Son xəbərlər

“Mehman Hüseynov döyülübsə, polisə müraciət etsin” — Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun polislər tərəfindən saxlanılaraq döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bununla bağlı danışıb.

O, bildirib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:
"Dünən gecə saat saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər.

Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır.

Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”
Ordumuz dəhşətli silahla 7 erməni terrorçusunu məhv edib — VİDEOKönüllü olaraq cəbhəyə, ordumuza qarşı vuruşmağa yollanan 7 erməni məhv edilib.
Azərbaycan Silahlı Qüvvələrinin kamikadze PUA-sı - “Harop” düşmənin arzusunu ürəyində qoyub.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən “Harop”lardan istifadə edilib. Nəticədə bir çox vacib düşmən hədəfləri dəqiqliklə vurulub.
Daha ətraflı videodan izləyin:

Yol polisi sürücüdən rüşvət istəyir - VideoSosial şəbəkələrdə yol polisinin yük maşını sürücülərindən rüşvət istəməsi ilə bağlı video yayılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, videoda YPX əməkdaşı bir neçə dəfə “maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat istəyir. Sürücü ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb.

Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq.

Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu qeyd edilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə ilə bağlı xidməti yoxlamalara başlanılıb: “Yoxlamaların nəticəsinə uyğun olaraq qərar veriləcək”.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyev də qeyd edib ki, müvafiq qurum tərəfindən videogörüntüyə baxış keçirilib: “Hazırda araşdırma aparılır, yekunda məsələyə hüquqi qiymət veriləcək”.


Bıçaqlanan polis mayorunun vəziyyəti ağır stabildirSəhiyyə Nazirliyi Tərtər rayonunda bıçaqlanan polis zabitinin hazırki durumu ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Qeyd edək ki, dekabrın 26-da saat 19 radələrində, Tərtər rayonunun Buruc kəndində 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub. E.Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Azərbaycanda 4 nəfərin öldüyü dəhşətli qəzadanŞirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az"ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Şirvanın girişində qeydə alınıb.

“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.

Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib.

Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevin də vəziyyəti ürəkaçan deyil.

Turkustan.info xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsindən gununsesi.org-a bildirilib. Xəbər görə, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb.

Məlumatda bildirilir ki, Ramin Quliyevin işlərini də məhkəmənin digər hakimləri arasında bölüşdürüblər.

Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.  /Yeniavaz.com/

Nazirin töhmət verdiyi hakim öldüBeyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev vəfat edib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə mərhumun ailəsindən APA-ya bildirilib.

N. Əliyev bu gün səhər Mərkəzi Klinik Xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir neçə il bundan əvvəl ədliyyə naziri Fikrət Məmmədov hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntularına görə Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət vermişdi.

Qoç – sevdiyiniz insanı sevindirməyə çalışın. Yaxınlarınızın qayğısına qalın, çətin vəziyyətə düşmüş dostunuza yardım edin. Bu gün maraqlarınızın bir qismini başqasına qurban verin. Lakin başqalarının problemləri ilə ifrat dərəcədə məşğul olaraq öz mənafeyinizi unutmayın.

Buğa – evdə sıradan çıxmış nə isə olarsa, əvvəlcə öz bacarığınızı sınayın – dərhal usta çağırmağa tələsməyin. Ailə üzvlərinizlə gərəksiz mübahisə etməyin. Başqalarının fikirlərinə hörmətlə yanaşın. Günorta saatlarında sizi maraqlandıra biləcək təklif ala bilərsiniz. Axşam saatlarında isə istirahət edin.

Əkizlər – bu gün istedad, bacarıq və biliklərinizi tətbiq edə biləcəksiniz. Ambisioz planlarınızı reallaşdıra biləcək, cəsur istəklərinizin həyata keçməsinə yardım edəcək insanlar sizi görəcəklər. Maraqlı tanışlıqlar istisna deyil.

Xərçəng – romantik münasibətinizdə normal inkişaf müşahidə olunacaq. Sevdiyiniz insanla səmimi olun. Axşam saatlarını özünüzə həsr edin.
Qonaq getməkdən çəkinin.

Şir – bu gün şəxsi həyatınızda mühüm və xoşagələn dəyişikliklərlə bağlıdır. Baş verənlərin hamısı istədiyiniz məcrada olmasa da, yaşananlarda heç olmasa kiçik uğurları aşkarlamağı bacarın. Qonaq qəbul etmək, dostlarla görüşmək üçün əlverişli gündür. Mühüm məsələləri evdə həll etmək daha münasibdir.

Qız – bilik, bacarıq və təcrübəniz bu gün sizin dadınıza çata bilər.  Evdə və ya işdə – problemlər hər yerdə var. İdeal həyat, fasiləsiz rəvan günlər olmur və bunu artıq anlamanız gərəkdir. İstənilən problemin həll yolları mövcuddur. Sadəcə, onları aramaq və tapmaq gərəkdir.

Tərəzi – ailə üzvləri ilə bağlı yeni, mühüm xəbərlər ala bilərsiniz. Çoxdan bəri gerçəkləşdirməyə çalışdığınız planları ailə üzvlərinizin vasitəsilə reallaşdıra bilərsiniz. Amma əfsuslar olsun ki, mübahisələr və anlaşılmazlıqlar günün “bəzəyi” olacaq.  Münaqişələri tez həll etməyə çalışın. Bütün mühüm qərarları özünüz qəbul edin. Ətrafınızdakı insanların məsləhət və təklifləri çox yarıtmaz olacaq. Kimsəni dinləməyin.

Əqrəb – tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Bu adamlar enerjinizdən və imkanlarınızdan öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Dünyagörüşünüzü artırın, biliklərinizi çoxaldın. Əyləncələri təxirə salın.

Oxatan – bu gün şəxsi həyatınız üzücü, rutin və darıxdırıcı olmayacaq. Bununla belə, görməli olduğunuz işləri də unutmayın, vədlərinizə laqeyd yanaşmayın. Ailə üzvləri və dostlarınızdan biri sizi unutqanlıqda suçlaya bilər. Milçəkdən fil düzəltməyin və münaqişə yaranmamış anlaşılmazlığı aradan qaldırın.

Oğlaq –  günün ilk yarısı sakit keçəcək. Gözlənilməz hadisələrdən çəkinməyərək əvvəlcədən hazırlanmış planlara uyğun olaraq hərəkət edə bilərsiniz. Günün ortalarında sizə dəstəyini təklif edəcək nüfuzlu insanla görüş baş tuta bilər. Razılaşmazdan əvvəl hər şeyi götür-qoy edin. Çox yəqin ki, potensial himayədarın sizə təklif etdiyi şərtlər ilk baxışdan göründüyü qədər yaxşı deyil.

Dolça – bu gün enerjili, amma müdrik olun. Yaranmış şəraitin incəliklərini nəzərə almasanız, cəsarətinizin heç bir mənası olmayacaq. Situasiyanın dəyişən şərtlərini görməyə və onlara uyğunlaşmağa çalışın. Səfərdəsinizsə, vaxtınızı yerli məkanın tədqiqatına sərf etməyin.

Balıqlar – bu gün imkan yaranan kimi lider xüsusiyyətlərinizi nümayiş etdirməyə tələsməyin, diqqət mərkəzində olmağa can atmayın. Ətrafınızdakı insanların heç də hamısı sizin arzularınızın çin olmasını istəmir. Onlar üstün cəhətlərinizi dəyərləndirmir və bunu istəmirlər.

Vəzifəsindən sui-istifadə edən baş həkimin müavini işdən qovulduTərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin “qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə” tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.

Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən Tərtər rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.

Bunlardan əvvəl də Hüseynzadə barəsində tədbir görülüb.

Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olmuş təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib.

Amma Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib.
Buna görə də Mətanət Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən bu gündən-dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib. Kərimov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb.

Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib. Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub.

"Mən kasıb adamam heç bir yerdə işləmirəm himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm.

Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.

Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin.

Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb pullarını alıb", - Qaraoğlan Kərimovun sosial şəbəkələrdə yayılan müraciətində belə deyilirdi.