Bibiheybət yolu bu tarixdə açılacaq – RƏSMİ AÇIQLAMA
 “Növbəti həftə ərzində Bibiheybət yolu istifadəyə veriləcək”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli modern.az-ın sorğusuna cavab olaraq bildirib.

AAYDA rəsmisinin sözlərinə görə, artıq ərazidə istinad divarlarının tikintisi başa çatdırılıb:

“Sabahdan etibarən yolda dolğu işlərinə başlanılır və ardınca asfaltlanma həyta keçirləcək”.

A.Nəcəflinin deyib ki, 10 gün müddətinə ərazidə işlər tam yekunlaşacaq və yol növbəti həftə istifadəyə veriləcək.

Xatırladaq ki, ötən il ərazidə qeydə alınmış sürüşmə səbəbilə yol tamamilə bağlanıb. İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılıb, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa edilib.



Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi
“Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”.

Bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək:

“Amma dövlət insanlara xidmət göstərən turizm obyektlərində qiymətlərin formalaşmasına müdaxilə etmir. Biz tövsiyə vermişik ki, qiymətlər baha olmasın. Hazırda koronavirusla bağlı dünyada böhran var. Təbii ki, əhalinin gəlirləri azalıb. Bunu nəzərə alaraq, tələbat yüksək olacaq. Amma tələbatın arxasında büdcə də durmalıdır”.

“Bu təklif-tələb məsələlərini bazar iqtisadiyyatı özü tənzimləyəcək ki, hər kəs öz büdcəsinə uyğun olaraq səyahətini təmin edə bilsin.

Bir çox hotellər endirim kampaniyalarına başlayıb, təkliflərini təqdim edirlər”, - deyə o qeyd edib. oxu.az

Güzəştli mənzillərin qiyməti açıqlandı
Xəbər verildiyi kimi Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib.

Burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq.

Belə ki, Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır.

Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək və qiymətlər 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır.

Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadrametr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Qeyd edək ki, bu mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Bütün bunları nəzərə alanda Hövsandakı kompleksdə mənzillərin hər kvadratmetri alıcılara 850 manata başa gələcək. Bu – Yasamaldakı qiymətdən 100 manat aşağıdır (orada 1 kvadratın qiyməti 950 manat olmuşdu).

Mənzilləri öz vəsaiti ilə (yəni kreditsiz) almaq istəyənlərə, 10% güzəşt ediləcək. Bunu nəzərə aldıqda belə vətəndaşlar üçün mənzillərin kvadratmetri 765 manata başa gələcək.

Digər tərəfdən, elanda da qeyd edildiyi kimi, yuxarıdakı qiymətlər mənzillərin sahəsinin daxili perimetrlə ölçülən hissəsinə aiddir.

Xarici perimetrlə, yəni divarları da nəzərə almaqla ölçüldükdə mənziləriqn sahəsi 1 otaqlılarda 48-50 kvadratmetr, 2 otaqlılarda 61,5-78,6 kvadratmetr, 3 otaqlılarda isə 84,4-88,2 kvadratmetr arasında dəyişir.

Qeyd edək ki, Bakıda tikinti şirkətlərinin əksəriyyəti mənzillərin satışı zamanı sahəni məhz belə hesablayır.

Güzəştli mənzillərin satış qiyməti belə – yəni xarici perimetrlə hesablananda isə qiymətlər daha aşağı olur. Belə ki, 1 otaqlıların qiyməti 669 manatdan, 2 otaqlıların qiyməti 690 manatdan, 3 otaqlıların qiyməti 609 manatdan başlayır.

Mənzilləri öz vəsaiti ilə alanda (yəni 10% endirimi nəzərə alanda) isə xarici perimetri hesablayanda bir kvadratın qiyməti 1 otaqlılarda 602 manata, 2 otaqlılarda 621 manatdan, 3 otaqlılarda isə 548 manatdan başlayır.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,41 ABŞ dolları, yaxud 9,7% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 38,54 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.      /Teleqraf.com/

Bu yollarda təmir və rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfiüi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

AAYDA-dan verilən məlumata görə, sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bu il Azərbaycanda avtobuslar istehsal ediləcək
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsal edəcək zavodun inşası bitmək üzrədir.

Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, zavodda avadanlıqların quraşdırılması gözlənilirdi:

“Lakin bütün dünyada yayılmış koronavirus pandemiyasına görə avadanlıqların quraşdırılması təxirə salındı. İyunda avadanlıqların quraşdırılması ilə bağlı tarixlər dəqiqləşdiriləcək. Bu ilin sonuna qədər isə zavodda avtobusların ilk buraxılışı gözlənilir”.

Xatırladaq ki, 2019-cu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş Sənaye" MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu layihədə 25%-i “Azərmaş”a, 75%-i isə “Kartal Az”a məxsusdur.

Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək.

Bazarlarda müştəri də artıb, qiymət də

Karantin rejiminin ən sərt tətbiq olunduğu günlərdə belə bazarlara, qida sektoruna heç bir məhdudiyyət qoyulmadı. Amma karantin rejimi dövründə evdə qalmaq və əvvəlcə iki, daha sonra üç saatlıq icazə ilə çölə çıxmaq imkanı bazarlarda da alıcıların sayının azalmasına səbəb oldu.

Artıq mənzərə dəyişir, bazalarda aktivlik müşahidə olunur.

Satıcıların sözlərinə görə, restoranların fəaliyyətə başlaması alıcılıq qabiliyyətinin artmasın səbəb olub.  /Pravda/

“20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdıAparılan yenidənqurma işləri çərçivəsində Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan “20 Yanvar” metro stansiyasının çıxışının istiqaməti dəyişdirilərək, yolun hərəkət hissəsi 10 metrə qədər genişləndirilib.

Nəticədə, əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən nəqliyyat vasitələrinin daim sağa hərəkəti təmin edilib. Bundan başqa, “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək oval formaya salınıb.

Yenidənqurma işlərində əsas məqsəd “20 Yanvar” dairəsi ətrafında sıxlığın aradan qaldırılmasına nail olmaqdır.

Ətrafli süjeti təqdim edirik:

İri ticarət mərkəzləri nə vaxt fəaliyyətə başlayır?
Xəbər verdiyimiz kimi bu gündən etibarən 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına, kafe və restoranların fəaliyyətinə icazə verilib. Gələn həftə növbəti yumşalma olsa, iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar Operativ Qərargahda pandemiyanın gündəlik dinamikası təhlil olunaraq qərarlar qəbul edilir: "Bu gündən yeni yumşalmaların icrasına başlanıb. Hər bir yumşalma insanların gündəlik həyatına bir daha sərbəstlik gətirir. Amma bu yumşalmalar o demək deyil ki, pandemiya bitib, karantin rejimi qurtarıb. Bu heç də elə deyil. Dünənin statistikası da heç də ürək açan olmayıb. Hər gün yoluxmalarda artımların olduğunu müşahidə edirik. Ona görə də hələlik insanların daha çox bir yerdə cəmləşdiyi ictimai yerlərin fəalaiyyətlərində məhdudiyyətlər davam etdirilir. Ancaq iri ticarət mərkəzlərin fəaliyyətlərinin bərpasına gəldikdə isə növbəti yumşalma tədbirlərində bu öz əksini tapa bilər. Ancaq bir şeyi yaddan çıxartmalı deyilik ki, tibbi maskanın taxılması, şəxsi qigiyena qaydalarına riayət edilməsi və sosial məsafənin gözlənilməsi karantinin sonuna qədər hamı tərəfindən icra olunmalıdır. Hətta iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunsa da, belə yerlərə tibbi maskasız giriş ümumiyyətlə qadağan olunmalıdır, kimlər riayət etməsə, onlara qarşı ciddi inzibati tədbirlər görülməlidir. Hər birimiz üçün insanların sağlamlığı birinci yerdə dayanmalıdır".

Prezident büdcədən pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam  imzalayıb. 

Sərəncamda deyilir:

1. Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.