Son xəbərlər

 

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində həm məlumatsızdır, həm də çox təcrübəsizdir.

 

O, problemin həllindən qaçmağa, diqqəti bacardığı qədər digər məsələlərə yönəltməyə çalışır. Amma görünən ondan ibarətdir ki, bu, birbaşa Paşinyanın hakimiyyətdə qalması məsələsinə ciddi təsir edən faktordur və bundan qaçmaq qeyri-mümkündür.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi, bu prosesə separatçı “DQR” rejimi rəhbərliyinin, Dağlıq Qarabağın erməni icmasının cəlb edilməsi təklifinə və bunun Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən rədd edilməsinə, bu təklifin baş tutmasının qeyri-mümkünlüyü məsələsinə münasibətini bildirərkən deyib. 

“Əgər Paşinyan bildirsəydi ki, işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarır və Azərbaycan mərkəzi hakimiyyəti erməni icması ilə danışıqlara gedir, Azərbaycan buna razı olardı və dünyanın hər bir yerində regional məsələlər, konfliktlər məhz bu cür həll olunur”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan üçün bu gün vacib olan məsələ torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir. 

“Ayrı-ayrı bölgələrin icmaları ilə problemin həll edilməsi bizim üçün çətin məsələ deyil. Azərbaycan bu gün Ermənistandan ilk növbədə ərazi bütövlüyümüzə hörmətlə yanaşılmasını tələb edir və cənab prezidentin cavabı bir daha bu prinsipial mövqeyin səsləndirilməsidir.

Bu baxımdan, danışıqlar prosesinin formatının dəyişdirilməsi indiki halda heç cür mümkün deyil. Paşinyan bir şeyi dərk etmir ki, onun bundan sonra torpaqları işğalda saxlamaq üçün gücü, imkanı yoxdur. Nə iqtisadi, nə hərbi gücü var, nə də diplomatik cəbhədə dəstəklənir.  

Bu gün Ermənistan cəmiyyətinin özündə işğala son qoyulması ilə bağlı cəsarətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, Paşinyanın son bəyanatları onun özünün siyasi nüfuzuna və hakimiyyətinin uzunömürlülüyünə ciddi təsir edəcək. 

Azərbaycan isə problemi istənilən yolla həll edəcək. Azərbaycan bu problemi həll etmək üçün bütün imkanlara malikdir və onlardan imtina etmək fikrində deyil”, - deyə politoloq əlavə edib.

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell