Son xəbərlər

Azərbaycanda dəhşətli hadisəAzərbaycanda daha bir tükürpədici hadisə baş verib.

Milli.az xəbər verir ki, bu barədə Zaur Baxşəliyev "Bizimləsən"də məlumat verib.

Xəbərə görə, 15 yaşlı bir qızı evlənmək adı ilə 37 yaşlı bir şəxs qaçırdaraq Bakıya gətirib.

Sonra başını qırxaraq küçəyə buraxıb.

Nərminin öldürüldüyü kənddə son vəziyyət"Nərminin öldürülməsini hamı qınayır. Mən bir ağsaqqal kimi bu hadisəni vandalizm adlandırıram".

"Ölkə.Az"  Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri "İctimai" kanalına açıqlamasında Dondar Quşçu kəndinin ağsaqqalı Yunis Abdıyev deyib.

O bildirib ki, bu cinayətin üstü açılmalı, cinayətkar layiqli cəzasını almalıdır.  

Nərminin müəllimi Rəna Yusibova da şagirdi ilə bağlı danışıb. O bildirib ki, Nərmin çox tərbiyyəli, ağıllı uşaq olub:

"Dərsinə vaxtaşırı davam edib. Sinifdə heç bir problemi olmayıb. Yaxşı uşaq olub". 

Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilib.

Azərbaycanda daha bir qız itkin düşdüŞəmkir rayonunda 18 yaşlı qız itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib.

Verilən məlumata görə, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X.Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.

Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İranda ağır yol qəzası

İranda ağır yol- nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun “Press TV”yə istinadən verdiyi xəbərə görə, Mazandaran əyalətində Tehran-Kunbed istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə, 20 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Ər hamilə arvadına 8 bıçaq zərbəsi vurdu, bətnindəki uşaq öldüAbşeron rayonunda hamilə həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Şəmil Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. 

İttihama görə, hadisə ötən il mayın 16-da Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı Şəmil Abdullayev həyat yoldaşı, 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib.

Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

8 bıçaq xəsarəti alan qadın əməliyyat olunub. Əməliyyat zamanı qarın nahiyyəsindən xəsarət alan hamilə qadının bətnində olan uşağı xilas etmək mümkün olmayıb. Ana bətnindən vaxtından tez götürülən uşağ dünyasını dəyişib.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ş. Abdullayevlə S. Atababayeva ailə həyatı qurduqdan sonra Ağstafa rayonunda yaşayıblar. Ailədə tez-tez mübahisə olduğundan məlum hadisədən bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayi qəsəbəsinə gətirərək öz yanlarında saxlayıblar.

Hadisəni törədəndən sonra qaçan Şəmil Abdullayev bir neçə gün sonra həbs olunub.

Qeyd olunur ki, Şəmil Abdullayev hadisə baş verən gün qayınatasının evinə gəlib və arvadını öz evinə aparmaq istəyib. Amma Səbinə Atabayayeva getmək istəməyib. Bu səbəbdən onların arasında qanlı mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.

İstintaq orqanı tərəfindən 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakıda sürüşmədən sonra bu yol bağlandı

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.

"Ölkə.Az" xəbər verir ki, Səbail Rayon İcra hakimiyyətindən Trend-ə bildirilib ki, hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerindədir.

Badamdar şosesi yenidən sürüşdü

Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.

“Ölkə.Az” xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

Bu gün yağış yağacaqBakıda və Abşeron yarımadasında yanvarın 9-da arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 9-10-da Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Ağsuda mikroavtobus aşıbAğsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişini, 1982-ci il təvəllüdlü Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyırmış.

19 əlili öldürən QATİLYaponiyanın Saqamihara şəhərində yerləşən əlillər evində qətliam törədən 29 yaşlı Satosi Uematsunun vəkilləri onun dəli olduğunu sübut etməyə çalışırlar.

“Ölkə.Az” xəbər verir ki, Uematsu 19 nəfər əlili öldürüb, 20-dən çoxsunu isə yaralayıb.

TASS agentliyi xəbər verir ki, bu internat məktəbində əqli qüsurlu insanlar yaşayır.

Uematsu özü əməlini etiraf edib və üzr istəyib. Maraqlıdır ki, qatil açılış nitqindən sonra qəfildən psixoloji kriz keçirib.

O, qətliamı 2016-cı ilin iyul ayında törədib. Uematsu özü, internat məktəbinin keçmiş işçisidir.

Hərəkətlərini izah edən təcavüzkar, əqli qüsurlu xəstələri insan olaraq qəbul etmədiyini söyləyib. Onun bu sözləri məhkəmə salonuna toplaşanlar arasında hiddətə səbəb olub.

Uematsunun  narkotik tərkibli dərmanlar istifadə etdiyi də məlum olub.