bilər.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli azadlığa buraxılıb. Onun barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib.

*****
13.41

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, növbəti proses Qaradağ Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilib.

İttihama görə, Əbülfəz Sadıqbəyli avtomobil kreditinə görə “Nikoil” banka olan borcunun (5 min 100 manat) ödənilməsi barədə saxta arayış hazırlatdırıb, onu Dövlət Yol Polisinə təqdim etməklə, maşını öz adına keçirib satmaqda ittiham olunur.

İddia olunur ki, Ə.Sadıqbəyli bu məsələdə əmisi oğlu Asif Abbasov və bankın “Qaradağ” filialının əməkdaşı Kamran Abbasovla əlbir olub. Onların ikisi də cinayət məsuliyyətinə cəlb edilib. Lakin barələrində həbs-qətimkan tədbiri seçilməyib.

Bu gün baş tutan məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı Əbülfəz Qasımbəyli barəsində azadlığa buraxılma qərarının verilməsini istəyib.

Xatırladaq ki, bank tərəfindən şikayət və tələbin olmaması barədə məhkəməyə ərizə təqdim edilib.

Çünki təqsirləndirilən şəxslərdən K.Abbasov bankın mülki iddiada tələb etdiyi 11 min manatı bir gün öncə ödəyib, bunu təsdiqləyən qəbz də var.

Xatırladaq ki, 2018-ci ilin noyabrından həbsdə olan Ə.Sadıqbəyli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.
Prezident DTX ilə bağlı fərman verdi














Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7, maddə 1492) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.