Son xəbərlər

Bu gün hava necə olacaq?Bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi cənub rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycan sərhədçisi şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Ölkə.Az"a verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

10 yaşlı Nərminin qatili hələ də tapılmayıbDaxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Tovuzda azyaşlı qızın qətli ilə bağlı birgə məlumat yayıb.

“Ölkə.Az” xəbər verir ki, birgə məlumatda qeyd edilib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərilir:

“Bildiririk ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin “102 - Xidməti”nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat verib, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Polisdə dərhal lazımi araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınıb, yaşadığı evə baxış keçirilib, zəruri əməliyyat tapşırıqları verilib və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.

Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunublar.

Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.

Təxirəsalınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilib, çoxsaylı şahidlər dindirilib, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilib.

Cinayətin qısa müddətdə açılması və onu törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir”.

Özüm qızımı göndərdim ki, ...Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

"Ölkə.Az" xəbər verir ki, hadiəsinin təfərrüatı barədə “modern.az” əməkdaşları Nərminin atası Şərif Quliyevlə həmsöhbət olub.

Hazırda hadisə yerində olduğunu deyən Şərif Quliyev baş verənlərə hələ də inanmadığını bildirib:

“Hazırda hadisə yerindəyik. Bakıdan ekspert qrupunun gəlişini gözləyirik. Bütün polis əməkdaşları, rəis, İcra Hakimiyyətinin nümayəndələri, kənd camaatı hadisə yerindədir. Heç meyiti yerindən tərpətməmişik.

Baxdıq, üstündəki paltarları yanıb. Nə baş verdiyini daha detallı araşdırmadan sonra öyrənəcəyik”.

Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur:

“Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq. Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı.

Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb.

Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Yanvarın 10-da ilin ilk Ay tutulması olacaqYanvarın 10-dan 11-nə keçən gecə 2020-ci ilin ilk Ay tutulması baş verəcək.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Ölkə.Az"a verilən məlumata görə, bu, yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Baş Prokurorluq Nərminlə bağlı məlumat yaydı

Ötən ilin noyabrında itkin düşən və dünən meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Neftçalanın “Robinzon Kruzo”su vəfat etdi

Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi verdikləri şəxs - Vitali Pronin dünyasını dəyişib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürdili adasında baş verib.

Adada tək-tənha yaşayan Vitali Pronin özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.

Qeyd edək ki, Kürdili ötən əsrin 80-ci illərinə kimi rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səviyyəsi qalxdığından kəndin bir hissəsi su altında qalıb. Bununla da Kürdili adaya çevrilib. Bundan sonra adada yalnız Proninlər ailəsi qalıb. Vitali Pronin də adanın son sakini idi.

Bakıda ər arvadını bıçaqladıBakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 

Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib.

Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Pərvinin sevgilisinin müəmmalı şəkildə ölən qardaşının ekspertiza nəticəsi bilindiAktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavidan Abdullayevin ölüm səbəbi məlum olub.

"Ölkə.Az" bildirir ki, bu ilin yanvarın 1-də istirahətə getdiyi yerdə cəsədi tapılan C.Abdullayevin əvvəldən ürəyi zəif olub.

Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C. Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan dünyasını dəyişib.

Qeyd edək ki, işemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin zədələnməsindən əmələ gələn, bir gün ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

Onu da bildirək ki, C. Abdullayevin Kiyevdə olma səbəbi Yeni ili orada keçirməklə bağlı imiş. Belə ki, o, bayram gecəsi qardaşı Murad Abdullayev, aktrisa Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və aparıcı Seyran Əliyeva ilə birgə “CHI club Kiev”də olub. Cavidan bayram gecəsi vəfat edib.

Ekspertiza rəyini “Xəbərçi.az” yayıb.

Sevgilisi ilə vidalaşıb özünü öldürdüBakıda intihar hadisəsi baş verib.

"Ölkə.Az" bakupost.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 15 yaşlı Murad adlı yeniyetmə özünə qəsd edib.

Məlumata görə, o, intihar etməzdən əvvəl sevdiyi qızla görüşüb.

Qeyd edək ki, Murad 192 saylı məktəbin 10-cu sinif şagirdi imiş.