Son xəbərlər

 
“Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur”

“Biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq.

Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı deyib: “Bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq”.

 

 

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell