Son xəbərlər

Azərbaycanda 4 nəfərin öldüyü dəhşətli qəzadanŞirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az"ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Şirvanın girişində qeydə alınıb.

“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.

Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib.

Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevin də vəziyyəti ürəkaçan deyil.

Turkustan.info xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsindən gununsesi.org-a bildirilib. Xəbər görə, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb.

Məlumatda bildirilir ki, Ramin Quliyevin işlərini də məhkəmənin digər hakimləri arasında bölüşdürüblər.

Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.  /Yeniavaz.com/

Nazirin töhmət verdiyi hakim öldüBeyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev vəfat edib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə mərhumun ailəsindən APA-ya bildirilib.

N. Əliyev bu gün səhər Mərkəzi Klinik Xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir neçə il bundan əvvəl ədliyyə naziri Fikrət Məmmədov hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntularına görə Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət vermişdi.

Qoç – sevdiyiniz insanı sevindirməyə çalışın. Yaxınlarınızın qayğısına qalın, çətin vəziyyətə düşmüş dostunuza yardım edin. Bu gün maraqlarınızın bir qismini başqasına qurban verin. Lakin başqalarının problemləri ilə ifrat dərəcədə məşğul olaraq öz mənafeyinizi unutmayın.

Buğa – evdə sıradan çıxmış nə isə olarsa, əvvəlcə öz bacarığınızı sınayın – dərhal usta çağırmağa tələsməyin. Ailə üzvlərinizlə gərəksiz mübahisə etməyin. Başqalarının fikirlərinə hörmətlə yanaşın. Günorta saatlarında sizi maraqlandıra biləcək təklif ala bilərsiniz. Axşam saatlarında isə istirahət edin.

Əkizlər – bu gün istedad, bacarıq və biliklərinizi tətbiq edə biləcəksiniz. Ambisioz planlarınızı reallaşdıra biləcək, cəsur istəklərinizin həyata keçməsinə yardım edəcək insanlar sizi görəcəklər. Maraqlı tanışlıqlar istisna deyil.

Xərçəng – romantik münasibətinizdə normal inkişaf müşahidə olunacaq. Sevdiyiniz insanla səmimi olun. Axşam saatlarını özünüzə həsr edin.
Qonaq getməkdən çəkinin.

Şir – bu gün şəxsi həyatınızda mühüm və xoşagələn dəyişikliklərlə bağlıdır. Baş verənlərin hamısı istədiyiniz məcrada olmasa da, yaşananlarda heç olmasa kiçik uğurları aşkarlamağı bacarın. Qonaq qəbul etmək, dostlarla görüşmək üçün əlverişli gündür. Mühüm məsələləri evdə həll etmək daha münasibdir.

Qız – bilik, bacarıq və təcrübəniz bu gün sizin dadınıza çata bilər.  Evdə və ya işdə – problemlər hər yerdə var. İdeal həyat, fasiləsiz rəvan günlər olmur və bunu artıq anlamanız gərəkdir. İstənilən problemin həll yolları mövcuddur. Sadəcə, onları aramaq və tapmaq gərəkdir.

Tərəzi – ailə üzvləri ilə bağlı yeni, mühüm xəbərlər ala bilərsiniz. Çoxdan bəri gerçəkləşdirməyə çalışdığınız planları ailə üzvlərinizin vasitəsilə reallaşdıra bilərsiniz. Amma əfsuslar olsun ki, mübahisələr və anlaşılmazlıqlar günün “bəzəyi” olacaq.  Münaqişələri tez həll etməyə çalışın. Bütün mühüm qərarları özünüz qəbul edin. Ətrafınızdakı insanların məsləhət və təklifləri çox yarıtmaz olacaq. Kimsəni dinləməyin.

Əqrəb – tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Bu adamlar enerjinizdən və imkanlarınızdan öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Dünyagörüşünüzü artırın, biliklərinizi çoxaldın. Əyləncələri təxirə salın.

Oxatan – bu gün şəxsi həyatınız üzücü, rutin və darıxdırıcı olmayacaq. Bununla belə, görməli olduğunuz işləri də unutmayın, vədlərinizə laqeyd yanaşmayın. Ailə üzvləri və dostlarınızdan biri sizi unutqanlıqda suçlaya bilər. Milçəkdən fil düzəltməyin və münaqişə yaranmamış anlaşılmazlığı aradan qaldırın.

Oğlaq –  günün ilk yarısı sakit keçəcək. Gözlənilməz hadisələrdən çəkinməyərək əvvəlcədən hazırlanmış planlara uyğun olaraq hərəkət edə bilərsiniz. Günün ortalarında sizə dəstəyini təklif edəcək nüfuzlu insanla görüş baş tuta bilər. Razılaşmazdan əvvəl hər şeyi götür-qoy edin. Çox yəqin ki, potensial himayədarın sizə təklif etdiyi şərtlər ilk baxışdan göründüyü qədər yaxşı deyil.

Dolça – bu gün enerjili, amma müdrik olun. Yaranmış şəraitin incəliklərini nəzərə almasanız, cəsarətinizin heç bir mənası olmayacaq. Situasiyanın dəyişən şərtlərini görməyə və onlara uyğunlaşmağa çalışın. Səfərdəsinizsə, vaxtınızı yerli məkanın tədqiqatına sərf etməyin.

Balıqlar – bu gün imkan yaranan kimi lider xüsusiyyətlərinizi nümayiş etdirməyə tələsməyin, diqqət mərkəzində olmağa can atmayın. Ətrafınızdakı insanların heç də hamısı sizin arzularınızın çin olmasını istəmir. Onlar üstün cəhətlərinizi dəyərləndirmir və bunu istəmirlər.

Vəzifəsindən sui-istifadə edən baş həkimin müavini işdən qovulduTərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin “qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə” tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.

Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən Tərtər rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.

Bunlardan əvvəl də Hüseynzadə barəsində tədbir görülüb.

Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olmuş təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib.

Amma Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib.
Buna görə də Mətanət Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən bu gündən-dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib. Kərimov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb.

Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib. Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub.

"Mən kasıb adamam heç bir yerdə işləmirəm himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm.

Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.

Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin.

Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb pullarını alıb", - Qaraoğlan Kərimovun sosial şəbəkələrdə yayılan müraciətində belə deyilirdi.

Oqtay Gülalıyev gözünü açdıTürkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva “Turan”a bildirib.

Onun sözlərinə görə, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.

Qeyd edək ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.

Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.

Bakıda polisin vətəndaşı döyməsi iddiasınaBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtda polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Ölkə.Az" xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddiaların əsassız olduğu bildirilib:

"Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını almaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəflərinə aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıb. Əlavə edək ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb".

Bu gün 17 dərəcə isti olacaqAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda vəzifəli şəxs həbs edilib.

APA-nın məlumatına görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirli bilinir.

A.Vəliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Vəliyev Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan rayon təşkilatının sədri, 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) üzvüdür.