Son xəbərlər

 

“Кollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibinin vəzifə səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama ilə çıxış etməsi təşkilatın mandatından kənar xarakter daşıyır.

Ermənistan vətəndaşlığını daşıyan baş katibin açıqlaması subyektiv və qərəzlidir və Ermənistan istisna olmaqla, üzv dövlətlərin münaqişə ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir. Təşkilatın baş katibi Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədi boyunca Azərbaycan ərazilərinin, o cümlədən mülki insanlar və obyektlərin müxtəlif silahlardan davamlı olaraq atəşə tutulması faktının üzərindən sükutla keçir. Hərbi ritorikadan danışan baş katibə Ermənistan baş nazirinin vəziyyətin gərginləşməsinə və danışıqlar prosesinin pozulmasına xidmət edən cəfəng və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirik”.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilir.

Qeyd olunub ki, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin yaranmasının səbəbi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur: “Baş katibə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, “iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər.

Üzv dövlət olan Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və işğalçılıq siyasəti KTMT-nin əsasını təşkil edən hüquqi sənədlərlə belə ziddiyyət təşkil edir.

KTMT-nin Baş katibi həqiqətən gərginliyin aradan qaldırılmasında maraqlıdırsa, onda üzv dövlət olan Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməsi faydalı olardı”.

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell