Son xəbərlər

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxsin saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Nərminin atası Şərif Quliyev  məlumatı təkzib edib.

O, qeyd edib ki, hüquq mühafizə orqanları məsələni araşdırır:

“Mənə heç kim belə məlumat verməyib. Qatilin saxlanılması xəbəri yalandır”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da Modern.az-a rəsmi məlumat olacağı təqdirdə ictimailəşdriləcəyini bildiriblər.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tovuz rayonunda müəmmalı şəkildə qətlə yetirilmiş 10 yaşlı Nərmin Quliyevanın qatilinin tutulması ilə bağlı məlumatlar yayılıb.

Dondar Quşçu kəndində azyaşlı qızın qonşuluqda yaşayan İlkin adlı şəxs tərəfindən öldürülməsi bildirilir.

Məlumata görə, həmin şəxs noyabrın 21-də itkin düşmüş və yanvarın 6-da axşam saatlarında Nərminin yanmış meyitini görən ilk şəxsdir. İlkin adlı həmin şəxs Nərmingilin evindən bir qədər aralıda yaşayır və psixi çatışmazlığı olan biri kimi xərakterizə olunur. Sakit təbiətli və özünə qapanmış şəxs olan İlkin ata-anası ilə yaşayır və hadisədə əsas şahid və şübhəli kimi saxlanılıb. Belə ki, qətllə bağlı məlumatlar yayılandan sonra istintaqa cəlb edilən ilkin ifadəsi alındıqdan sonra buraxılmışdı. Lakin hüquq-mühafizə orqanlarının şübhələri yenidən onun üzərində fokuslaşıb və həmin şəxs yenidən saxlanılıb. Hazırda kənddə qatilin İlkinin olması barədə söhbətlər gəzir.

Hazırda qatilin dəqiq kim olması barədə hələlik rəsmi məlumat yoxdur. (publika.az)

10 yaşlı Nərminin qatilinin kim olduğu ilə bağlı iddialar yayılıb.
“News24.az”-a daxil olan məlumata görə, aparılan istintaq nəticəsində məlum olub ki, o, 36 yaşlı İlkin adlı şəxsdir. Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır.

Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.

Məsələ ilə bağlı rəsmi məlumat hələ ki verilməyib.

İmişli rayonunda qətl hadisəsi törədilib.
 
Turkustan.info “report”a istinadən xəbər verir ki, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində “QAZ-3110” markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub.
 
Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobilin İmişli şəhər sakini 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub.
 
İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb.
 
Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib.
 
Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb.
 
Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb.
 
Meyit hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib.
 
Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Qafqazinfo-nun əldə etdiyi məlumata istinadən xəbər verir ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış baş verib.

Turkustan.info xəbər verir ki, partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğının min kv/m-i əhatə etdiyi bildirilib.

Partlayışın təsiri yaxınlıqdakı evlərdə də hiss edilib. “Yarmarka” ticarət mərkəzinin təxliyə edildiyi vurğulanıb.

***

Partlayışın baş verdiyi zavod azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkətinə aiddir.

/Axar.az/

Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış baş verib.

Turkustan.info xəbər verir ki, partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğının min kv/m-i əhatə etdiyi bildirilib.

Partlayışın təsiri yaxınlıqdakı evlərdə də hiss edilib. “Yarmarka” ticarət mərkəzinin təxliyə edildiyi vurğulanıb.

***

Partlayışın baş verdiyi zavod azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkətinə aiddir.

 

Dövlət Komitəsi: Telekanalda yayımlanan verilişlə bağlı inzibati qaydada cinayət işinin açılması mümkündür

Bu il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə mindi. Qanun cəmiyyəti sevindirmişdi və çox ümidli idik.

Təəssüf ki, qanun qüvvəyə minsə də, telekanllarda məlum həyat hekayələrindən ibarət verilişlər öz tempi ilə davam edir. Hətta yanvarın ilk həftəsində cəmiyyəti silkələyən Nərmin cinayəti hələ də efirlərdə müzakirə olunmaqdadır. Ya telekanallar bu qanundan xəbərdar deyil, ya da onlara insan həyatları üzərində şou ssenariləri hazırlamaq ləzzət verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Elgün Səfərov AYNA-ya uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.

Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb: “Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir”.

Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub: “Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olun qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik”.

E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub: “Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada cinayət işinin açılması mümkündür. Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlayacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”.

“Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik. Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir. Təəssüf ki, baş verən cinayət çoxunda sullar doğurur. Necə olar bilər ki, ötən müddət ərzində 50 evdən 30-unda yaşayış olan balaca kənddə itən uşaqla bağlı hər hansı ipucu tapılmadı? Bu işdə məsuliyyətsizlik, səhlənkarlıq edən çox tərəflər var. Yenə də umid edirik ki, tezliklə cinayətin təfərrüatı ictimaiyyətə açıqlanacaq, qatil tapılacaq. Əlavə edim ki, hazırda qətlin açılması üçün ölkənin ən təcrübəli mütəxəsisləri cəlb olunub”, – deyə Komitə rəsmisi vurğulayıb.

Xatırladaq ki, “Xəzər” TV-də efirə gedən “Səni axtarıram” verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası “Heç olmasa, övladımın ölüsünü verin” müraciətini edib. Bu müraciətdən sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb.

 
Müəllif: Raminə Eyvazqızı  
Bakıda yanğın zamanı üç tələbə öldüBakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60 ünvanında baş verib.

Ümümi sahəsi 36 m² olan bir otaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb. 

Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.

Bu gün bəzi yerlərdə yağış yağacaqSabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 10-da Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

İtkin düşən Xəyalə ilə bağlıAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir rayonunda 17 yaşlı Xəyalə Həsənovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb:

“Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Xəyalə Həsənovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.