Son xəbərlər

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub. 

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Ötən gün səhər saatlarında Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı itkin düşüb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, bununla bağlı M.Məmmədovanın valideynləri ərizə ilə müraciət ediblər.

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, 14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.

Sosial şəbəkələrdə marketlərin birində Emənistan istehsalı olan konfetlərin satılması barəsində foto paylaşılıb.

Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, “Xətai” metrosunun yaxınlığında, “Freshmart” supermarketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəlnib.

Vətəndaş bununla bağlı mağazanın rəhbərliyinə irad tutub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər.

Lakin bir gün sonra vətəndaş yenə həmin mağazaya gedib. Dediyinə görə, həmin İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodları qoyulub. Lakin diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur.

Bu gün havanın yağışlı olacağı gözlənilirBu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Şimal bölgəsinə qar yağıb

Quba və Qusar rayonlarında qar yağmağa başlayıb.

"Ölkə.Az"ın Report-a istinadən verdiyi məlumata görə, şimal zonasında bir müddətdir ki, mülayim keçən hava şəraiti dəyişib və gecə saatlarından qar yağmağa başlayıb.

Hazırda hər iki rayonun ərazisində yağıntı davam edir.

Azərbaycanda generala ağır itkiFövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevə ağır itki üz verib.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, onun qardaşı oğlu Nicat Mirzəyev gənc yaşında dünyasını dəyişib.

N.Mirzəyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum hüquq-mühafizə orqanında işləyib.

Allah rəhmət eləsin!

Nərmin yandırılıb bu hala salınıbmış — DƏHŞƏTLİ VİDEO (+18)
Tovuz rayonu, Dondar Quşçu kəndində baş vermiş dəhşətli cinayətlə bağlı daha bir görüntü yayılıb.

"Ölkə.Az"a göndərilən videoda yaşadığı evin yaxınlığında meyiti yandırılan 10 yaşlı Nərmin Quliyevanın görüntüləri yer alıb. Görüntülərin hansı şəraitdə və kim tərəfindən çəkildiyi məlum deyil. 

Qeyd edək ki, ötən ilin noyabr ayının 21-də itkin düşmüşdü. 

Xatırladaq ki, Nərmin Quliyevanın ölümüylə bağlı Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb.

Tovuz rayonu, Dondar Quşçu kəndində baş vermiş dəhşətli cinayətlə bağlı daha bir görüntü yayılıb.
"Ölkə.Az"a göndərilən videoda yaşadığı evin yaxınlığında meyiti yandırılan 10 yaşlı Nərmin Quliyevanın görüntüləri yer alıb. Görüntülərin hansı şəraitdə və kim tərəfindən çəkildiyi məlum deyil.

Qeyd edək ki, ötən ilin noyabr ayının 21-də itkin düşmüşdü.
Xatırladaq ki, Nərmin Quliyevanın ölümüylə bağlı Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb.

Nərminin saxlanıldığı yerin görüntüləri yayıldı — VİDEOXəbər verdiyimiz kimi, 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin tutularaq istintaqa cəlb edilib.
Unikal.org xəbər verir ki, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Rəsmi məlumata görə, onun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanovun evindən görüntüləri təqdim edirik:

 




Xəbər verdiyimiz kimi, 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin tutularaq istintaqa cəlb edilib.
Unikal.org xəbər verir ki, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Rəsmi məlumata görə, onun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanovun evindən görüntüləri təqdim edirik:

 

İlkin cinayəti etiraf etdi – SON DƏQİQƏ !


Tovuz rayonu Dondar Quşçu kəndində Nərminin qətlində şübhəli bilinən şəxs cinayəti etiraf edib.

News24.az xəbər verir ki, hazırda polis tərəfindən dindirilən İlkinin soyadı Süleymanovdur. O, cinayəti törətdiyini etiraf edib.

Onun ciddi psixoloji problemi olduğu bildirilir.

Azərbaycanda səfərdə olan  bir qrup Hindistandan olan gənc musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib.

Bu çəkiliş sosial şəbəkədə yayılıb. Şəhidlər Xiyabanındakı qəbirlərin önündən saymazyana və şən şəkildə qaçan bu hindli gənclərin orada necə çəkiliş aparmaları müəmmalıdır.

Bu klip sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradıb.

Şəhidlər Xiyabanını qoruyan mühafizə xidməti nə üçün bu çəkilişə mane olmayıb? (azpost.info)