Son xəbərlər

Sabah 17 dərəcə isti olacaqAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İcra başçısı dörd vəzifəli şəxsi işdən çıxardıBeyləqan Rayon İcra Hakimiyyətinin başçısı dörd vəzifəli şəxsi işdən çıxarıb.

"Ölkə.Az"ın unikal.org-a istinadən məlumatına görə, icra başçısı Asif Ağayevin əmri ilə müavini - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qələndərov Məhəmməd Cavad oğlu, digər müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyeva Aytən Hidayət qızı, Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Heydərov Elnur Eldar oğlu, İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu tutduqları vəzifəsindən azad ediliblər.

Hələlik Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının  müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat yoxdur.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərovun digər əmri ilə Məmmədova Yeganə Kərəm qızı Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Məmmədov Tofiq Canbaxış oğlu Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, keçmiş İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu isə həmin şöbədə məsləhətçi təyin ediliblər.

Xəbəri Beyləqan Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Azərbaycanda zəlzələ olduHacıqabul rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Ölkə.Az"a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb.

Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Sabah ilin son Günəş tutulması baş verəcəkSabah 2019-cu ilin son Günəş tutulması qeydə alınacaq.

“Ölkə.Az” xəbər verir ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Tam tutulma saat 07:37-də olacaq, saat 09:34-də maksimuma çatacaq və saat 10:58-də tam tutulma bitəcək. Proses saat 12:06-da yekunlaşacaq.

Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olacaq.

Bakıda isə Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-dək - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq.

Ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənlərin sayı üçə çatıb.

Turkustan.info-nun məlumatına görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nərimanov rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var.

Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Həmzəyev Cəlal Ələmdar oğlu özlərini pis hiss ediblər və “zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.

“Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, – polisdən verilən açıqlamada bildirilir.

Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.

Dekabrın 24-də axşam saatlarındatexniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

İstintaq hazırda bu zəhərlənmələrin səbəblərini araşdırır.

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barələrində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib. 

Turkustan.info APA-ya istinadən məlumat verir ki, təqsirləndirilən şəxslər şikayət verməkdən imtina ediblər. 

Xatırladaq ki, adıçəkilən şəxslər barəsində bir neçə gün əvvəl Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ittiham irəli sürülüb.

Xoşqədəmin verilişində dəhşətli fakt ortaya çıxdıXəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında doğma anasını axtaran 14 yaşlı Aysun haqqında şok faktlar ortaya çıxıb.

"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, yeniyetmə qız telekanaldan çıxarkən naməlum şəxslər təxminən 2 yaşlarında olan uşağı onun qarşısına qoyaraq sahib çıxmasını tələb ediblər.

Həmin gündən sonra Aysun günlərlə yoxa çıxıb və efirə gəlməkdən imtina edib. Xoşqədəm Hidayətqızı DNT analizlərinin cavablarını açıqlamaq üçün efirə gəlməsinin vacibliyini vurğulayaraq onu çağırıb.

Nəhayət dünən verilişin sonunda efirə gəlib. Bu gün də proqrama gətirilən Aysun qorxa-qorxa olsa da, bəzi məqamları açıqlayıb. Aysun özü də həmin uşağın anası olduğunu deyir. Onun sözlərinə görə, uşaq 2018-ci ilin fevral ayında doğulub. O, uşağı dünyaya gətirərkən özündə olmadığı üçün xəstəxananın adını bilmədiyini deyib.

Ekspertlər onun 12 yaşında ana olduğuna inanmaq istəməyiblər. 

X.Hidayətqızı açıq söyləməsə də, Aysunun cinayətkar dəstə tərəfindən istismara qaldığına işarə edib və onların ifşa olunması üçün canlı yayımdan respublika prokurorluğuna müraciət edib.

Bu günün hava proqnozuAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

DTX-nın həbs etdiyi Tatarovun şok videosu yayıldıAğstafanın sabiq icra başçısı Nizaməddin Quliyev birinci müavini olmuş Ramiz Tatarovun videosu yayılıb.

"Ölkə.Az" bildirir ki, videoda vətəndaşın müavinə şikayət etməsi və Tatarovun kobud davranışı və problemi inkar etməsi əks olunub. (azxeber.com)

Sabahdan qış başlayırSabahdan Azərbaycanda qış fəsli başlayır.
Qış fəsli dekabrın 22-də yerli vaxtla saat 08.19-da daxil olacaq.
Dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsi olacaq. Sabahdan etibarən gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.